Axtarış nəticələri "Donald Tramp" (3350)

Argentina Prezidenti Xavyer Milei ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Qəzza üçün yaradılan “Sülh Şurası”na dəstəyi yenidən bəyan edərək, Qəzzaya sülhməramlı qüvvə göndərməyə hazır olduqlarını açıqlayıb. Milei Vaşinqtonda keçirilən Qəzza üzrə “Sülh Şurası” toplantısında çıxışı zamanı davamlı sülhün yalnız əsas insan hüquqlarına söykənən nizamla təmin oluna biləcəyini bildirib və Şuranın bu məqsədə yönəlik çərçivə təqdim etdiyini qeyd edib. O, Argentinanın sülh əməliyyatları üzrə təcrübəsinin güclü istinad olduğunu vurğulayaraq, bu potensialın mümkün sabitləşdirmə qüvvəsinin xidmətinə verilə biləcəyini deyib. Milei, həmçinin Argentina Xarici İşlər Nazirliyi xətti ilə beynəlxalq humanitar yardım göstərən “Ağ dəbilqəlilər” qruplarının Qəzzadakı fəaliyyətlərə dəstəyə hazır olduğunu açıqlayıb.

ABŞ və İran arasındakı vəziyyət bir neçə göstəricinin artması fonunda "son dərəcə kövrək" kimi xarakterizə olunur və bu, tərəflər arasında hərbi qarşıdurma ehtimalını gücləndirir. "Axios" saytının bu həftə məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, münaqişə başlayarsa, o, keçən yay həyata keçirilən məhdud zərbələrdən fərqli olaraq, həftələrlə davam edə bilər və tammiqyaslı müharibə xarakteri ala bilər.

ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişinə nail olunub-olunmayacağının “yəqin ki, 10 gün ərzində” aydınlaşacağını bildirib. Açıqlama Yaxın Şərqdə ABŞ hərbi mövcudluğunun ikinci aviadaşıyıcı qrupunun bölgəyə yönləndirilməsi ilə gücləndiyi bir vaxta təsadüf edib. Vaşinqtonda çıxış edən Tramp İranın nüvə silahına sahib ola bilməyəcəyini vurğulayıb və Tehranın “regional sabitliyi təhdid etməyə davam edəcəyi təqdirdə mənfi nəticələrlə üzləşəcəyini” deyib. ABŞ tərəfi Cenevrədə keçirilmiş son görüşlərdən sonra İranın uranın zənginləşdirilməsi proqramından tam imtina tələbinə cavab gözləyir.

ABŞ Prezidenti Donald Tramp sələfi Barak Obamanın yadplanetlilər barədə verdiyi bəyanatlara kəskin reaksiya verib. VOA xəbər verir ki, Tramp Obamanı "bağışlanmaz səhvə" yol verməkdə ittiham edərək, onun bir neçə gün əvvəlki çıxışında "məxfi məlumatları" ifşa etdiyini bildirib. "Sabiq prezident Obama məxfi məlumatları ifşa etdi. Onun bunu etmək səlahiyyəti yoxdur. Yadplanetlilərin real olub-olmadığını bilmirəm... Lakin sizə təsdiq edə bilərəm ki, o, məxfi məlumatları sızdırıb. O, böyük bir səhvə yol verdi."-deyə Ağ Evdə mətbuat açıqlaması verən Tramp bildirib.

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının sədri olaraq şuranın qətnaməsini imzalayıb. Sülh Şurasının üzvləri şuranın fəaliyyətini təmin edəcək maliyyə bütövlüyü və şəffaflıq prinsiplərini müəyyənləşdirən qətnaməyə səs veriblər. Qətnamə yekdilliklə qəbul edilib. Daha sonra liderlər ianə toplama öhdəliklərinə imza atan Donald Trampa qoşulublar.

