Təhsil sahəsinin rəqəmsallaşması istiqamətində növbəti mühüm addım atılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqlədiyi yeni Qaydalar təhsil haqqında dövlət sənədlərinin rəqəmsal formada verilməsini nəzərdə tutur. Bu qərar vətəndaşlar üçün təhsil sənədlərinə rahat çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırır və təhsil idarəçiliyində səmərəliliyin yüksəlməsinə töhfə verir.
#İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Seçim mərhələsinin ilk turu olan CTF-1 (Capture The Flag) yarışı 20 dekabr 2025-ci il tarixində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində keçirilib. Yarışda ümumilikdə 80 namizəd iştirak edib. CTF-1-in əsas məqsədi namizədlərin real dünya ssenarilərinə əsaslanan kibertəhlükəsizlik bacarıqlarını qiymətləndirmək, analitik düşüncə, texniki çeviklik və problem həll etmə qabiliyyətlərini ölçmək olub. İştirakçılar yarış platforması üzərindən təqdim olunan tapşırıqları müvafiq təlimatlara uyğun şəkildə icra ediblər. Nəticələrə əsasən ən yüksək performans göstərən 20 namizəd növbəti seçim mərhələsi olan CTF-2 yarışına vəsiqə qazanacaq.
Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 627 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə 03.12.2025-ci il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi müvafiq qaydalara uyğun olaraq şəffaf şəkildə həyata keçirilmişdir.