Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Mədəniyyət naziri Adil Kərimli akademik Nailə Vəlixanlını yubileyi münasibətilə ziyarət edib

    26 Dekabr 2025 22:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Mədəniyyət naziri Adil Kərimli akademik Nailə Vəlixanlını yubileyi münasibətilə ziyarət edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Mədəniyyət naziri Adil Kərimli dekabrın 25-də görkəmli tarixçi-şərqşünas alim, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, Əməkdar elm xadimi, akademik Nailə Vəlixanlını ziyarət edib.

    AzerVoice xəbər verir ki, muzeydə gerçəkləşən görüşdə nazir Nailə Vəlixanlını 85 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

    Qeyd olunub ki, alim fundamental araşdırmaları ilə Azərbaycan elminin inkişafına mühüm töhfələr verib. O, tarix elmi üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində də diqqətəlayiq işlər görüb.

    Bildirilib ki, uzun illərdir Milli Azərbaycan Tarixi Muzeyinə rəhbərlik edən Nailə Vəlixanlı muzeyin fəaliyyətində əsaslı dönüş yaradıb. Muzeyin tərtibatı tamamilə yenidən qurulub, yeni ekspozisiyalar yaradılıb.

    Alimin Azərbaycan elminin inkişafında xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, “Şöhrət”, “Şərəf” ordenləri, “Əməkdar elm xadimi” fəxri adı və digər təltiflərə layiq görülüb.

    Görüşdə akademikə Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim edilib.

    Nailə Vəlixanlı fəaliyyətinə göstərilən diqqətə və təltifə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

    Mədəniyyət naziri Adil Kərimli akademik Nailə Vəlixanlını yubileyi münasibətilə ziyarət edib
    Mədəniyyət naziri Adil Kərimli akademik Nailə Vəlixanlını yubileyi münasibətilə ziyarət edib
    Mədəniyyət naziri Adil Kərimli akademik Nailə Vəlixanlını yubileyi münasibətilə ziyarət edib
    #Mədəniyyət Nazirliyi #Milli Azərbaycan Tarixi Muzeyi #Mədəniyyət naziri Adil Kərimli #tarixçi-şərqşünas alim #Əməkdar elm xadimi #Nailə Vəlixanlı #Mədəniyyət Nazirliyinin Fəxri diplomu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dövlət Xidməti daha bir beynəlxalq mükafata layiq görülüb

    17 İyul 2026 17:13

    Azərbaycan və Gürcüstan mədəni əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib

    9 İyul 2026 17:51

    “Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər

    3 İyul 2026 20:43

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb

    3 İyul 2026 12:25

    Azərbaycanda Türk Dünyası Həftəsi keçirilir

    29 İyun 2026 10:12

    Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başlanıb

    23 İyun 2026 18:16

    Birinci Türkologiya Qurultayının 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək

    19 İyun 2026 12:29

    Adil Kərimli Türkmənistanın xarici işlər naziri ilə görüşüb

    6 İyun 2026 14:37

    Bakıda “Türk Mətbəxi Həftəsi” keçirildi

    22 May 2026 09:15

    WUF13 çərçivəsində “UNESCO-nun yaradıcı şəhərləri və dayanıqlı şəhərsalma” mövzusunda panel sessiya keçirilib

    19 May 2026 21:07

    Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır

    13 May 2026 17:54

    Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub

    16 Aprel 2026 20:21
    XƏBƏR LENTİ

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ-a xəbərdarlıq edib - “Sıfır saat” yaxınlaşır

    İran mediası Hörmüz boğazındakı gəmi hərəkəti barədə yeni rəqəmlər açıqlayıb

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    İsrail ordusunun Livanın cənubunda iki binanı dağıtdığı bildirilir

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.