Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycanın Milli Dirçəliş Gününü qürurla qeyd edirik - Türkiyə MN

    17 Noyabr 2025 14:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanın Milli Dirçəliş Gününü qürurla qeyd edirik - Türkiyə MN
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin Milli Müdafiə Nazirirliyi 17 Noyabr Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

    AzerVoice xəbər verir ki, nazirlik sosial media hesabında yayımladığı paylaşımda Azərbaycanın 37 il əvvəl başlayan milli dirçəliş ruhunu və Qarabağda əldə olunan böyük qələbəni xüsusi vurğulayıb.

    “37 il əvvəl milli diriliş ruhu ilə müstəqilliyə doğru yürüyən və Qarabağda böyük bir zəfər qazanan Azərbaycan türkü qardaşlarımızın Milli Dirçəliş Günü’nü təbrik edir, ‘Bir millət, iki dövlət’ şüarı ilə hər zaman bir və bərabər olacağımızı bir daha bəyan edirik.” - deyə paylaşımda qeyd edilir.

    Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanla əlaqələrin tarixən güclü olduğunu xatırladaraq, iki ölkənin hər sahədə qardaşlıq və strateji əməkdaşlıq içində yoluna davam etdiyini bildirib.

    Qeyd edək ki, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

    Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu.

    Ötən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi "beyin mərkəzi"nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.

    Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli- mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovet İttifaqı dağılmağa başlayanda xalqın dayağı oldu.

    1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı.

    1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

    #Türkiyənin Milli Müdafiə nazirliyi #Milli Dirçəliş Günü #Azərbaycan azadlığı #Qarabağ işğalı #Bakıda Dirçəliş Mitingi #Azərbaycan tarixində önəmli gün #Müstəqillik hərəkatı #Azərbaycan türkləri #SSRİ dövründə azadlıq hərəkatı #Dəyərli torpaq uğrunda mübarizə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər

    22 Aprel 2026 22:25

    Azərbaycan-Türkiyə hərbi təhsil sahəsində inkişaf perspektivləri müzakirə olunub

    20 Aprel 2026 19:31

    Türkiyə və Qətər müdafiə nazirləri hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

    14 Aprel 2026 18:31

    Türkiyə və Niger arasında hərbi əməkdaşlıq genişlənir

    7 Aprel 2026 14:10

    Türkiyə ordusuna yeni hərbi sistemlər təhvil verildi

    26 Mart 2026 15:54

    Gülər Eurofighter döyüş təyyarələri üçün İngiltərəyə gedir

    24 Mart 2026 17:10

    Yaşar Gülər Qətər heyətini qəbul edib

    24 Mart 2026 14:57

    Adanada ikinci "Patriot" sistemi yerləşdirilir - Türkiyə MN

    18 Mart 2026 13:17

    Türkiyə hava məkanına daxil olan İran raketi Şərqi Aralıq dənizində vurulub

    13 Mart 2026 14:14

    Yaşar Gülər Qətərin müdafiə naziri ilə danışıb

    10 Mart 2026 11:36

    Türkiyə sərhədlərində təhlükəsizlik tədbirləri artırılıb

    10 Mart 2026 11:14

    Zakir Həsənov Türkiyə müdafiə nazirinə başsağlığı verdi

    25 Fevral 2026 09:34
    XƏBƏR LENTİ

    Truth Social - Rəqəmsal qala necə siyasi yükə çevrildi?

    Kim Çen In nüvə proqramını genişləndirəcək

    Kılıçdaroğlu bələdiyyələr üçün yeni nəzarət mexanizmi yaradır

    Aprel ayında Türkiyədə neçə nəfər işsiz qaldı? - son statistika açıqlandı

    “İsmailiyyə”dən Tağıyev sarayınadək - Polyak memarlarının Bakıya töhfəsi

    Almaniya ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi - Səbəb Qəzzadır

    Ford və Filsondan yeni ofrouder

    Türkiyədə saxlanılan qeyri-qanuni miqrantların sayı açıqlanıb - Ən çox saxlanılanlar kimlərdir? (ÖZƏL)

    İndoneziyada rəqəmsal zəkat üçün startap - Kitabisa haqqında nə bilirik?

    Türkiyədə maraqlı araşdırma - Hamı doğulduğu şəhərdə yaşasaydı əhali xəritəsi necə dəyişərdi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.