AZPROMO nümayəndəsi bildirib ki, strateji coğrafi mövqeyi sayəsində Azərbaycan regionda mühüm logistika və tranzit mərkəzinə çevrilir, çatdırılma müddətlərini azaldır və Çin, Orta Asiya, Qafqaz, Yaxın Şərq və Avropa arasında ticarət əlaqələrini genişləndirir
#AZPROMO
Bakı 16–19 iyun tarixlərində 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək. Forum İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində keçiriləcək. Tədbirin əsas mövzusu regional inteqrasiya və dayanıqlı iqtisadi inkişafdır. Forumda ticarət, investisiya, enerji, texnologiya və maliyyə sahələrində əməkdaşlıq imkanları müzakirə olunacaq. Dünyanın müxtəlif ölkələrindən 1500-dən çox iştirakçının Bakıya gəlməsi gözlənilir. Proqramda sərgi, startap müsabiqəsi və işgüzar görüşlər də nəzərdə tutulub. Tədbir dövlət və özəl sektor arasında əməkdaşlığın genişlənməsinə töhfə verməyi hədəfləyir. Forum Azərbaycanın beynəlxalq iqtisadi platforma kimi rolunu daha da gücləndirəcək.
İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan qurumlar – İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) – İİB Qrupunun Biznes Forumu (THIQAH) ilə tərəfdaşlıq şəraitində 16–19 iyun 2026-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində, Bakı Konqres Mərkəzində 14-cü Özəl Sektor Forumu (PSF 2026) keçiriləcək.
AZPROMO və Tacikistanın Ticarət və Sənaye Palatası arasında keçirilən görüşdə ticarət və investisiya sahələrində potensial birgə təşəbbüslər müzakirə olunub. Görüş zamanı iki ölkə biznes dairələri arasında birbaşa təmasların gücləndirilməsi, qarşılıqlı ticarətin artırılması və Azərbaycan–Tacikistan İşgüzar Şurasının yaradılması planları müzakirə edilib. Azərbaycan məhsullarının, o cümlədən halal məhsulların Tacikistana və üçüncü ölkələrə ixrac potensialı yüksək qiymətləndirilib. Həmçinin, növbəti dövrdə sərgilərin təşkili və beynəlxalq ticarət tədbirlərində birgə iştirak imkanları nəzərdən keçirilib. Mayın 21-də imzalanmış Anlaşma Memorandumu ilə İşgüzar Şuranın yaradılması Azərbaycan və Tacikistan sahibkarları arasında investisiyaların, ixracın və elektron ticarətin inkişafına töhfə verəcək.
Azərbaycan “Russia & Islamic World Cooperation Expo 2026” sərgisində “Made in Azerbaijan” stendi ilə iştirak edib. Sərgidə ölkə məhsulları və xidmətləri, investisiya imkanları, biznes mühiti nümayiş etdirilib və Tatarıstan rəsmi şəxsləri stend ilə tanış olub.
Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası ilə təşkil edilən görüşdə mebel ixracının potensialının və yeni bazarlara çıxış imkanlarının artırılmasına dair fikir mübadiləsi aparılıb. Görüş zamanı mebel istehsalı sektorunda ixrac, ixracatçıların üzləşdiyi çağırışlar, həmçinin logistika xərclərinin optimallaşdırılması imkanları müzakirə edilib. Bununla yanaşı, məhsulların ixrac coğrafiyasının genişləndirilməsi ilə bağlı ixrac potensiallı bazarlar nəzərdən keçirilib.
2025-ci ildə AZPROMO ölkədə qeyri-neft məhsullarının ixracının genişləndirilməsi və investisiyaların cəlb olunması istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirib. Ötən il ərzində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ölkənin ixrac və investisiya potensialının beynəlxalq müstəvidə təşviqi, yerli sahibkarların biznes əlaqələrinin genişləndirilməsi və iqtisadiyyata investisiya qoyuluşunun gücləndirilməsi istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirib.
Türkiyə şirkətlərinin nümayəndələrinin Azərbaycanın sənaye və logistik infrastrukturunu yaxından tanıması üçün xüsusi iqtisadi zonalara və logistik mərkəzlərə səfərlərinin təşkil edilməsi planlaşdırılır.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə Azərbaycanın Çində fəaliyyət göstərən ticarət evlərinin investoru və operatoru olan “Sino-Foreign Economic Cooperation (Beijing) Science and Trade” və tərəfdaşı “Wuyan Jiangsu Biotechnology” şirkətlərinin nümayəndələri Azərbaycana səfər edib.
Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Səməd Həsənovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Qırğızıstan arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin idxal-ixrac əməliyyatlarının genişləndirilməsi və AZPROMO və Mərkəzi Asiya ölkələri üzrə Ticarət Nümayəndəliyinin Palata ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı investisiyaların cəlb edilməsinin və ikitərəfli ticarət dövriyyəsinin artırılmasının, eləcə də biznes missiyalarının mütəmadi təşkilinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, yeni layihələrin müəyyənləşdirilməsi və iki ölkənin işgüzar dairələrinin əməkdaşlığının inkişaf etdirilməsi məqsədi ilə Ticarət Nümayəndəliyi və Palata arasında dekabr ayında Bişkekdə görüşün keçirilməsi nəzərdə tutulur.
Görüşdə iqtisadi əlaqələrin gücləndirilməsi və investisiya perspektivləri müzakirə edilib. Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, Azərbaycan və İsveçrə arasında investisiya əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf dinamikası barədə məlumat verib.
Bu ilin 16 dekabr tarixində Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu təşkil olunacaq. Tədbir Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə gerçəkləşəcək.