Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    DOST Agentliyində 2025-ci ilin yekunları açıqlanıb

    30 Yanvar 2026 11:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    DOST Agentliyində 2025-ci ilin yekunları açıqlanıb
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    2025-ci ildə DOST mərkəzlərində 900 minə yaxın, ümumilikdə isə 4,1 milyondan çox vətəndaşa xidmət göstərildiyi bildirilib.

    2025-ci ildə DOST mərkəzlərində 900 minə yaxın, ümumilikdə ötən dövrdə 4,1 milyondan çox vətəndaşa xidmət göstərilib. Vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 98 faizdən çoxdur.

    AzerVoice xəbər verir ki, bunu DOST Agentliyində 2025-ci ilin yekunları və 2026-cı il üzrə hədəflərə dair keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.

    Qeyd olunub ki, DOST Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb və 2019-cu ilin may ayında ilk DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası vətəndaşlara 162 dövlət sosial xidmətinin “bir pəncərə”dən, modern və çevik, şəffaf mexanizmlər üzərində təqdim edilməsinə imkan verir.

    Mətbuat konfransında DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində işlərin davam etdiyi vurğulanıb. Bildirilib ki, 2025-ci ildə Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər və Füzuli xidmət məntəqələri, bu ay isə Tərtər filialı istifadəyə verilib. Ümumilikdə indiyədək Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, “Smart DOST” xidmət məntəqəsi, 2 DOST məntəqəsi istifadəyə verilib. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filallarının yaradılması üçün layihə, təmir-tikinti işləri aparılır. 2030-cu ilədək 14 regional DOST mərkəzi və 64 filialın istifadəyə verilməsi nəzərdə tutulub.

    DOST Çağrı Mərkəzi 142 tərəfindən 2025-ci ildə 1,5 milyon, ümumən ötən dövrdə isə 8,3 milyondan çox vətəndaş müraciəti cavablandırılıb. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 95% təşkil edib. Çağrı Mərkəzinə zəng edənlərin cavab üçün orta gözləmə müddəti 51 saniyə, orta xidmət müddəti isə 3 dəqiqə 7 saniyə olub.

    Fərid Məmmədov DOST Agentliyinin fəaliyyətinin beynəlxalq arenada da yüksək qiymətləndirildiyini qeyd edib. Agentlik indiyədək 36 beynəlxalq keyfiyyət və mükəməllik sertifikatına layiq görülüb. Ötən il DOST modelinin Rumıniya, Serbiya və Xorvatiyada tətbiqi məqsədilə bu ölkələrin müvafiq qurumları ilə işgüzar əlaqələr qurulub, "bir pəncərə" sisteminin tətbiqi istiqamətində Özbəkistan və Moldova ilə əməkdaşlıq davam etdirilib.

    Hesabat dövründə həmçinin DOST Agentliyinin təşəbbüsü ilə Bakıda “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfrans keçirilib. 20 ölkədən 430 nəfərə yaxın şəxsin iştirak etdiyi konfransın məqsədi yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsi olub.

    Mətbuat konfransında 2026-cı il üzrə qarşıda duran hədəflərdən bəhs olunub, media nümayəndələrinin sualları cavablandırılıb.

    Daha sonra DOST Agentliyinin 3 istiqamət Böyük Britaniyanın “GCL International” sertifikatlaşdırma təşkilatının ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi) və ISO 10002:2018 (Müştəri məmnunluğunun təmin edilməsi və şikayətlərin idarəedilməsi), Türkiyənin “MSC” sertifikatlaşdırma təşkilatının ISO 37001:2025 (Korrupsiyaya qarşı idarəetmə sistemi) üzrə layiq görüldüyü sertifikatlar sertifikalaşdırma təşkilatlarının nümayəndələri tərəfindən Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədova təqdim olunub.

    DOST Agentliyi hər üç istiqamət üzrə bütün mərhələləri uğurla keçib. ISO sertifikatları 2028-ci ilin sonunadək etibarlıdır. Bu standartların tətbiqi DOST Agentliyi və DOST mərkəzlərinin işini daha da yaxşılaşdırmağa, xidmət keyfiyyətini yüksəltməyə imkan verəcək.

    Xatırladaq ki, 2022-ci ildə də DOST Agentliyi LRQA sertifikatlaşdırma təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.

