Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Ermənistanın hərbi cinayətləri ilə bağlı açıq məhkəmə prosesi davam edir

    29 Sentyabr 2025 20:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ermənistanın hərbi cinayətləri ilə bağlı açıq məhkəmə prosesi davam edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 29-da davam etdirilib.

    AzerVoice xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

    Məhkəmə prosesi cinayət işləri üzrə sənədlərin elan olunması ilə davam etdirilib.

    Elan edilən sənədlərdən biri 2016-cı ildə Aprel döyüşləri zamanı mülki şəxslərə yetirilmiş bədən xəsarətləri, onların həyatlarına yönəlmiş qəsd, əmlaklarına vurulmuş ziyan və s. epizodlarla bağlı olub. Epizodlar üzrə tədqiq edilən sənədlərdən birində qeyd olunub ki, 2016-cı ilin aprel ayının 2-dən 28-dək olan dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarının yaşayış məntəqələrinin ərazilərinə, həmçinin təhsil və tibb müəssisələrinə, eləcə də mülki əhaliyə və döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə iriçaplı atıcı silahlardan, minaatan və qumbaralardan, artilleriya qurğularından intensiv atəş açmaqla, hərbi zərurət olmadan hücum edilməklə çoxsaylı cinayət əməlləri törədilib. Sənədlərin tədqiqi zamanı cinayət işləri üzrə hadisə yerindən fotolar da nümayiş olunub.

    Sonra Tərtər rayonunun Əskipara kəndinin "ağ fosfor" tərkibli 122 millimetr kalibrli, P-4 markalı top mərmisi ilə atəşə tutulması, Qurbanov Çingiz Salman oğlunun öldürülməsi (ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib – red.), Əkbərli Hüseyn Zakir oğlunun öldürülməsi, işğal altında saxlanılmış ərazilərdə iqtisadiyyat və digər sahələrdə törədilmiş cinayət faktları üzrə və s. sənədlər oxunub.

    Növbəti sənəd Allahverdiyeva Sahibə İdris qızının öldürülməsi və digər faktlar üzrə olub. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə 2017-ci ildə 73 millimetr tankəleyhinə dəzgahlı minaatanlardan Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı aldıqları qəlpə yaralarından ölüb, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə çoxsaylı qəlpə yaraları alıb.

    Məhkəmə prosesində Tərtər rayonunun Qapanlı kənd sakini Əliyev Yusif Musa oğluna məxsus evin odlu silahlardan atəşə tutulması faktı, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Hovik və Sasun Qriqoryan adlı əməkdaşlarının cinayət faktları, dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digərlərinin öldürülməsi (Tovuz döyüşləri – red.), eləcə də öldürülməyə cəhd edilməsi, Kəlbəcər rayonunun Ağdaban kəndində törədilmiş kütləvi qətliam, habelə Vətən müharibəsi zamanı Gəncə şəhərinə raketlərlə hücum faktları üzrə sənədlər də səsləndirilib.

    Sonra Azərbaycan vətəndaşlarının öldürülməsi, xəsarət yetirilməsi və digər faktlar üzrə sənədlər elan olunub.

    Mina partlayışı nəticəsində Səmidli Babək Mətləb oğlunun, İsmayılov Cavad Asif oğlunun, Muxtarov Sərxan İlqar oğlunun, Cavadov Rəşad Fərzəli oğlunun və digərlərinin öldürülməsi, eləcə də Səfərov Məcid Cəlil oğlunun, Novruzov Müslüm Mürsəl oğlunun və Bozuyev Yalçın Bəylər oğlunun, Vəliyev Kərim Tofiq oğlunun, Bəhramlı Tural Ağazadə oğlu və Mahmudov Cavad Əziz oğlunun, Həsənov Əlihəsən Tumar oğlunun, Əzizli Nurəddin Qurbəddin oğlunun, Hacızadə Ruhid Alim oğlunun, Ziyadov Rüstəm Əli oğlunun və Ələkbərov Sahil Dilsuz oğlunun və digərlərinin xəsarət almaları faktı üzrə sənədlər də tədqiq edilib.

    Sənədlərin tədqiqi cinayət işlərinə aid fotolarla müşayiət olunub.

    Məhkəmə prosesi oktyabrın 2-də davam etdiriləcək.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

    #Ermənistan #erməni terroru #Bakı Hərbi Məhkəməsi #Ermənistanla hərbi bazalar #Erməni Soyqırımı məsələsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov

    17 İyul 2026 16:24

    Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan qaldırıldıqdan sonra sülh sazişi imzalana bilər - Nazir

    9 İyul 2026 10:33

    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

    7 İyul 2026 20:27

    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb

    3 İyul 2026 19:26

    ABŞ-ın Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu artır

    2 İyul 2026 17:55

    Azərbaycandan tranzitlə Ermənistana buğda göndəriləcək

    27 İyun 2026 21:01

    Milli Məclisin komissiyası Fransanın Azərbaycana qarşı hibrid təhdidləri ilə bağlı bəyanat yayıb

    16 İyun 2026 18:14

    Maka Boçorişvili: Azərbaycan və Ermənistan arasında müsbət dinamika regionda sülhü gücləndirəcək

    8 İyun 2026 17:20

    Hakan Fidan: Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx əlaqələndirilir

    8 İyun 2026 17:13

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    7 İyun 2026 21:28

    Azərbaycandan keçməklə Ermənistana gübrə və buğda göndərilib

    4 İyun 2026 14:37

    Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək

    29 May 2026 10:40
    XƏBƏR LENTİ

    Azərbaycan və Çexiyanın “Agrofert” Şirkətlər Qrupu əməkdaşlıq imkanlarını müzakirə edib

    MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

    ABŞ İranla danışıqların çətin olduğunu açıqlayıb

    İran bunun əvəzini ağır ödəyəcək - Tramp

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    İsrail və Livan arasında növbəti danışıqlar avqustun 4-də İtaliyada keçiriləcək

    İran çətin seçim qarşısındadır

    Tramp İrana qarşı yeni hərbi ultimatum irəli sürdü

    İraqın baş naziri sabah İrana səfər edəcək

    Bəhreyn İranın hava hücumlarının qarşısının alındığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.