Siyasət

29 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı baş tutub. Bildirilib ki, nazirlər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Növbəti ildə də yüksək səviyyəli siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə ərzində paylaşılmış rəsmi məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Videoçarxda Silahlı Qüvvələrin fəaliyyəti və baş verən əsas hadisələr əksini tapıb. Materialda görülən işlər və həyata keçirilən tədbirlər ümumiləşdirilib. İcmal videoçarxı Müdafiə Nazirliyinin rəsmi informasiya resurslarında təqdim olunub.

IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab vermək məqsədilə yaradılıb. Bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Euronews"a müsahibəsində bildirib. Telekanal IDEA-nın ekologiya, iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması sahəsində fəaliyyəti haqqında reportaj hazırlayıb.