    DOST Agentliyi 2025 yekunlar xidmət vətəndaş məmnunluq şəbəkə genişlənmə çağrı mərkəzi ISO DOST Ajansı 2025 sonuçlar hizmet vatandaş memnuniyet ağ genişleme çağrı merkezi ISO DOST Agency 2025 results services citizens satisfaction network expansion call center ISO Агентство DOST итоги 2025 услуги граждане удовлетворенность сеть расширение колл центр ISO وكالة دوست نتائج 2025 خدمات مواطنون رضا شبكة توسع مركز اتصال ايزو آژانس دوست نتایج ۲۰۲۵ خدمات شهروندان رضایت شبکه گسترش مرکز تماس ایزو DOST jigou 2025 jieguo fuwu gongmin manyidu wangluo kuozhan dianhua ISO DOST kikan 2025 kekka sa-bisu shimin manzoku nettowa-ku kakudai denwa ISO DOST gigwan 2025 gyeolgwa seobiseu gugmin manyok network hwakdae 콜센터 ISO DOST एजेंसी 2025 परिणाम सेवाएं नागरिक संतुष्टि नेटवर्क विस्तार कॉल सेंटर ISO DOST ایجنسی 2025 نتائج خدمات شہری اطمینان نیٹ ورک توسیع کال سنٹر ISO DOST এজেন্সি 2025 ফলাফল সেবা নাগরিক সন্তুষ্টি নেটওয়ার্ক সম্প্রসারণ কল সেন্টার ISO Badan DOST hasil 2025 layanan warga kepuasan jaringan perluasan pusat panggilan ISO Agensi DOST hasil 2025 perkhidmatan warga kepuasan rangkaian peluasan pusat panggilan ISO DOST หน่วยงาน ผลปี2025 บริการ ประชาชน ความพึงพอใจ เครือข่าย ขยาย ศูนย์โทร ISO Cơ quan DOST kết quả 2025 dịch vụ người dân hài lòng mạng lưới mở rộng ISO Agence DOST bilan 2025 services citoyens satisfaction réseau expansion centre d’appels ISO DOST Agentur Bilanz 2025 Dienste Bürger Zufriedenheit Netzwerk Ausbau Callcenter ISO Agencia DOST balance 2025 servicios ciudadanos satisfacción red expansión centro llamadas ISO Agência DOST balanço 2025 serviços cidadãos satisfação rede expansão central chamadas ISO Agenzia DOST bilancio 2025 servizi cittadini soddisfazione rete espansione call center ISO DOST agentschap resultaten 2025 diensten burgers tevredenheid netwerk uitbreiding callcenter ISO Agencja DOST wyniki 2025 usługi obywatele satysfakcja sieć rozszerzenie call center ISO Агенція DOST підсумки 2025 послуги громадяни задоволеність мережа розширення колцентр ISO Agenția DOST bilanț 2025 servicii cetățeni satisfacție rețea extindere call center ISO Οργανισμός DOST απολογισμός 2025 υπηρεσίες πολίτες ικανοποίηση δίκτυο επέκταση τηλεφωνικό ISO סוכנות DOST סיכום 2025 שירותים אזרחים שביעות רצון רשת הרחבה מוקד ISO DOST myndighet resultat 2025 tjänster medborgare nöjdhet nätverk expansion callcenter ISO DOST etat resultater 2025 tjenester innbyggere tilfredshet nettverk utvidelse callsenter ISO DOST myndighed resultater 2025 tjenester borgere tilfredshed netværk udvidelse callcenter ISO DOST virasto tulokset 2025 palvelut kansalaiset tyytyväisyys verkosto laajennus puhelinkeskus ISO DOST агенттігі 2025 қорытынды қызмет азамат қанағат желі кеңею қоңырау орталығы ISO

    #DOST Agentliyində 2025-ci ilin yekunları üzrə mətbuat konfransı keçirilib #DOST mərkəzlərində 2025-ci ildə 900 minə yaxın vətəndaşa xidmət göstərilib #DOST xidmətlərindən məmnunluq 98 faizdən çox qiymətləndirilib #DOST şəbəkəsi genişlənir: yeni filial və xidmət məntəqələri istifadəyə verilib #DOST Çağrı Mərkəzi 142 2025-ci ildə 1 #5 milyon müraciəti cavablandırıb #DOST Agentliyi 2026-cı il hədəflərini açıqlayıb #DOST Ajansı 2025 sonuçlarını açıkladı #DOST merkezlerinde 2025’te 900 bine yakın vatandaşa hizmet #DOST hizmetlerinde memnuniyet yüzde 98’in üzerinde #DOST ağı genişliyor: yeni merkez ve şubeler #142 Çağrı Merkezi 2025’te 1 #5 milyon başvuruyu yanıtladı #DOST Ajansı 2026 hedeflerini duyurdu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Casio brendi nəbzölçən və günəş enerjili yeni G-Shock G-Lide GBX-H5600 saatlarını təqdim edib

    21 İyun 2026 23:57

    HONOR MagicBook X16 2026 noutbukunun icmalı: Tanış korpusda yeni daxili güc

    21 İyun 2026 23:00

    Linuxda şəbəkə idarəçiliyi və diaqnostika: Ping, Ifconfig və Netstat komandaları

    21 İyun 2026 16:00

    Qəzzada valideynlərini itirmiş 35 uşaq üçün yeni himayə proqramına başlanılır

    21 İyun 2026 10:37

    Çölçü İctimai Birliyinin növbəti görüşü keçirilib

    20 İyun 2026 20:23

    Bakıda Biznes Liderləri Zirvəsi keçiriləcək

    20 İyun 2026 17:52

    Statistik məlumatların şərhi zamanı onların mənbəyi düzgün izah edilməlidir - MEDİA

    20 İyun 2026 14:09

    Android 17 yeniləməsini alacaq smartfon və planşetlərin siyahısı tərtib edilib

    20 İyun 2026 11:05

    AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib

    18 İyun 2026 22:30

    VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu

    17 İyun 2026 19:08

    AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb

    17 İyun 2026 18:18

    Azərbaycan və UNESCO Baş Konfransı arasında əməkdaşlıq müzakirə olunub

    17 İyun 2026 18:07
    XƏBƏR LENTİ

    Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib

    İran vilayətinə ilk dəfə Oman və Türkiyə sərmayəsi cəlb edildi

    Suriyanın Livana hərbi müdaxilə planı varmı?

    İranın Hörmüz Boğazı üçün müharibədən sonrakı planı nədir?

    ABŞ millisinin sirri nədir? “Pentaqon” sistemi dünya çempionatında rəqibləri çıxılmaz vəziyyətə salır

    Tarixin ən böyük hücumlarından biri: Almaniya SSRİ-yə qarşı “Barbarossa” əməliyyatını necə başladı?

    Şura surəsi nədən bəhs edir?

    Hörmüz boğazından Livana qədər: Vaşinqton-Tehran memorandumunun iqtisadi və hərbi fəsadları

    Tarixdə bu gün - 22 İyun

    Casio brendi nəbzölçən və günəş enerjili yeni G-Shock G-Lide GBX-H5600 saatlarını təqdim edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.