Sudanın Xarici İşlər Nazirliyi Şimali Darfur vilayətinin paytaxtı Əl-Faşirdə Sürətli Dəstək Qüvvələrinin (RSF) törətdiyini iddia etdiyi “dəhşətli terror cinayətlərini” sərt şəkildə pisləyib və bu hadisələri “soyqırımı və sistemli qətliam” kimi qiymətləndirib.
Şimali Afrika
Sudanda davam edən vətəndaş müharibəsində mühüm dönüş nöqtəsi baş verib. “Sürətli Dəstək Qüvvələri”nin (SDQ) iki illik mühasirədən sonra Şimali Darfur vilayətinin paytaxtı Əl-Faşiri tam nəzarətə götürməsi, ölkədə 2023-cü ilin aprelindən bəri davam edən qarşıdurmanın istiqamətini dəyişə bilər.
Misirin Qəzza Səhrası Xalqına Yardım Komitəsi İsrail hücumlarında dağılan binaların dağıntılarını təmizləmək və humanitar vəzifələri yerinə yetirmək məqsədi ilə yeni ağır iş maşınları və avadanlıqlar aldığını açıqlayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi Əlcəzairi “dost ölkə” və “Afrika qitəsində əsas tərəfdaş” adlandırıb. O, MAQATE ilə Əlcəzair arasında uzun illər davam edən əməkdaşlığı yüksək qiymətləndirərək, ölkənin mülki nüvə texnologiyaları sahəsində əldə etdiyi mühüm nailiyyətləri vurğulayıb.
Misir, İsrail və Həmasa Şarm əl-Şeyx şəhərində imzalanan Qəzzada atəşkəs sazişinə əməl etməyə çağırıb. Misir Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, nazir Bədr Əbdülati Fransa xarici işlər naziri Jan-Noel Barro və Danimarka xarici işlər naziri Lars Lökke Rasmussenlə telefonla danışıb. Əbdülati qeyd edib ki, Şarm əl-Şeyx şəhərində imzalanan Qəzzada atəşkəs razılaşmasına tərəflərin əməl etməsi son dərəcə vacibdir.
2011-ci il oktyabrın 20-də Afrikanın və ərəb dünyasının ən uzunömürlü lideri olan Muəmmər Qəddafi doğma şəhəri Sirt yaxınlığında üsyançı qüvvələr tərəfindən ələ keçirilib və öldürülüb. 69 yaşlı Qəddafi 1969-cu ildə hərbi çevrilişlə hakimiyyətə gəlmişdi və dörd onillikdən çox davam edən idarəçiliyi dövründə xalqına qarşı çoxsaylı insan haqları pozuntularında ittiham olunmuş, həmçinin bir sıra terror aktları ilə əlaqələndirilmişdi. Bu hadisələr arasında 1988-ci ildə Şotlandiyanın Lokerbi şəhəri üzərində “Pan Am” sərnişin təyyarəsinin partladılması da var idi.
Livan məhkəməsi, keçmiş Liviya lideri Muəmmar Qəddafinin oğlu Hannibal Qəddafinin on il davam edən həbsinə son qoyaraq onun 11 milyon dollarlıq girov qarşılığında azadlığa buraxılmasına qərar verib.
Əlcəzair hökuməti 2026-cı il üçün ölkə tarixində ən böyük dövlət büdcəsini təsdiqləyib. Ümumi xərclərin həcmi 131 milyard dollar təşkil edir ki, bu da 2025-ci illə müqayisədə 5 milyard dollar çoxdur. Artım əsasən müdafiə və sosial təminat sahələrinə yönəlib.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qəzzada əldə olunmuş və tezliklə qüvvəyə minməsi gözlənilən atəşkəs razılaşmasının bölgə xalqları üçün "ədalət və sabitlik dolu bir gələcək ümidi qapısını araladığını" bildirib. Sisi yazılı açıqlamasında Şarm əl-Şeyxdə razılaşmaya gəlindiyini xatırladaraq, dünyanın bu anla “sülh iradəsinin zəfərini təcəssüm etdirən tarixi bir hadisəyə” şahidlik etdiyini qeyd edib.
Misirdə aparılan atəşkəs danışıqları nəticə verib. İsrailin iki ildir davam edən soyqırımı ilə üzləşən Qəzzada atəşkəsin qüvvəyə mindiyi elan olunub. HƏMAS məsələ ilə bağlı yaydığı açıqlamada vasitəçilik edən ölkələrə təşəkkür edib. “Qətər, Misir və Türkiyədəki vasitəçi qardaşlarımızın səylərini böyük təşəkkürlə qarşılayırıq. Həmçinin müharibənin tamamilə dayandırılmasını və işğalçı İsrailin Qəzza zolağından tam şəkildə geri çəkilməsini hədəfləyən ABŞ Prezidenti Donald Trampın səylərini də yüksək qiymətləndiririk,” – deyə bəyanatda bildirilib.
Bu gün, çərşənbə axşamı, Misirin tanınmış alimi, Əl-Əzhər Universitetinin sabiq rektoru və Ali Alimlər Şurasının üzvü professor Əhməd Ömər Haşim vəfat edib. AzerVoice xəbər verir ki, o, uzun sürən xəstəliklə mübarizədən sonra dünyasını dəyişib.
Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Hannibalın Livanda saxlanılması fonunda səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərlər bir çox liviyalını onun azadlığa buraxılması üçün təcili tədbirlər görməyə çağırmağa vadar edib.