Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    “Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” mövzusunda müzakirələr aparılıb

    20 Noyabr 2024 17:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” mövzusunda müzakirələr aparılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya" mövzusunda müzakirələr aparılıb.

    AzerVoice xəbər verir ki, ASCO-nun təşkilatçılığı ilə keçirilən müzakirələrdə nüfuzlu gəmiçilik, liman şirkətlərinin və təsnifat cəmiyyətlərinin rəhbər şəxsləri, eləcə də, beynəlxalq dənizçilik sektorunun aparıcı mütəxəssisləri iştirak ediblər.

    ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev açılış nitqi ilə çıxış edərək, Azərbaycanın dünyanın ən böyük tədbiri sayılan COP29-a ev sahibliyi etməsinin tarixi hadisə olduğunu diqqətə çatdırıb.

    Rauf Vəliyev çıxışında ASCO-nun dekorbanizasiya istiqamətində gördüyü işlər və strateji hədəfləri barədə məlumat verib.

    Sədr vurğulayıb ki, ASCO 2012-ci illə müqayisədə emissiyaların 20% azaldılmasına nail olub. Bu da Beynəlxalq Dəniz Təşkilatının (IMO) 2030-cu il hədəfinin vaxtından əvvəl yerinə yetiriməsi deməkdir:

    "Bu uğuru əldə etmək asan olmadı. Ancaq bunu yeni gəmilərə investisiya yatıraraq, mövcud gəmiləri yenidən təmir edərək, köhnə gəmiləri istismardan çıxararaq və enerji səmərəliliyini artıraraq əldə etdik. Məqsədimiz IMO-nun 2050-ci ilədək sıfır emissiya hədəfinə nail olmaqdır və biz bunun üçün dayanıqlılıq həllərini inkişaf etdirmə və karbon emissiyalarının azaldılması strategiyalarını araşdırmaq istiqamətində aktiv fəaliyyət göstəririk".

    "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov çıxışında dekarbonizasiyaya dair görülən işlər haqqında danışıb və bu sahədə əməkdaşlıqların vacibliyinə toxunub.

    O qeyd edib ki, biz bütün partnyorlarımızla, həmçinin ASCO ilə birgə yaşıl dənizçilik istiqamətində səylə çalışır və inanıram ki, sıfır emissiya hədəfinə birlikdə çatacağıq.

    ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli şirkətin emissiyaların azaldılması strategiyası barədə geniş təqdimatla çıxış edib. O, 2050-ci ilədək sıfır emissiya hədəfinə çatmaq üçün şirkətin mərhələlər üzrə görəcəyi işlər barədə məlumat verib.

    "Capital Maritime and Trading Corp" gəmiçilik şirkətinin təsisçisi və sədri Evangelos Marinakis də çıxışında şirkətinin yaşıl enerjiyə keçid prosesinə yanaşması, ikiyanacaqlı mühərrik texnologiyası və enerjiyə qənaət məqsədilə tətbiq etdiyi digər innovativ həllərlə bağlı təcrübəsini bölüşüb.

    "DP World" şirkət qrupunun üzvü "P&O Maritime Logistics"in Baş icraçı direktoru Narayana Prasad Narumanchi Venkata Lakshmi "Dekarbonizasiya strategiyaları: 1, 2 və 3-cü sahə emissiyalarının aradan qaldırılması" mövzusunda təqdimatında dekarbonizasiyanın məqsədləri barədə ətraflı məlumat verib. O, bununla bağlı beynəlxalq gəmiçilikdə, o cümlədən təmsil etdiyi şirkətdə tətbiq olunan yanaşma və təcrübələr barədə bir sıra nümunələr gətirib.

    Nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABS) Avropa bölməsinin Biznesin inkişafı üzrə vitse-prezidenti Ezekial Davis çıxışında bildirib ki, gəmiçilik sənayesində dekarbonizasiya tədbirləri daha dərin, təməl dəyişikliyi əhatə edir: "Mənim üçün gəmiçiliyin karbonsuzlaşdırılmasının əsl həlli üç vacib elementdən - məlumatlılıq, əməkdaşlıq və insan faktorundan asılıdır. Çətinliklərimiz ciddi olsa da, bu fundamental elementlər bizə düzgün istiqamət verir. Biz məqsədə nail olmaq üçün ASCO kimi tərəfdaşlarla birlikdə işləyir, sənayemizin dəyişməsinə töhfə veririk".

    QTAGG-ın Baş kommersiya direktoru Per Österberq "Yeni dekarbonizasiya texnologiyaları: EcoPilot" mövzusunda çıxış edib. Per Österberq ASCO-nun öz gəmilərində "EcoPilot" sistemini quraşdırmasından da danışaraq, bunu innovativ və yaşıl texnologiyalara keçid istiqamətində əhəmiyyətli addım kimi dəyərləndirib.

    Qeyd edək ki, "EcoPilot" gəminin yanacaq sərfiyyatının azaldılmasında və karbon emissiyalarını minimuma endirilməsində vacib texnoloji avadanlıqlardandır. Bu sistem gəminin hərəkət trayektoriyasını, sürətini və mühərrikin işini optimallaşdırmaqla, ekoloji cəhətdən səmərəli naviqasiyanı təmin edir.

    Tədbirdə ASCO-nun COP29 çərçivəsində hazırladığı video nümayiş etdirilib. Videoda dəniz nəqliyyatında emissiyaların azaldılmasına nail olmaq məqsədilə qurumun atdığı addımlar, eyni zamanda gələcək planları əks olunub.

    Sonda ASCO-nun 165 illik tarixindən bəhs edən "Zamanla eyni dalğada" kitab-fotoalbomu da təqdim edilib. Azərbaycan və ingilis dillərində nəşr olunan kitab qonaqlara hədiyyə olunub.

    “Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” mövzusunda müzakirələr aparılıb
    “Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” mövzusunda müzakirələr aparılıb
    “Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” mövzusunda müzakirələr aparılıb
    “Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” mövzusunda müzakirələr aparılıb
    “Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” mövzusunda müzakirələr aparılıb
    “Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” mövzusunda müzakirələr aparılıb
    #COP29
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

    9 May 2026 18:54

    Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

    4 May 2026 19:22

    Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

    4 May 2026 18:03

    Tarixdə bu gün – 13 Aprel

    13 Aprel 2026 00:02

    Kosmosa ilk insan uçuşu, Amerika vətəndaş müharibəsi və Franklin Ruzveltin vəfatı: 12 aprel hadisələri

    12 Aprel 2026 00:01

    İqlim maliyyələşməsi olmadan iqlim gündəliyinin icrası mümkün deyil – Muxtar Babayev

    13 Mart 2026 13:12

    Azərbaycan hər zaman məsələlərin diplomatik və siyasi vasitələrlə həllinin tərəfdarı olub - Yalçın Rəfiyev

    5 Fevral 2026 11:59

    Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqi ilə bağlı Energetika Nazirliyində iclas keçirildi

    29 Yanvar 2026 10:52

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb

    19 Yanvar 2026 18:23

    Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

    14 Yanvar 2026 17:04

    Energetika Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

    26 Dekabr 2025 20:38

    Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

    23 Dekabr 2025 15:30
    XƏBƏR LENTİ

    BMT Liviyada miqrantların yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib

    Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib

    Prezident İlham Əliyev 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb

    Akvakultura istehsalı Türkiyə balıqçılıq sektorunun əsas dayağına çevrilib?

    Azərbaycanda cərimə balları artırıla bilər

    BAEA İran nüvə obyektlərini yoxlaya bilmir

    ABŞ Ebolaya tutulmuş şəxsləri Keniyaya göndərəcək

    Türkiyədə may ayı üzrə inflyasiya nə qədər olub?

    Bombaları dayandırın - ABŞ Konqresində İsrailə silah tədarükünü dayandırmaq istəyənlər artır

    Almaniya XİN başçısı Putinə müraciət etdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.