Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Şuşada Türk Dövlətləri Təşkilatının IV iclası keçirilir

    8 Oktyabr 2024 11:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Şuşada Türk Dövlətləri Təşkilatının IV iclası keçirilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Türk Dövlətləri Təşkilatının və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilir.

    AzerVoice-in Qarabağ bürosu xəbər verir ki, tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak edirlər.

    Tədbir çərçivəsində TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin ikitərəfli Memorandumlarının, “Türktransplantın yaradılmasına dair Niyyət Protokolu”nun imzalanması nəzərdə tutulur.

    Sonra Türk Dövlətləri Təşkilatının fəaliyyətini əks etdirən, həmçinin Şuşa şəhərinə həsr olunan videoçarxlar nümayiş olunub.

    Açılış nitqi ilə çıxış edən TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ötən həftə Türk Dövlətləri Təşkilatının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümünün qeyd olunduğunu vurğulayıb. Bildirilib ki, Təşkilata üzv dövlətlər arasında səhiyyə sahəsində ikitərəfli və faydalı əməkdaşlıq mövcuddur: “Bizim səylərimiz çoxtərəfli əməkdaşlığın dərinləşməsinə yönəlib”.

    Kubanıçbek Omuraliev çıxışında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə sektorunun gələcək inkişafı üçün tədbirin uğurlu və səmərəli olacağına əminliyini ifadə edib. Baş katib müzakirə ediləcək məsələlərin və qəbul olunacaq qərarların yeni aspektdə Təşkilatın gələcək işinə mühüm təkan verəcəyini vurğulanıb: “Səhiyyə sahəsində əməkdaşlığımızda mühüm nailiyyət kimi biz səhiyyə nazirlərinin “Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolu”nun imzalanması və “2025-ci il üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə TDT-nin İş qrupunun Fəaliyyət Planı”nın təsdiq edilməsi qərarını alqışlayırıq”.

    Tədbirin açılışında çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin IV iclasının Şuşada keçirilməsinin tarixi və qürurverici hadisə olduğunu vurğulayıb. “Türk dünyasının böyük oğlu və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.

    TDT-nin üzv ölkələrinin xalqları arasında möhkəm təməllər üzərində qurulan münasibətlərin vacibliyini qeyd edən Teymur Musayev səhiyyə sahəsində də əlaqələrin ən yüksək səviyyədə inkişafına zəmin yaratdığını bildirib: “Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Prezident İlham Əliyev Təşkilata üzv ölkələrlə bütün sahələrdə əlaqələrin inkişafının Azərbaycanın xarici siyasətinin prioritetləri arasında olduğunu vurğulayıb”.

    Transplantologiyanın müasir tibbin ayrılmaz hissəsi olduğunu qeyd edən Teymur Musayev deyib: “Bu gün səhiyyə sahəsində münasibətlərin dərinləşməsinə və gələcək birgə fəaliyyətlərin inkişafına təkan verəcək Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolunun imzalanmasına şahidlik edəcəyik”.

    Nazir, Təşkilata üzv və müşahidəçi ölkələrinin birgə fəaliyyətinin əsas istiqamətləri kimi Vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsinini bildirib: “Səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi Təşkilat çərçivəsində vahid rəqəmsal səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün edir”.

    “Bütün bunları nəzərə alaraq, Türk Dövlətləri Təşkilatı çərçivəsində imzalanan birgə sənədlərin müddəalarının qısa zamanda koordinasiyalı icrasının üzv ölkələrin səhiyyə sistemlərinin mümkün təhdidlərə qarşı dayanıqlığını artıracağına və vahid standartlara əsaslanan səhiyyə ekosisteminin formalaşmasına əməli dəstək verəcəyinə inanırıq”, - deyə Azərbaycaın səhiyyə naziri fikrini tamamlayıb.

    Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov vurğulayıb ki, ərazi bütövlüyümüz tam bərpa edildikdən sonra regionda genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir. Onun sözlərinə görə, azad edilən digər ərazilərdə olduğu kimi, Şuşada da səhiyyə ocaqlarının ən qabaqcıl standartlara uyğun olaraq inşası dövlətimiz üçün prioritet məsələlərdəndir.

