Baş xəbər

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqton sammitinin ildönümü ilə bağlı paylaşım edib. “Prezident İlham Əliyev müharibədə qalib gəldi, həm də sülhü qazandı! Vaşinqton Sülh Sammitindən bir il ötür”, - deyə Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında yazıb.

Türkiyədə “Terrorsuz Türkiyə” prosesinin hüquqi əsasını formalaşdıracaq “Milli Həmrəyliyin və İctimai Bütünləşmənin Gücləndirilməsinə dair Qanun Təklifi” Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədliyyə Komissiyasında qəbul edilib. 12 maddədən ibarət qanun təklifi PKK/KCK terror təşkilatının fəaliyyətinə son qoyması və nəzarətində olan silah-sursatı təhvil verməsinin təhlükəsizlik qurumları tərəfindən təsdiqlənməsindən sonra proses çərçivəsində həyata keçiriləcək hüquqi tədbirləri müəyyənləşdirir.

Avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar.

Türkiyənin Daxili İşlər Nazirliyi yanında Miqrasiya İdarəsi 2026-cı il iyulun 30-na olan qeyri-qanuni miqrasiya və miqrant qaçaqmalçılığı ilə bağlı aktual statistik məlumatları açıqlayıb. Məlumata görə, 2026-cı ilin ilk 7 ayında Türkiyədə 82 min 701 qeyri-qanuni miqrant saxlanılıb. Qurumun məlumatında qeyd olunub ki, təkrar qeydiyyatlar çıxıldıqdan sonra real göstərici 74 min 513 nəfər təşkil edib.

İsraildə keçiriləcək Knesset seçkiləri öncəsi siyasi partiyaların İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələri ilə bağlı mövqeləri ölkənin əsas siyasi müzakirə mövzularından birinə çevrilib. İsrailin siyasi xəritəsində fərqli düşərgələr arasında ciddi fikir ayrılıqları olsa da, yəhudi yaşayış məntəqələri məsələsi bir çox siyasi qüvvələri birləşdirən əsas mövzulardan biri olaraq qalır. Partiyalar yaşayış məntəqələrinin gələcəyi, Fələstin məsələsinin həlli və mümkün ilhaq siyasəti ilə bağlı fərqli yanaşmalar ortaya qoyurlar.

İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada İran Silahlı Qüvvələrinin gücünü yüksək qiymətləndirib və müsəlman ölkələrini "xarici təhdidlərə" qarşı birlik nümayiş etdirməyə çağırıb. O bildirib ki, müsəlman dövlətləri yalnız öz imkanlarına güvənərək regiondakı çağırışların öhdəsindən gələ bilərlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Pakistanla imzalanan müdafiə sazişinin heç bir ölkəyə qarşı yönəlmədiyini bildirib. Onun sözlərinə görə, kollektiv çəkindirmə prinsipinə əsaslanan razılaşma təhlükəsizlik və müdafiə əməkdaşlığını, birgə müdafiə sənayesi layihələrini və terrorizmlə mübarizəni gücləndirəcək. Ərdoğan sazişin regionda sülh və sabitliyə töhfə verməyi hədəflədiyini vurğulayıb.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Sazişinin heç bir ölkəyə qarşı yönəlmədiyini bildirib. Onun sözlərinə görə, sənəd üç ölkənin ortaq təhlükəsizliyini və kollektiv çəkindirmə imkanlarını gücləndirəcək, eyni zamanda regionda sülh və sabitliyin qorunmasına töhfə verəcək.

Fərmana əsasən, Azərbaycan Respublikası Media və Yayım Şurası (Şura) Azərbaycan Respublikası Audiovizual Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir. Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahididir.