Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Səhiyyə naziri ÜST-nin Avropa üzrə regional direktoru ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

    19 Noyabr 2024 12:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səhiyyə naziri ÜST-nin Avropa üzrə regional direktoru ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge ilə görüşüb.

    AzerVoice xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, öz çıxışında səhiyyə naziri Azərbaycanın nüfuzlu səhiyyə qurumları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.

    Bakıda keçirilən Qlobal İqlim Konfransının əhəmiyyətini vurğulayan Teymur Musayev Azərbaycanın İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansına (ATACH) rəsmi olaraq qoşulduğunu və iki il ərzində Alyansın həmtəşkilatçısı qismində fəaliyyət göstərəcəyini qeyd edib:

    "ATACH-nin həmsədri kimi Azərbaycan Respublikası iqlim dəyişikliklərinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulması üçün birgə səyləri təşviq edəcək".

    Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

    Öz növbəsində Hans Henri Kluge BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib:

    "Azərbaycan hər zaman mühüm beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil edir və COP29 da istisna deyil".

    ÜST-nin Avropa üzrə regional direktoru COP29-da müzakirə olunan mövzuların aktuallığını vurğulayaraq, Tərəflər Konfransının qlobal ictimaiyyət üçün bir araya gələrək, praktiki həlləri müəyyən etməkdə mühüm fürsət olduğunu qeyd edib.

    Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Səhiyyə naziri ÜST-nin Avropa üzrə regional direktoru ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
    Səhiyyə naziri ÜST-nin Avropa üzrə regional direktoru ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
    #ÜST
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib

    26 Avqust 2026 21:17

    Azərbaycan ÜST-nin regional tədbirində "Ən yaxşı poster" mükafatına layiq görülüb

    27 İyul 2026 18:16

    Afrikanın ucqar meşələrindən qlobal təhdidə: Meymunçiçəyi virusunun yayılma coğrafiyası

    12 İyul 2026 12:00

    Bütün Hantavirus yoluxma hallarının Kruiz gəmisi İlə əlaqəli olduğu müəyyən edilib

    9 May 2026 21:28

    ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) rəsmən ayrılıb

    23 Yanvar 2026 09:23

    Marburq virusu Efiopiyada epidemiya səviyyəsinə çatıb

    17 Noyabr 2025 16:15

    Dünya üzrə milyonlarla insan diabetdən xəbərsizdir

    14 Sentyabr 2025 14:58

    ÜST rəhbəri İsraili Qəzzadakı humanitar böhranı dayandırmağa çağırıb

    5 Sentyabr 2025 20:01

    Mədinə ÜST-dən “Sağlam Şəhər” statusunu yenidən aldı

    1 Avqust 2025 10:49

    Aİ İsrailin Ümumdünya Səhiyyə Təşkilatının binasına hücumunu pisləyib

    22 İyul 2025 16:38

    ABŞ BMT, UNESCO və ÜST-yə töhfələri dayandırmağı təklif edir

    2 May 2025 20:05

    Sudanda sağlamlıq vəziyyəti acınacaqlıdır - BMT

    12 Mart 2025 15:45
    XƏBƏR LENTİ

    ŞƏT “Şanxay beşliyi”ndən iri beynəlxalq təşkilata qədər böyük yol keçib - Tokayev

    Qətərdə ticari əməliyyatların 86 faizi elektron icra olunub -Ticarət və Sənaye Nazirliyi

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    Prezident İlham Əliyev azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirib

    Prezident İlham Əliyev: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur

    Prezident İlham Əliyev Peter Pelleqriniyə məktub ünvanlayıb

    Ula və Xeybərdə medalyon formalı daş sərdabələr tapıldı (FOTO)

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    Kərim Benzema karyerasını başa vurmağa hazırlaşır

    "Arabian Drilling"dən 800 milyon dollarlıq saziş: 11 qazma qurğusu işə düşür

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.