Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Misirdə Azərbaycan dilini öyrənən tələbələrə diplomlar təqdim olunub

    22 Dekabr 2025 13:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Misirdə Azərbaycan dilini öyrənən tələbələrə diplomlar təqdim olunub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili və digər kurslarda təhsil alan tələbələrə diplomların təqdim edilməsi mərasimi keçirilib.

    AzerVoice xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən olan tələbələrə ümumilikdə 186 diplom və sertifikatlar təqdim olunub.

    Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspora rəhbəri tədqiqatçı-alim Seymur Nəsirov çıxışında iki ölkə arasında mövcud olan əlaqələrin tarixindən danışıb. Qeyd edib ki, Azərbaycan əsilli məşhur alimlər, sənətkarlar, sərkərdələr Misirdə, ümumiyyətlə İslam dünyasının inkişafına böyük töhfələr veriblər. Bu kontekstdə diaspora rəhbəri İslam coğrafiyasının işğalçılardan qorunmasında böyük qəhrəmanlıq göstərmiş Nurəddin əz-Zəngi və Səlahəddin Əyyubinin adlarını qeyd edib. S.Nəsirov Misir və Azərbaycan arasında coğrafi baxımdan uzaq məsafəyə baxmayaraq, hər iki ölkənin xalqlarını bir-birinə tarixən sıx elmi və mədəni əlaqələrin bağladığını diqqətə çatdırıb.

    S.Nəsirov rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti barədə də məlumat verib. Bildirib ki, 2014-cü ildən fəaliyyət göstərən cəmiyyət Azərbaycan dilinin və ədəbiyyatının, mədəniyyətinin təbliği ilə məşğuldur.

    İdarə heyətinin sədri əlavə edib ki, cəmiyyətdə təşkil edilən kurslarda indiyədək müxtəlif ölkələrdən 3000-ə yaxın tələbə təhsil alıb və hazırda 61 ölkədən olan 650-dən çox şəxs ödənişsiz əsasda təhsilini davam etdirir. Burada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər tədris olunur.

    Qeyd edək ki, Misir-Azərbaycan Dotluq Cəmiyyətinin fəaliyyəti, ərəb ölkələri mediası tərəfindən yüksək qiymətləndirilərək qeniş şəkildə dərc olunur.

    misir azərbaycan dostluq cəmiyyəti diplom mərasimi qahirədə azərbaycan dili kursları sey mur nəsirov diaspora fəaliyyəti azərbaycan mədəniyyətinin misirdə təbliği beynəlxalq tələbələrə azərbaycan dili tədrisi

    misirdə azərbaycan dili tədrisi azərbaycan diasporu mədəni layihələr qahirədə beynəlxalq tələbələr üçün kurslar azərbaycan mədəniyyətinin ərəb dünyasında təbliği

    Misirdə Azərbaycan dilini öyrənən tələbələrə diplomlar təqdim olunub
    Misirdə Azərbaycan dilini öyrənən tələbələrə diplomlar təqdim olunub
    Misirdə Azərbaycan dilini öyrənən tələbələrə diplomlar təqdim olunub
    Misirdə Azərbaycan dilini öyrənən tələbələrə diplomlar təqdim olunub
    Misirdə Azərbaycan dilini öyrənən tələbələrə diplomlar təqdim olunub
    Misirdə Azərbaycan dilini öyrənən tələbələrə diplomlar təqdim olunub
    #İslam dünyası #Misir-Azərbaycan Dostluq Cəmiyyəti #Seymur Nəsirov #Mədəni diplomatiya #Azərbaycan dili kursları #diaspora fəaliyyəti #elmi və mədəni əlaqələr #Nurəddin əz-Zəngi #Azərbaycan mədəniyyəti #Qurani-Kərim qiraəti #beynəlxalq tələbələr
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pakistan müsəlman ölkələrini İsrailə qarşı birləşməyə çağırıb

    9 Avqust 2026 13:56

    İranın ərəb və İslam dünyası ilə qarşı-qarşıya qoyulması ssenarisi hazırlanır

    4 Avqust 2026 18:10

    XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

    29 İyul 2026 21:51

    Misirdə fəaliyyət göstərən azərbaycanlı alim Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub

    22 İyul 2026 15:43

    Səudiyyə Ərəbistanı zəvvarlar üçün yeni Ümrə vizası qaydalarını açıqlayıb

    20 İyul 2026 21:10

    Azərbaycanlı alim Seymur Nəsirov Misirdə təltif edilib

    8 İyul 2026 13:12

    İslam dünyasında vahid mövqe vacibdir-İraq

    24 İyun 2026 19:32

    Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

    5 İyun 2026 19:43

    Parisdə mədəni irsin böhran şəraitində qorunması məsələləri müzakirə edildi

    2 İyun 2026 18:01

    Avropa Şərqə niyə yuxarıdan aşağı baxır? - Qərb tarixi necə formalaşdırıb?

    31 May 2026 23:00

    İbn Bəttutanın Hələb səfəri: "Hökmdarları məhv edən, özü isə yaşayan şəhər"

    31 May 2026 15:47

    Qədim palçıq məscidlər: Tarixin səssiz şahidləri

    21 May 2026 10:56
    XƏBƏR LENTİ

    Dünyanın ən yaxşı reqbiçiləri Dubayda - HSBC SVNS 2027 seriyasının açılışı olacaq

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.