Dekabrın 26-da Mədəniyyət Nazirliyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib. Mədəniyyət naziri Adil Kərimli təltif olunanları təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizdə mədəniyyətin, ədəbiyyatın inkişafında xidmətləri olan şəxslərin fəaliyyətini daim diqqətdə saxlayır, öz qayğılarını əsirgəmirlər. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənənin davam etdirilməsi yaradıcı insanların fəaliyyətinə böyük stimul verir.
#Mədəniyyət naziri Adil Kərimli
Mədəniyyət naziri Adil Kərimli dekabrın 25-də görkəmli tarixçi-şərqşünas alim, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, Əməkdar elm xadimi, akademik Nailə Vəlixanlını ziyarət edib. Muzeydə gerçəkləşən görüşdə nazir Nailə Vəlixanlını 85 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.