Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Albayrak Group və Trend BİA-nın təşkilatçılığı ilə Bakıda “Xətt Sənəti”

    6 Oktyabr 2023 11:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Albayrak Group və Trend BİA-nın təşkilatçılığı ilə Bakıda “Xətt Sənəti”
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. Azer.Press:

    Azərbaycan Milli İncəsənət Muzeyində Türkiyənin "Albayrak Group" şirkəti və Trend BİA-nın təşkilatçılığı, TurkicWorld və Alport Baku-nun dəstəyi ilə "Xətt Sənəti" sərgisinin açılışı olub.

    Azer.Press xəbər verir ki, sərgidə xəttatlıq sənətinə aid 40-dan çox əsər nümayiş olunub.

    Sərginin açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, "Albayrak Media Group"unun beynəlxalq əlaqələr üzrə məsul şəxsi Fateh Toğrul, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri Rufiz Hafizoğlu, dövlət və ictimaiyyət xadimləri, mədəniyyət və elm nümayəndələri, media nümayəndələri iştirak edib.

    Açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı qeyd edib ki, bu gün türk islam mədəniyyət nümunələrimizi əks etdirən bu sərgi çox dəyərlidir.

    “Qardaş Azərbaycanda qarşlıqlı olaraq müxtəlif sərgilərin keçirilməsi çox qiymətlidir.
    Bugün Azərbaycan və Türkiyə arasında müttəfiqlik səviyyəsi ruhunu Şuşa Bəyannaməsindən alır. Bu bəyənnamə Qarabağ zəfərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ortaya qoyulan iradənin bəyanıdır. Biz bu çərçivədə irəliyə doğru gedirik. Münasibətlərimizi də hər sahədə daha da inkişaf etdirmək istəyirik”,- deyə səfir əlavə edib.

    "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri Rufiz Hafizoğlu həmçinin öz çıxısında qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri həyatımızın bütün sahələrini əhatə edir.

    “Bu gün iki qardaş ölkə arasındakı əlaqələr media sahəsində də inkişaf edib. 2021-ci ildə Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Türkiyənin “Albayrak Media Group”un təsis etdiyi "Türk Dünyası" (Turkic.World) media platforması öz işinə başlayıb.

    Bugün də burada toplaşmağımızın əsas səbəbi “Albayrak Media Group” xəttatlıq sənəti sərgisini təşkil etməsidir”,- deyə o əlavə edib.

    "Albayrak Media Group"unun beynəlxalq əlaqələr üzrə məsul şəxsi Fateh Toğrul isə bildirib ki, Azərbaycan keçmişdən bugünə qədər İslam mədəniyyət izlərini və mədəniyyəti yaşadan memarlığı ilə könüllərdə xüsusi bir yerə sahibdir.

    “"Albayrak Media Group"u olaraq 9 ildir davam etdirdiyimiz “Xətt sənəti” sərgisi başda İstanbul olmaq üzrə Türkiyənin dörd yanında, 10 fərqli şəhərdə keçirilib

    Uzun illərdir davam etdirdiyimiz bu sərgi bugün Azərbaycanda keçirilərək, güclü qardaşlıq əlaqələrimizə töhfə verəcəkdir”,- deyə o vurğulayıb.

    Sərgi zamanı iştirakçılara xəttatlıq sənəti haqqında məlumat verilməklə yanaşı, əsərlərin azərbaycanca tərcüməsi də təqdim edilib.

    Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçıya və Trend BİA-nın direktor müavini Sahil Kərimliyə "Albayrak Media Group" tərəfindən İslam xəttatlıq sənətinə aid panellər təqdim olunub.

    Sərgidə Azərbaycan milli musiqi tarixində ney ifaçısı kimi bir çox ilklərə imza atmış Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nəcəfovun ney ifası da təqdim olunub.

    Qeyd edək ki, İslam sivilizasiyasının zəngin mədəni irsinin bir parçası olan xəttatlıq sənəti keçmişdən bu günə qədər ənənəvi sənətlər arasında özünəməxsus yerini qoruyub saxlayır. "Albayrak Media Group"u hər il fərqli bir mövzu ətrafında xəttatlıq əsərlərini bir araya gətirərək, gənc sənətsevərlərlə ustad xəttatları bir araya gətirməyə davam edir.

    Sərgi oktyabrın 15-dək ziyarətçiləri qəbul edəcək.

    #Albayrak Group
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Linuxda faylların oxunması və izlənilməsi: Head, Tail və Less komandaları

    26 İyul 2026 15:00

    The Wolf of Wall Street – Kapitalizmin, həzzin və hədsizliyin çılğın zirvəsi

    26 İyul 2026 11:30

    Samsung Galaxy Z Fold8 qısa icmalı

    26 İyul 2026 03:00

    Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

    25 İyul 2026 20:37

    "DeepSeek" investisiya raundunu müvəqqəti dayandırıb

    25 İyul 2026 20:12

    Verizon Google ilə 1 milyard dollardan çox dəyərində müqavilə imzalayıb

    24 İyul 2026 20:29

    Al Baraka Azerbaijan Yəməndə içməli su paylayıb

    24 İyul 2026 15:25

    Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub

    24 İyul 2026 13:35

    Cəbrayılda mina partlayışı baş verib, bir nəfər xəsarət alıb

    23 İyul 2026 20:56

    MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

    22 İyul 2026 19:41

    Albayrak Qrupunun inşa etdiyi məscid Qvineyada istifadəyə verilib

    29 Mart 2025 16:10

    SkyRoad jurnalının il sonu nəşri Azərbaycana həsr olunub

    27 Dekabr 2023 15:59
    XƏBƏR LENTİ

    Səs insanın özünəinamını göstərirmi? Mütəxəssislər davranış və səs arasındakı əlaqəni izah edirlər

    Bu gün ABŞ prezidenti Riçard Niksonun impiçment prosesi başladı

    Elm müharibələrin qaynağıdır?

    Səs inkişaf etdirilə bilərmi? - Bunun üçün hansı məşqlər lazımdır?

    Aseton qarşılığında Fələstində yəhudi yurdu quran alim - Çaim Vayzman və onun siyasi əlaqələri

    Azərbaycan hip-hopu: Çingiz Mustafayevdən müasir rep dalğasına qədər

    Əs-Sistani sonrası Nəcəf Hövzəsini gözləyən tarixi sınaq

    Qətər dəniz naviqasiyasının tam bərpa olunduğunu elan edib

    Səhra ortasındakı cənnət: Səba krallığının mühəndislik möcüzələri və ticarət sirləri

    Medikamentoz terapiyadan bioloji hədəfə: Xoralı kolitin müasir dərmanla müalicə protokolları

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.