Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Orta Dəhliz regionunda Yeni Siyasi Harmoniya...

    16 Noyabr 2025 22:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Orta Dəhliz regionunda Yeni Siyasi Harmoniya...
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycanın Mərkəzi Asiya məsləhət platformasına üzv qəbul olunması barədə qəbul edilən qərar bu günkü reallıqda formata üzv ölkələrin siyasi mövqeyini ifadə etməklə yanaşı, tarix boyunca Xəzərin iki sahilini birləşdirən ortaq yaddaşın, ortaq yolun diktə etdiyi ortaq gələcəyin də birgə qurulması barədə iradəsinin ifadəsidir. Orta Dəhlizin getdikcə yüksələn əhəmiyyəti fonunda bu addım həm iqtisadi, həm siyasi, həm də humanitar-mədəni müstəvidə yeni bir intibahın, yüksəlişin əsasını yaradır və Azərbaycanın regiondakı strateji rolunu daha da gücləndirir.

    AzerVoice xəbər verir ki, bunu Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

    İqtisadi baxımdan, Azərbaycan bu platformaya daxil olmaqla Orta Dəhlizin real ritmini dəyişdirəcək gücə malik olur. Bakı–Tbilisi–Qars xətti, Ələt limanı, Xəzər üzərindən genişlənən bərə donanması və rəqəmsallaşdırılan logistika sistemləri Orta Asiya ilə Avropa arasında hərəkət edən ticari əlaqələrə yeni bir impuls verir. Əgər bu Mərkəzi Asiya dövlətlərinin Orta Dəhliz vasitəsilə dünyaya alternativ və daha təhlükəsiz çıxış əldə etməsini təmin edirsə, Azərbaycan üçün tranzit mərkəzi olmaqdan əldə edəcəyi gəlirləri və təsir imkanlarını artırmaqla hər iki region ölkələri üçün qarşılıqlı gücləndirici prosesin davamlılığını təmin edəcək faktor kimi əhəmiyyətini artırır.

    Bu əməkdaşlıq elə bir mərhələyə qədəm qoyur ki, Xəzərin hər iki sahilində iqtisadi maraqlar daha sıx uzlaşdırılmaqla dövlətlərin həm gündəlik, həm də strateji səviyyədə yaxınlaşmasına yeni bir təkan verəcəkdir.

    Azərbaycan isə bu əməkdaşlığa daxil olmaqla regional ticarətin də tənzimləyicisi kimi çıxış edir, açıq yollar, təhlükəsiz dəhlizlər təqdim edən əhəmiyyətli bir ölkəyə çevrilir.

    Siyasi müstəvidə bu üzvlük Mərkəzi Asiyada yaranan yeni güc mərkəzinə Azərbaycanın təbii şəkildə daxil olmasını təmin edir. Məşvərət mexanizmi təkcə fikir mübadiləsi üçün seçilmiş uyğun məkan deyil, həmçinin regionun gələcəyinə dair ortaq planların koordinasiyası deməkdir.

    Azərbaycanın burada iştirakı ölkəmizin siyasi əhatəsinin genişlənməsi, beynəlxalq miqyasda səsinin daha eşidilən olması və regional təhlükəsizlik məsələlərində yeni tərəfdaşlıq imkanlarının açılması ilə xarakterizə olunur.

    Məhz Prezident İlham Əliyevin uzaqgörən regional siyasəti və Xəzər hövzəsində əməkdaşlığı prioritet inkişaf xətti kimi müəyyən etməsi bu prosesin sürətlənməsinə və Azərbaycanın Mərkəzi Asiyadakı mövqeyinin daha güclü şəkildə qəbul olunmasına zəmin yaratmışdır. Onun təşəbbüskarlığı Xəzər dənizinin ayırıcı deyil, birləşdirici məkan kimi qəbul edilməsinə töhfə verərək region dövlətlərini vacib məsələlər üzrə vahid məsuliyyət daşıyan tərəflərə çevirir. Terrorizmlə mübarizə, sərhəd təhlükəsizliyi, nəqliyyat kommunikasiyalarının müdafiəsi kimi mövzularda ortaq məsuliyyət siyasəti formalaşdırmaqla Azərbaycanın bu prosesdə oynadığı rolun çəkisi daha da artır.

