Harry Mitsidis-in başçılığı ilə beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar.
#Üzeyir Hacıbəyli
Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə təsis edilmiş “Üzeyir Hacıbəyli Mükafatı”nın təqdim edilməsi ilə bağlı müsabiqə uğurla yekunlaşıb.
Dahi Azərbaycan bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi Üzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi Azərbaycanla yanaşı, bütün dünyada geniş qeyd olunmaqdadır.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə və böyük bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində, nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk dəfə olaraq genişmiqyaslı qastrol səfərlərinin təşkili 2025-ci və 2026-cı illər üçün nəzərdə tutulub.
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən verilən məlumata görə, Aşqabadda Böyük Saparmurad Türkmənbaşı adına Baş Dram Teatrında Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası əsasında səhnələşdirilmiş eyniadlı tamaşa türkmən dilində nümayiş etdirilib.
Beynəlxalq səyahətçilərin Qarabağa təşkil edilmiş növbəti səfər çərçivəsində Şuşa şəhərinə səfəri başlayıb. Qarabağ bürosunun xəbərinə görə, səyahətçilər ilk olaraq Şuşa şəhərinin mərkəzində olub ermənilərin Üzeyir Hacıbəylinin, Xurşudbanu Natavanın güllələdikləri heykəllərə baxış keçiriblər.
“İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda 3-cü Milli Şəhərsalma Forumunun iştirakçıları Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhəri ilə tanış olublar.
Sentyabrın 20-də Xankəndidə Şəhər Günü çərçivəsində Qarabağ Universitetində İncəsənət fakültəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunub.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirilir. Ənənəvi musiqi bayramı bu il milli bəstəkarlıq məktəbinin, ilk milli opera və operettanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyi ilə əlamətdardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3 fevral 2025-ci il tarixində dahi bəstəkarın yubileyi haqqında Sərəncam imzalanıb.
25-26 sentyabr 2025-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən «Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: türk dünyasının mədəni kodları» mövzusunda Beynəlxalq Elmi Simpozium təşkil olunacaqdır. Tədbir Azərbaycanda bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunur və XVII Ü.Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçiriləcəkdir.
18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.
20-ci əsrin ilk rübündə dünya tarixində baş verən ən mühüm hadisələrdən biri Birinci Dünya Müharibəsi, Çar Rusiyasının dağılaraq yerində SSRİ-nin qurulması, Osmanlı imperiyasının varisi olan Türkiyə Respublikasının Ulu Öndər Mustafa Kamal Atatürkün başkomandanlığında, yeddi dövlətlə mübarizə apararaq, xalq olaraq verdiyi istiqlal savaşı nəticəsində dünya dövlətləri arasında özünəməxsus mövqeyini qazanması olmuşdur. 1918-ci ildə Qırmızı Kommunist Rusiyası, imperialist İngiltərə dövləti və onlara alət olan erməni dəstələri qədim Türk yurdu olan Can Azərbaycanın bölüşdürülməsi məqsədilə işğala başlamış, Qafqazda, Cənubi Azərbaycanda və Anadolunun şərqində türklərə və müsəlmanlara qarşı dünyanın gözü qarşısında insanlığa qarşı cinayətlər törədirdilər.