Siyasət

Baş nazir Əli Əsədov BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Tərəflər qlobal yol hərəkəti təhlükəsizliyinin təşviqi istiqamətində görülən işləri müzakirə ediblər. Azərbaycanda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və rəqəmsal həllərin tətbiqi ilə bağlı həyata keçirilən islahatlar barədə məlumat verilib. Həmçinin yol hərəkəti təhlükəsizliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular da müzakirə olunub. Tərəflər bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə ictimai rəy sorğusu keçirib. Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) Mətbuat xidməti məlumat yayıb.

Türkiyənin ədliyyə naziri Akın Gürlek Azərbaycanın cinayətkarların ekstradisiyası məsələsində Türkiyəyə hər cür dəstəyi göstərdiyini bildirib. Nazir qeyd edib ki, səfər çərçivəsində Azərbaycanın ədliyyə naziri, baş prokuroru və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə görüşlər keçirəcək, həmçinin Prezident İlham Əliyev tərəfindən qəbul olunacaq.