    Beləliklə, geosiyasi həyatın ritmi Orta Dəhliz boyunca uzanan geniş bir məkanın sabitliyinə bağlanır və burada Azərbaycanın səsi xüsusilə eşidilir.

    Humanitar-mədəni və mənəvi baxımdan isə bu yaxınlaşma öz təsirini daha qabarıq şəkildə büruzə verir. Orta Asiya ilə Azərbaycan ortaq tarix, ortaq dil kökləri, eyni dini-mənəvi düşüncə və oxşar həyat fəlsəfəsi daşıyan xalqların sıx və iç-içə yaşadığı bir məkandır.

    Bu platformaya üzvlük həmin bağları rəsmi müstəviyə yüksəldir, onları yenidən dərinləşdirir və xalqlar arasında bir-birinə olan doğmalığı siyasi çərçivədən çıxarıb geniş bir mədəni birliyə çevrilməsi üçün ciddi əsaslar yaradır.

    Musiqidən ədəbiyyata, adət-ənənələrdən ailə dəyərlərinə qədər uzanan ortaq mədəniyyət sahələri bir daha canlanır. Humanitar proqramlar, tələbə mübadilələri, mədəniyyət günləri və ortaq layihələr Xəzərin sularını bu böyük coğrafiyada yaşayan xalqlar üçün bir mehribanlıq körpüsünə çevirir. Azərbaycan ilə Orta Asiya xalqları arasında yaranan bu mənəvi bağ bəlkə də dövlətlərin ortaq mövqeyindən daha çox insanların ruhunu bir araya gətirir.

    Bu, xalqların yaddaşında yeni bir yaxınlıq, yeni bir intibah və inkişaf üçün yeni bir dövrün daha sabit və səmimi bağlarla möhkəmləndirilən bünövrəsini yaradır.

    Beləliklə, Azərbaycanın Mərkəzi Asiya məsləhət platformasına üzvlüyü həm Orta Dəhlizin güclənməsi, həm region ölkələri arasında yeni interfeysin yaranması, həm də dərin mədəni birliklərin yenidən canlanması üçün təbii və tarixdə xüsusi yeri olacaq bir qərar kimi dəyərləndiriləcəkdir.

    Bu qərarın qəbulunu şərtləndirən səbəb isə birmənalı olaraq Prezident İlham Əliyevin strateji baxışına söykənən regional əməkdaşlıq konsepsiyasının ardıcıl həyata keçirilməsi,Azərbaycanın beynəlxalq güc mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində apardığı siyasət və Mərkəzi Asiya ölkələrinin də bu əməkdaşlığın yaratdığı imkanları layiqincə dəyərləndirməsi faktıdır.

    #Azərbaycan #Prezident İlham Əliyev #Orta Dəhliz #Mərkəzi Asiya #Ailə qadın və uşaq məsələləri komitəsi #Bahar Muradova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb

    29 Avqust 2026 13:05

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    28 Avqust 2026 19:37

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    28 Avqust 2026 19:27

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19

    Azərbaycan və Özbəkistanın mərkəzi bankları maliyyə texnologiyalarının inkişafını müzakirə edib

    28 Avqust 2026 12:06

    Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

    28 Avqust 2026 10:49

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

    27 Avqust 2026 18:37

    Azərbaycan XİN Rusiyada səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib

    27 Avqust 2026 15:51

    Prezident İlham Əliyev “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzalayıb

    27 Avqust 2026 15:42

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    27 Avqust 2026 13:40

    Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

    27 Avqust 2026 11:28
    XƏBƏR LENTİ

    Mediator özünü necə inkişaf etdirməlidir?

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.