Almaniya hökuməti Avropada artan geosiyasi risklər fonunda hərbi xidmət sistemində dəyişiklik etməyə hazırlaşır. Kansler Fridrix Mersin rəhbərlik etdiyi hökumət könüllülük prinsipinə əsaslanan yeni hərbi xidmət modelini nəzərdə tutan qanun layihəsini kabinetə təqdim edib. Qanun layihəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, zərurət yarandığı halda məcburi hərbi xidmətin yenidən tətbiqinə hüquqi baza yaradır. İlk mərhələdə Almaniya ordusunun – Bundesverin – şəxsi heyətinin artırılması planlaşdırılır.
Baş xəbər
ABŞ İranın "Mahan Air" aviaşirkətini dəstəkləyən beynəlxalq şəbəkələrə qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar Çin, Hindistan, Rusiya və İrandan altı hüquqi və fiziki şəxsi əhatə edir. Vaşinqton "Mahan Air"in SEPAH-ın şəxsi heyətini, silah və pilotsuz aparatları daşıdığını bildirir. ABŞ həmçinin SEPAH-la əlaqəli olduğu iddia edilən bir şirkəti də sanksiya siyahısına əlavə edib. Yeni qərar Damietta limanında baş verən pilotsuz aparat hücumundan sonra açıqlanıb. ABŞ bu addımın İranın regional fəaliyyətlərini dəstəkləyən şəbəkələri zəiflətməyə xidmət etdiyini bildirib. Sanksiyalar İranın logistika və maliyyə imkanlarını məhdudlaşdırmağı hədəfləyir.
Bəzi xalq nəğmələri var ki, onlar sadəcə musiqi deyil, bir millətin tarixini bədii dillə kodlaşdıran yaddaş kitabəsidir. İraq musiqi irsinin ən parlaq incisi olan “Chalchal alayya el rumman”, ilk baxışda bir qızın məcburi evliliyə etirazı və ailəsinin yanına dönmək istəyi kimi görünsə də, əslində 1920-ci illərdə İraqın ingilis işğalına qarşı gizli siyasi etiraz manifestidir.
Son illər Azərbaycanın musiqi məkanında, kütləvi şənliklərdə və xüsusilə sosial şəbəkələrin yerli seqmentində ərəb musiqisinə olan maraq kəskin şəkildə artıb. Aparılan müşahidələr və rəqəmsal platformaların statistik təhlili göstərir ki, dil fərqinə baxmayaraq, bəzi ərəb bəstələri ölkəmizdə trendə çevrilərək uzun illərdir öz populyarlığını itirmir.
Məşhur üslub və dəb simaları Sandra Şəhab və Əminə Muaddi Fransanın lüks moda evi “Jacquemus”un yaz/yay 2027 kolleksiyasının təqdimatında fəxri qonaqlar sırasında yer alıblar
Prezident İlham Əliyev Çolpon-Ata şəhərində yerləşən "İssık-Kul Qolf Resort" kompleksində Qolf Klubun açılışında iştirak edib. Tədbirə Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri də qatılıblar. Mərasimdə kompleks barədə təqdimat keçirilib. İssık-Kul gölünün sahilində yerləşən layihə turizmin inkişafına xidmət edəcək. Kompleksdə qolf meydançası, hotellər, restoranlar və digər turizm infrastrukturu yaradılıb. Burada beynəlxalq qolf turnirlərinin keçirilməsi də planlaşdırılır. Dövlət başçıları sonda qolf oyununun rəmzi başlanğıc mərasimində iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib. VOA xəbər verir ki, dövlət başçısının təyyarəsi Çolpon-Ata şəhərindəki İssık-Kul Beynəlxalq Hava Limanına enib. Prezidentin şərəfinə hava limanında fəxri qarovul dəstəsi düzülüb. İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar. Səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişafı və əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir. Dövlət səfəri Azərbaycan ilə Qırğızıstan arasında tərəfdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır. Tərəflərin bir sıra görüşlər keçirməsi planlaşdırılır.
İsrail ordusunda qeyri-adi insident baş verib. Yerli KİV-lərin məlumatına görə, təxminən 100 hərbçi və zabit komandirlə yaşanan mübahisədən sonra ölkənin cənubundakı "Sde Teyman" hərbi bazasını icazəsiz tərk edib. İsrailin Yisrael Hayom qəzetinin yaydığı məlumata əsasən, hadisə "Qivati" briqadasının "Tsabar" batalyonunda baş verib. Hərbçilərin bazanı tərk edərkən silahlarını orada qoyduqları bildirilir.
Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) İraqdakı Kərkük neft yataqlarının inkişafı layihəsində mühüm tərəfdaşlardan birinə çevrilib. Şirkət BP və ConocoPhillips ilə birlikdə yaradılan konsorsiumda 15 faiz pay əldə edib. Razılaşma çərçivəsində TPAO, BP və ConocoPhillips Kərkükdəki Baba və Avanah strukturları, eləcə də Bai Hassan, Jambur və Khabbaz yataqlarında hasilatın artırılması istiqamətində birgə fəaliyyət göstərəcək.
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Ankara ilə Bağdad arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın fasiləsiz davam etdiyini açıqlayıb. Nazirlik bildirib ki, sərhəd təhlükəsizliyi və terrorla mübarizə istiqamətində yaradılan birgə mexanizmlər qətiyyətlə fəaliyyət göstərir.
Uzun illər davam edən hərbi qarşıdurmalardan və kövrək sabitlik dövrlərindən sonra Livan ilə İsrail arasında Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə çərçivə sazişinin imzalanması regionda yeni bir siyasi mərhələnin əsasını qoyub.
NASA xəritələrindəki qırmızı nöqtələr əsasən peyklərin qeydə aldığı istilik anomaliyalarını göstərir. Bu məlumatlar yanğının dəqiq ölçüsünü deyil, onun təxmini yerləşdiyi ərazini göstərir. Mütəxəssislərin sözlərinə görə, peyk görüntülərində kiçik bir əkin sahəsində baş verən yanğın da böyük yanğın kimi eyni ölçüdə piksel şəklində göstərilə bilər. Eyni vaxtda milyonlarla fermerin kiçik ərazilərdə yanğın törətməsi isə xəritədə Afrikanın böyük hissəsini əhatə edən nəhəng qırmızı sahə kimi görünə bilər.