Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Azərbaycanı Şanxayda təmsil edəcək kibertəhlükəsizlik komandalarının seçiminə start verilib

    22 Dekabr 2025 15:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanı Şanxayda təmsil edəcək kibertəhlükəsizlik komandalarının seçiminə start verilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    22–27 sentyabr 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək "WorldSkills Shanghai 2026" beynəlxalq yarışının kibertəhlükəsizlik istiqaməti üzrə seçim və hazırlıq mərhələsinə start verilib.

    AzerVoice xəbər verir ki, dünyanın 89 ölkəsindən 1000-dən çox iştirakçı və ekspertin qatılacağı nüfuzlu beynəlxalq platformada Azərbaycanı təmsil edəcək mütəxəssislərin hazırlanması prosesi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Peşə Təhsili üzrə Dövlət Agentliyi və "WorldSkills Azərbaycan"ın birgə strateji əməkdaşlığı çərçivəsində həyata keçirilir.

    Seçim turları və yarışa hazırlıq prosesi İRİA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkil olunur. Bu mərhələlər milli kiberkadr potensialının beynəlxalq standartlara uyğun formalaşdırılmasını, gənc mütəxəssislərin praktiki bacarıqlarının gücləndirilməsini və qlobal miqyasda rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir.

    Seçim mərhələsinin ilk turu olan CTF-1 (Capture The Flag) yarışı 20 dekabr 2025-ci il tarixində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində keçirilib. Yarışda ümumilikdə 80 namizəd iştirak edib. CTF-1-in əsas məqsədi namizədlərin real dünya ssenarilərinə əsaslanan kibertəhlükəsizlik bacarıqlarını qiymətləndirmək, analitik düşüncə, texniki çeviklik və problem həll etmə qabiliyyətlərini ölçmək olub. İştirakçılar yarış platforması üzərindən təqdim olunan tapşırıqları müvafiq təlimatlara uyğun şəkildə icra ediblər. Nəticələrə əsasən ən yüksək performans göstərən 20 namizəd növbəti seçim mərhələsi olan CTF-2 yarışına vəsiqə qazanacaq.

    CTF-2 mərhələsi 2026-cı ilin yanvar ayında 20 namizəd arasında keçiriləcək. Bu mərhələnin nəticələrinə əsasən seçiləcək 10 namizəd 2026-cı ilin fevral–avqust ayları ərzində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən təşkil olunacaq intensiv və məqsədyönlü təlim proqramına cəlb ediləcək. Təlim proqramı beynəlxalq yarış formatına uyğun olaraq texniki biliklərin dərinləşdirilməsi, praktiki səriştələrin artırılması və qlobal kibertəhlükəsizlik çağırışlarına cavab verə bilən mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Proqramı uğurla başa vuran 2 iştirakçı "WorldSkills Shanghai 2026" beynəlxalq yarışında kibertəhlükəsizlik istiqaməti üzrə Azərbaycanı təmsil edəcək.

    Bu seçim və hazırlıq prosesi ölkədə kibertəhlükəsizlik sahəsində dayanıqlı peşəkar kadr ehtiyatının formalaşdırılmasına, milli potensialın qlobal standartlarla uzlaşdırılmasına və Azərbaycanın beynəlxalq peşəkar platformalarda mövqelərinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Dövlət qurumları arasında qurulan effektiv əməkdaşlıq və institusional yanaşma Azərbaycanın rəqəmsal gələcəyinə yönəlmiş strateji prioritetlərin ardıcıl şəkildə həyata keçirilməsini təmin edir.

    worldskills shanghai 2026 azərbaycan kibertəhlükəsizlik azərbaycan kiber mütəxəssisləri beynəlxalq yarış ctf capture the flag azərbaycan azərbaycan kibertəhlükəsizlik mərkəzi worldskills rəqəmsal bacarıqlar üzrə beynəlxalq yarış

    azərbaycanda kibertəhlükəsizlik üzrə peşəkar hazırlıq worldskills yarışları azərbaycan gəncləri beynəlxalq kibertəhlükəsizlik müsabiqələri

    #kibertəhlükəsizlik #İnformasiya təhlükəsizliyi #Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi #WorldSkills Shanghai 2026 #Capture The Flag (CTF) #Peşə Təhsili üzrə Dövlət Agentliyi #WorldSkills Azərbaycan #beynəlxalq peşəkar yarış
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    2027-ci ildə innovasiya fəaliyyətində iştirakçı qurumların sayının 40-a çatdırılması hədəflənir - Fərid Osmanov

    2 Sentyabr 2026 10:13

    Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

    2 Sentyabr 2026 09:41

    Berlinin məlumatları kimlərin əlinə keçib? Hakerlər hökuməti şantaj edir

    29 Avqust 2026 11:44

    Top-10 texnologiya nəhəngi sırasına doğru - Ər-Riyadda möhtəşəm Rəqəmsal Bölgə yaradılır

    27 Avqust 2026 15:39

    “Philips” və “Shell” kiberhücumun hədəfinə çevrilib

    13 Avqust 2026 20:28

    "Claude Mythos"... Hakerlərdən əvvəl ekspertləri narahat edən süni intellekt

    10 Avqust 2026 14:15

    Levi Strauss kibertəhlükəsizlik insidentini açıqlayıb

    7 Avqust 2026 19:34

    Trampın müşavirləri OpenAI və Google nümayəndələri ilə görüşəcək

    4 Avqust 2026 20:07

    ABŞ insanların düşüncələrini necə idarə edir?

    4 Avqust 2026 09:00

    Böyük Britaniya OpenAI və Anthropic ilə bağlı araşdırmaları izləyir

    3 Avqust 2026 21:26

    Anthropic-in süni intellekt modeli hansı sistemlərə daxil olub?

    31 İyul 2026 20:13

    ABŞ qabaqcıl süni intellekt modelləri üçün yeni təhlükəsizlik qaydaları hazırlayır

    30 İyul 2026 21:07
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.