Siyasət

“Azərbaycan Prezidenti Çinlə hərtərəfli strateji tərəfdaşlığı yüksək qiymətləndirir” adlı Çin və ingilis dilində hazırlanan xəbərdə dövlətimizin başçısının iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını böyük uğur kimi dəyərləndirdiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan Prezidenti hərtərəfli strateji tərəfdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına böyük təkan verdiyini, biznes və dövlət strukturlarına əlaqələri fəallaşdırmaq üzrə ciddi impuls verdiyini deyib.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir. “Reuters” agentliyinin, ABŞ-ın “US News”, “The Straitstimes”, “Econotimes” qəzetlərinin, “Global Banking and Finance” internet resursunun, habelə beynəlxalq analitik portal olan “Al-Monotor”un dərc etdiyi “Azərbaycan Qəzzaya sülhməramlı kontingent göndərməyəcək” sərlövhəli xəbərlərdə qeyd olunur ki, Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin ölkənin hüdudlarından kənarda heç bir hərbi əməliyyatlarda iştirak etmədiyini və bunun gələcəkdə də nəzərdə tutulmadığını bildirib. Materialda bununla bağlı yanlış məlumatları təkzib edən dövlətimizin başçısının sözləri sitat gətirilir: “Biz 20 sualdan ibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Bu məsələlərə aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur”.

Rusiyanın aparıcı media orqanları bir gün əvvəl yerli televiziya kanallarına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyevin əsas sitatlarını əks etdirən materiallar dərc edib. “RİA Novosti”, TASS, “Vesti Kavkaza”, “İnterfaks” agentlikləri, “360” televiziya kanalı və digər media qurumları dərc etdikləri materiallarda Prezident İlham Əliyevin “Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq heç bir şübhə yoxdur” fikrini önə çəkiblər. Nəşrlərdə, həmçinin dövlət başçısının Azərbaycanın Mərkəzi Asiya ilə Qərb arasında yeganə etibarlı halqa olduğunu, ölkədən yan keçən alternativ marşrutların isə səmərəsiz və maraq doğurmadığını vurğuladığı qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziyalara müsahibəsi ərəb mediası tərəfindən geniş işıqlandırılıb. Nüfuzlu “əş-Şarq əl-Avsət”, “əl-Quds əl-Arabi”, “əl-Dustur”, “əl-Şuruq”, “samanyus”, eləcə də Fələstinin informasiya portalları, bir sıra televiziya kanalları mövzu ilə bağlı silsilə xəbərlər yayımlayıb. Ərəb mediasında yayılan xəbərlərdə və reportajlarda dövlətimizin başçısının Azərbaycanın Qəzzada sülhməramlı qüvvələrin tərkibində iştirakla bağlı mövqeyi, eləcə də qlobal proseslər və ABŞ-la münasibətlər əsas diqqət mərkəzində olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun sədri Hayma Al Zari ilə də görüşüb. görüşdə Azərbaycan ilə Oman arasında kiçik və orta sahibkarlığın inkişafı, qadınların iqtisadi fəallığının artırılması, gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və innovasiyayönümlü layihələrin təşviqi məsələləri müzakirə olunub.

Maskata səfəri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sultan Qabus Böyük Məscidini də ziyarət edib. Mərhum Sultan Qabus bin Səidin təşəbbüsü ilə inşa edilən və 2001-ci ildə açılan məscid ölkənin ən möhtəşəm dini-memarlıq abidələrindən biridir. Təxminən 20 min nəfərin ibadət edə bildiyi məscid Maskatın memarlıq rəmzinə çevrilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərində Oman Sultanlığının birinci xanımı Ülyahəzrət Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah ilə görüşüb.Leyla Əliyevanı Omanda görməkdən məmnunluğunu bildirən Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah onun ictimai fəaliyyətinin Azərbaycanla yanaşı, bir çox ölkələrdə, o cümlədən Körfəzin ərəb ölkələrində yüksək qiymətləndirildiyini vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanın paytaxtı Maskat şəhərində Sultan Qabus adına Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzini ziyarət edib. Leyla Əliyevanı Mərkəzdə tibb şəhərciyinin icraçı direktoru xanım Siham Sinaniyya qarşılayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Mərkəzin müxtəlif bölmələrini gəzib, burada xəstəliyin müalicəsində istifadə olunan müasir tibbi avadanlıqlara baxıb.