İranla razılaşma əldə edib-etməyəcəyimizi təxminən 10 gün ərzində öyrənəcəksiniz. Bu sözləri ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib. O, Cenevrə görüşünün yaxşı keçdiyini bildirib. “İran hazırda qaynar nöqtədir və İran nümayəndələri ilə yaxşı görüşlər keçirilir. Biz mənalı bir razılaşma əldə etməliyik. Əks halda, pis şeylər baş verə bilər", - deyə o əlavə edib.

ABŞ-ın 2003-cü ildə İraqın işğalından sonra ilk dəfə olaraq Yaxın Şərq regionuna ən böyük hava qüvvəsini yerləşdirdiyi iddia olunur. Vaşinqton son günlər regionda hava və dəniz hərbi kontingentini gücləndirərək İrana qarşı mümkün əməliyyat variantlarını nəzərdən keçirir. Məlumatda bildirilir ki, nəzərdən keçirilən ssenarilər iyun 2025-ci ildə İranın nüvə obyektlərinə qarşı həyata keçirilən “birdəfəlik zərbə” variantından fərqli olaraq, həftələrlə davam edə biləcək genişmiqyaslı hava əməliyyatını da əhatə edir. Donald Trampa təqdim olunan brifinqlərin İran rəhbərliyinə və regional müttəfiqlərinə maksimum zərər vurmaq məqsədi daşıdığı vurğulanır.

Danimarka kralı Frederik ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın əldə edilməsi ilə bağlı bəyanatları fonunda Nuuk şəhərinə səfər edib. Danimarkanın baş naziri və Qrenlandiyanın hökumət rəhbəri, ABŞ dövlət katibi Marko Rubio ilə konstruktiv görüş keçirdiklərini bildirsələr də, Donald Trampın Arktika adasını əldə etmək niyyətində dəyişiklik olmadığı qeyd olunub.

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı olduğunu və Moskvanın bu addımları qəbul etməyəcəyini bəyan edib. Vladimir Putin Moskvada Bruno Rodriguez ilə görüşündə ABŞ-ın yeni məhdudiyyətlərini şərh edərək bildirib ki, Rusiya Kubanın müstəqillik və öz inkişaf yolunu seçmək hüququnu daim dəstəkləyib.

ABŞ hərbi rəhbərliyi Donald Trampa İrana mümkün zərbələrin ən tez şənbə günündən həyata keçirilə biləcəyi barədə hazır olduqlarını məruzə edib. Rəsmilər anonimlik şərti ilə bildiriblər ki, ABŞ Prezidenti hələlik İrana zərbə endirilməsi ilə bağlı yekun qərar verməyib. Müzakirələr dinamik xarakter daşıyır və Ağ ev eskalasiyanın risklərini, eləcə də siyasi və hərbi nəticələri dəyərləndirir.

ABŞ prezidenti Donald Trampın rəhbərliyi ilə Vaşinqtonda keçirilən "Sülh Şurası"nın (Board of Peace) ilk iclası və Qəzzanın gələcəyi ilə bağlı müzakirə olunan strateji məsələləri tam mətn halında təqdim edirəm. Başlıqlarda yalnız ilk söz və xüsusi adlar böyük hərflə yazılmışdır. ABŞ prezidenti Donald Tramp bu gün Vaşinqtonda, adını dəyişərək öz adını verdiyi "Donald J. Trump ABŞ Sülh İnstitutu"nda 45-dən çox ölkənin nümayəndəsinin iştirakı ilə "Sülh Şurası"nın ilk iclasına sədrlik edir. İclasın əsas gündəmini Qəzza zolağının bərpası, "Həmas"ın tərksilah edilməsi və humanitar yardımın təşkili kimi mürəkkəb məsələlər təşkil edir.

