Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib

    30 Oktyabr 2025 20:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib.

    “Gələcəyə tərəf” devizi altında Naxçıvan şəhərində baş tutan tədbirin məqsədi əmək bazarında yeni peşə və bacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla, bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlığını dəstəkləməkdir.

    Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikasının baş naziri Ceyhun Cəlilov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan MR Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, digər dövlət qurumlarının rəsmiləri, özəl sektorun nümayəndələri, yerli və xarici karyera məsləhətçiləri, insan resursları üzrə mütəxəssislər, təhsil ekspertləri, inkişaf mentorları iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan Samir Seyidəhmədli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də insan kapitalının inkişafının əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edildiyini, Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə mühüm addımlar atıldığını bildirib.

    O, muxtar respublikada elektron xidmətlərin genişləndirilməsi, təhsil və məşğulluq əlaqələrinin gücləndirilməsi, gənclərin innovativ layihələrə cəlb olunması, ixtisaslı kadr hazırlığı və s. sahələrdə həyata keçirilən genişmiqyaslı tədbirləri qeyd edib. Vurğulanıb ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda da muxtar respublikada yeni iqtisadi istiqamətlərin formalaşdırılması, insan kapitalının gücləndirilməsi əsas hədəflər sırasındadır. Gələcəyin peşələri artıq bu gündən formalaşır və bu baxımdan, muxtar respublikada yeni istiqamətlər üzrə hazırlıq və təcrübə proqramlarının genişləndirilməsi xüsusi önəm kəsb edir.

    Vüsal Nəsirli belə bir sammitin təşkilinin ölkəmizin məşğulluq siyasətində yeni düşüncə mərhələsinin göstəricisi, insan kapitalına, eləcə də bilik və bacarıqların gələcək nəsillərə ötürülməsinə yönəlmiş strateji baxışın ifadəsi olduğunu qeyd edib.

    Nazir müavini bildirib ki, Naxçıvan MR-da da hazırda yenilənən iqtisadiyyatın, innovativ yanaşmaların və gənclərin potensialının üzə çıxarılması sahəsində mühüm və ardıcıl işlər aparılır. Bu Sammitin nəticələri gələcəyin peşə ekosisteminin formalaşmasına dəyərli töhfə verəcək. Çünki burada dövlət, özəl sektor və təhsil müəssisələri gələcəyin peşə xəritəsini formalaşdırmaq üçün birgə səylər göstərəcək. Biz birlikdə gələcəyin əmək bazarını daha inklüziv, rəqabətədavamlı və insan mərkəzli edə bilərik.

    Digər çıxış edənlər də Sammitin əhəmiyyətini, gələcəyin əmək bazarına hazırlıq baxımından belə tədbirlərin və vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd ediblər.

    Tədbir çərçivəsində “Əmək bazarının transformasiyası” və “Dəyişikliklərə adaptasiya” adlı iki panel müzakirəsi təşkil olunub. Panellərdə təhsil strategiyalarında yeni yanaşmalar və gələcək addımlar, müasir məşğulluq strategiyaları, gələcəyin peşə və bacarıqlarında gözlənilən yeniliklər, bu yeniliklərə adaptasiya yolları, gələcək əmək bazarına hazırlıq, bununla bağlı Naxçıvan MR-də qarşıda duran çağırışlar müzakirə edilib.

    Növbəti Gələcəyin Peşələri Sammitinin bu ay Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.

    Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib
    Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib
    Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib
    Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib
    Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib
    Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib
    Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib
    Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib
    Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib
    Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib
    Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib
    Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib
    Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib
    #Naxçıvan #Dövlət Məşğulluq Agentliyi #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #Gələcəyin Peşələri Sammiti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub

    15 İyul 2026 19:02

    DOST modeli Moldovada pilot mərhələdə tətbiq olunacaq

    9 İyul 2026 20:36

    Azərbaycan Hava Yollarından Naxçıvan reysləri ilə bağlı vacib məlumat

    6 İyul 2026 17:41

    Azərbaycanın təcrübəsi BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görüldü

    25 İyun 2026 19:51

    AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib

    18 İyun 2026 22:30

    AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb

    17 İyun 2026 18:18

    AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub

    13 İyun 2026 21:18

    AZAL-ın Naxçıvan reysləri hava şəraiti səbəbindən Bakıya geri qayıdıb

    12 İyun 2026 22:04

    AZAL Naxçıvan reyslərini yenidən bərpa edib

    22 May 2026 10:25

    Din xadimlərinin Naxçıvana səfəri təşkil olunacaq

    1 May 2026 10:49

    Nazir Anar Əliyev Qobustanda vətəndaşların müraciətlərini dinləyib

    10 Aprel 2026 14:28

    Naxçıvanda Ombudsman haqqında qanun ləğv edilə bilər

    8 Aprel 2026 21:44
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.