Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    XRİTDX yeni istifadəyə verilmiş Laboratoriyada təlimlərə başlayıb

    10 Fevral 2026 11:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    XRİTDX yeni istifadəyə verilmiş Laboratoriyada təlimlərə başlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumlarında informasiya təhlükəsizliyi sahəsində çalışan əməkdaşların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Bakı Ali Neft Məktəbində yaradılmış “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında ixtisasartırma təlimlərinə başlanılıb.

    AzerVoice xəbər verir ki, İlkin mərhələdə Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Strateji Obyektlərinin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) müraciətlərinə əsasən həmin dövlət qurumlarının informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən əməkdaşlarının sahə üzrə bilik və bacarıq səviyyələrinin XRİTDX tərəfindən qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmə kompüter əsaslı testlər və şifahi müsahibələr vasitəsilə aparılıb və informasiya texnologiyalarının əsas istiqamətləri üzrə - kompüter şəbəkələri, şəbəkə avadanlıqları, protokolları və xidmətləri, informasiya təhlükəsizliyi və məlumatların saxlanması sahələrini əhatə edib.

    Hər iki qurum üzrə ümumilikdə qiymətləndirmənin nəticələri nəzərə alınaraq həmin mütəxəssislərin nəzəri bilikləri ilə yanaşı həm də praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə XRİTDX tərəfindən Bakı Ali Neft Məktəbində yeni istifadəyə verilmiş “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında iki həftəlik təlim proqramına start verilib. Təlim proqramının sözügedən dövlət qurumlarının sahə üzrə bütün əməkdaşları üçün əlçatanlığın olmasını təmin etmək məqsədilə təlimlər eyni zamanda həm əyani, həm də onlayn formatda keçirilir.

    Təlimlər “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”na uyğun olaraq təşkil edilir və praktik bacarıqlara əsaslanan kadr hazırlığı modelinin tətbiqini nəzərdə tutur.

    Bu təşəbbüs XRİTDX tərəfindən dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə insan kapitalının gücləndirilməsi, kadrların əməliyyat hazırlığının artırılması və kritik sahələrdə kibertəhlükəsizlik dayanıqlılığının təmin edilməsi istiqamətində həyata keçirilən sistemli fəaliyyətin tərkib hissəsidir.

    Qeyd edək ki, XRİTDX tərəfindən Bakı Ali Neft Məktəbində yeni istifadəyə verilmiş “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası universitetdə təhsil alan tələbə, müəllim və tədqiqatçılarlın səmərəli istifadəsi ilə yanaşı, dövlət qurumları əməkdaşları üçün praktik kibertəlim mühitinin formalaşdırılması baxımından mühüm infrastruktur elementi hesab olunur.

    XRİTDX yeni istifadəyə verilmiş Laboratoriyada təlimlərə başlayıb
    XRİTDX yeni istifadəyə verilmiş Laboratoriyada təlimlərə başlayıb
    #XRİTDX
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Samsung Galaxy Z Fold8 qısa icmalı

    26 İyul 2026 03:00

    Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

    25 İyul 2026 20:37

    "DeepSeek" investisiya raundunu müvəqqəti dayandırıb

    25 İyul 2026 20:12

    Verizon Google ilə 1 milyard dollardan çox dəyərində müqavilə imzalayıb

    24 İyul 2026 20:29

    Al Baraka Azerbaijan Yəməndə içməli su paylayıb

    24 İyul 2026 15:25

    Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub

    24 İyul 2026 13:35

    Azərbaycanda kibertəhlükəsizlik kadrlarının qiymətləndirilməsində yeni dövr: İntellektual sistem tətbiq olunur

    12 Fevral 2026 11:25

    "Enerji sektorunda kibertəhlükəsizlik və Kiberpoliqon platformasının imkanları" adlı təlim keçirilib

    5 Fevral 2026 10:05

    XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib

    3 Fevral 2026 17:23

    Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

    2 Fevral 2026 12:16

    Son 3 ildə bir sıra dövlət qurumlarında istifadə edilən “CloudFlare” kimi trafikin xaricə daşınması halı dayandırılıb - XRİTDX

    20 Noyabr 2025 11:31

    XRİTDX tərəfindən 3 milyona yaxın zərərli elektron poçt bloklanıb

    8 Oktyabr 2025 11:43
    XƏBƏR LENTİ

    İslam sivilizasiyası Qərb təhsil sisteminə necə yol açdı?

    Yuxuda dəvəquşu görmək necə yozulur?

    Samsung Galaxy Z Fold8 qısa icmalı

    Ronaldo niyə biznes imperiyasını genişləndirir? - "Qızıl qandal" fenomeni və sərvətin görünməyən tərəfi

    Süveyş kanalının milliləşdirilməsi Yaxın Şərqdə geosiyasi böhrana yol açdı

    Tarixdə bu gün - 26 İyul

    Nablus şəhərində reyd zamanı jurnalistlər gözyaşardıcı qazdan zərər çəkib

    İran müharibə və atəşkəs dövründə 18 milyard dollarlıq neft satdığını açıqlayıb

    Demokratlar Men ştatında Senata namizəd kimi Troy Ceksonu seçib

    Zəvtər əl-Qərbiyyədə axtarış-xilasetmə işləri hansı mərhələdədir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.