Siyasət

Martın 5-də Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib. Leyla Əliyevaya mərkəz barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanda ilk narkoloji tibbi müəssisə olan Bakı Şəhər Narkoloji Mərkəzinin əsası 1980-ci ildə qoyulub. Əvvəllər Bakı Şəhər Narkoloji Dispanseri kimi fəaliyyət göstərib. Qeyd olunub ki, həmin dövrdə alkoqolizmlə mübarizə əsasında narkologiya psixiatriyadan ayrılanda narkoloji müəssisələrin yaradılmasına başlanılıb. Azərbaycanda ilk olaraq həmin narkoloji mərkəz açılıb.

5 mart 2026-cı il tarixində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Telefon danışığı zamanı, nazir Ceyhun Bayramov, İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib. Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.