    Öz çıxışlarında Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Özbəkistanın səhiyyə nazirinin birinci müavini Davron Sultanov, Qazaxıstanın səhiyyə vitse-naziri Yerbol Ospanov, Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliev, Şimali Kipr Türk Respublikasının səhiyyə nazirinin müavini Düriye Deren Oygar və Macarıstanın nümayəndəsi Türk Dövlətləri Təşkilatı və Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu və ölkələr arasında əməkdaşlığın müasir müstəvidə yeni prizmadan inkişafına təkan verəcəyini vurğulayıblar. Yerbol Ospanov öz çıxışında TDT-nin üzv və müşahidəçi ölkələrini Qazaxıstanın İlkin tibbi-sanitariya yardımı (İTSY) üzrə Dövlətlərin Koalisiyasının yaradılması təşəbbüsünü dəstəkləməyə və Koalisiyaya qoşulmağa dəvət edib. Onun sözlərinə görə, Koalisiya profilaktika və sağlamlığın qorunması prinsiplərini təşviq etmək, eyni zamanda İTSY-nin inkişafı üçün birgə tövsiyələr hazırlamaq məqsədilə yaradılacaq.

    Təşkilata üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, həmçinin Türktransplant sisteminin yaradılmasına dair Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndiriblər.

    Daha sonra ÜST-nin Avropa üzrə Regional direktoru Hans Henri Klugenin tədbir iştirakçılarına ünvanlandığı videomüraciəti dinlənilib. Tədbirin mahiyyətini vurğulayan Hans Henri Kluge iclasın işinə uğurlar arzulayıb.

    Tədbir çərçivəsində “Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb. Çıxışçılar sənədin mahiyyətini qeyd edərək, müasir zamanda transplantologiya sahəsinin bir çox ciddi xəstəliklərin müalicəsi problemlərini kökündən həll etməyə imkan verdiyini vurğulayıblar. Həmçinin, TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında onkologiya, kardiologiya, oftalmologiya, pediatriya, travmatologiya və ortopediya sahələrinə aid bir sıra Anlaşma Memorandumlarının imzalanılması baş tutub. Sənəd tərəflər arasında intensiv əlaqələr qurmaqla, elmi tədqiqatların aparılması, bu ixtisaslarda fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, kadr mübadiləsi, faydalı əməkdaşlığın təşviqini və gücləndirilməsini ehtiva edir.

    İclasın sonunda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri KİV nümayəndələrinin suallarını cavablandırıblar.

    Şuşada Türk Dövlətləri Təşkilatının IV iclası keçirilir
    Şuşada Türk Dövlətləri Təşkilatının IV iclası keçirilir
    Şuşada Türk Dövlətləri Təşkilatının IV iclası keçirilir
    Şuşada Türk Dövlətləri Təşkilatının IV iclası keçirilir
    Şuşada Türk Dövlətləri Təşkilatının IV iclası keçirilir
    #Türk Dövlətləri Təşkilatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Dövlətləri Təşkilatında Beynəlxalq Kommersiya Arbitrajının perspektivləri

    13 İyul 2026 15:44

    Türk dövlətlərində mediasiya: Ortaq hüquqi dəyərlər və gələcək perspektivlər

    6 İyul 2026 16:39

    TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət ediblər

    29 İyun 2026 12:55

    Azərbaycanda Türk Dünyası Həftəsi keçirilir

    29 İyun 2026 10:12

    Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək

    24 İyun 2026 19:59

    TBMM sədri Numan Kurtulmuş TÜRKPA Baş katibliyini Bakıda ziyarət edib

    23 İyun 2026 20:46

    Azərbayan-Özbəkistan müttəfiqlik münasibətləri müzakirə olunub

    20 İyun 2026 18:07

    Emin Əmrullayev Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib

    8 İyun 2026 18:00

    Türk dünyasında iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi mövzusu müzakirə olunub

    3 İyun 2026 20:02

    TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı Bakıda keçiriləcək

    3 İyun 2026 16:19

    “Terrorsuz Türkiyə” hədəfi reallaşacaqmı? - Ərdoğan gündəmə dair açıqlamalar verib

    16 May 2026 18:00

    Ankarada veriləcək qərarlar NATO-nun gələcəyini dəyişəcəkmi? Ərdoğan diqqətçəkən mesajlar verdi

    16 May 2026 15:31
    XƏBƏR LENTİ

    Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.