ABŞ dövlət katibi Marko Rubio gələn həftə İsrailə səfər edərək Baş nazir Benyamin Netanyahuya ABŞ-İran nüvə danışıqları ilə bağlı son vəziyyət barədə məlumat verəcək. Bu barədə Tramp administrasiyasının iki rəsmisi anonimlik şərti ilə açıqlama verib. Məlumata görə, Rubio fevralın 28-də Netanyahu ilə görüşməyi planlaşdırır. Səfər hələ rəsmi şəkildə elan olunmayıb. ABŞ və İran son vaxtlar İslam Respublikasının nüvə proqramı ilə bağlı iki raund dolayı danışıqlar aparıb. ABŞ-ın yüksəkvəzifəli rəsmilərindən birinin sözlərinə görə, İran Cenevrədə keçirilən son görüşdə səsləndirilən narahatlıqlara cavab olaraq yazılı təklif hazırlamağa razılaşıb. Həmin rəsmi Ağ evin Təhlükəsizlik Şurasının iclasında İranla bağlı məsələlərin müzakirə edildiyini və mümkün hərbi əməliyyat üçün “tam qüvvələrin” martın ortalarınadək hazır vəziyyətə gətiriləcəyinin bildirildiyini deyib.

ABŞ-ın milli təhlükəsizlik sahəsindəki yüksək rütbəli rəsmiləri Prezident Donald Trampa ordunun gələn şənbə günündən etibarən İrana qarşı mümkün zərbələr endirməyə tam hazır olduğu barədə məlumat veriblər. "CBS News" telekanalına danışan məlumatlı mənbələrin bildirdiyinə görə, hər hansı bir hərbi hərəkətliliyin qrafiki həftə sonundan sonrakı dövrü də əhatə edə bilər.

Artıq bir müddətdən çoxdur ki, İran ətrafında cəriyan edən proseslər beynəlxalq ictimaiyyətin önəmli gündəm mövzusuna çevrilib. ABŞ-İran hərbi qarşıdurması ehtimalı ilə bağlı dolaşan söz-söhbətlər nəinki ABŞ-nin Avropadakı müttəfiqlərini, hətta Yaxın Şərqin aparıcı ölkələri – Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirliləri və Türkiyəni ciddi şəkildə narahat edir.

ABŞ-ın Brüsseldəki səfiri Belçika hökumətini “Vooruit” Partiyasının lideri Konner Russonun ABŞ Prezidenti Donald Trampı Adolf Hitlerə bənzətməsi ilə bağlı iddiaları dərhal qınamağa çağırıb. ABŞ səfiri Bill Uayt Belçikanın xarici işlər naziri Maksim Prevo-ya ünvanladığı məktubda Russonun sosial mediada yayılmış videosunu “məntiqsiz və qəbuledilməz” adlandırıb və rəsmi Brüsseli bu bəyanatlara reaksiya verməyə dəvət edib.

Hazırda tərəflər arasında davam edən danışıqlar prosesində ABŞ-ın İran mütəfəkkiri ilə rəftarında iqtisadi ölçüləri siyasi və təhlükəsizlik amillərindən ayırmaq mümkün deyil. Danışıqların getdiyi siyasi yolun arxasında amerikalılar tərəfindən enerji mənbələrinin cəlb edilməsinə xüsusi diqqət yetirilir. İki komandanı bir araya gətirən ikinci raund danışıqların başlamasına bir neçə gün qalmış İran xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Həmid Qənbərinin bəyanatı olduqca diqqətçəkən idi: "Tehran ABŞ ilə hər iki tərəf üçün iqtisadi fayda gətirəcək bir nüvə sazişinə nail olmağa çalışır". Cenevrədəki danışıqlar ərəfəsində verilən bu ilk və mühüm bəyanatda o bildirdi ki, sazişin dayanıqlığını təmin etmək üçün ABŞ-ın da yüksək və sürətli gəlir gətirən sahələrdə iqtisadi mənfəət əldə etməsi zəruridir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana qarşı mümkün hərbi eskalasiyanın region üçün ciddi risklər yaradacağını bildirib. Türkiyə lideri qeyd edib ki, son olaraq İran Prezidenti ilə görüş keçirib, növbəti gün isə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar aparıb. Bu təmaslarda regional gərginliyin azaldılması və mümkün diplomatik yol xəritəsi müzakirə olunub.