Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Perinatal mərkəzdəki yanğında 4 uşaq ölüb - rəsmi açıqlama

    9 Yanvar 2024 10:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Perinatal mərkəzdəki yanğında 4 uşaq ölüb - rəsmi açıqlama
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.

    AzerPress xəbər verir ki, bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) birgə məlumatında deyilir.

    Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunub.

    "Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

    İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.

    Dərin təəssüf hissi ilə qeyd edirik ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

    Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

    Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcək.

    Hadisə ilə əlaqədar vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq", - məlumatda deyilir.

    Perinatal mərkəzdəki yanğında 4 uşaq ölüb - rəsmi açıqlama
    #yanğın #Perinatal mərkəz
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranın hücumları Küveytdə yanğınlara səbəb olub, yaralananlar var

    18 İyul 2026 20:39

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    17 İyul 2026 22:11

    Oman sahillərində neft tankeri partlayış nəticəsində zədələnib

    14 İyul 2026 18:11

    Oman sahillərində tankerdə yanğın baş verib, heyət təxliyə olunub

    8 İyun 2026 21:19

    Oman sahillərində neft tankerində yanğın baş verib

    8 İyun 2026 20:10

    BMT Təhlükəsizlik Şurasına nüvə obyektində baş verən insident barədə hesabat veriləcək

    19 May 2026 22:25

    Bakıda yanğın baş verib

    21 Dekabr 2025 09:55

    Honkonqda baş verən yanğında ölənlərin sayı 94-ə çatıb

    28 Noyabr 2025 10:06

    Türkiyədə məhkəmə binasında partlayış və yanğın baş verib

    25 Noyabr 2025 17:29

    Yasamaldakı yanğına səbəb olduğu iddia edilən restorandan AÇIQLAMA

    22 Noyabr 2025 11:34

    Hadisə şahidi olan tanınmış jurnalist yanğının təfərrüatlarını açıqladı

    22 Noyabr 2025 11:21

    Yanğında tüstüdən zəhərlənənlərin son vəziyyəti açıqlandı

    22 Noyabr 2025 10:32
    XƏBƏR LENTİ

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.