Müstəqillik hərəkatlarının müstəmləkəçiliyə qarşı apardığı mübarizəyə BTQ-nin dəstəyini ifadə edən icraçı direktor deyib: “Son iki il ərzində 35-dən çox beynəlxalq konfrans və tematik tədbir təşkil etmişik, təxminən 150 tədqiqat aparmışıq, 40-dan artıq hesabat və üç kitab nəşr etdirmişik. Birləşmiş Millətlər Təşkilatına və onun qurumlarına alternativ hesabatlar və bəyanatlar təqdim etmişik”.
#Abbas Abbasov
Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verilib
Cari ilin 7-17 Oktyabr tarixlərində Polşanın paytaxı Varşavada ATƏT-in Varşava İnsan Ölçüsü Konfransı keçirilib. Konfransda ATƏT-ə üzv olan 57 ölkənin nümayəndələri, ATƏT institutları və digər icra strukturları, hökumətlərarası təşkilatlar, QHT nümayəndələri iştirak edib.
Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov Simon Bolivar İnstitutunun Xalqlar arasında Sülh və Həmrəylik Fondunun Prezidenti Blanka Qomesin dəvəti ilə iştirak etdiyi “Müstəmləkəçilik, Neokolonializm və onun nəticələri” adlı beynəlxalq konfransda çıxış edib. Abbasov çıxışında Bakı Təşəbbüs Qrupunun (BTQ) müstəmləkəçilik və neokolonializmə qarşı aparılan qanuni mübarizəni fəal şəkildə dəstəklədiyini, təşkilatın beynəlxalq ictimaiyyətə bu məsələlərin reallıqlarını çatdırmaq üçün geniş fəaliyyət göstərdiyini bildirib.
Konfransın əsas məqsədi XXI əsrdə Qvadelupun hələ də müstəmləkə əsarətində saxlanılmasının hüquqi, iqtisadi, sosial və mədəni aspektlərini, həmçinin beynəlxalq hüquq normalarına uyğun dekolonizasiya prosesinin sürətləndirilməsi yollarını müzakirə etməkdir.