Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirləri Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

    7 Oktyabr 2024 19:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirləri Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Oktyabrın 8-də Azərbaycanın incisi olan və 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət paytaxtı seçilən Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçiriləcək. Tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikasının səhiyyə nazirləri və Macarıstanın nümayəndəsi iştirak edəcəklər.

    Səhiyyə Nazirliyindən AzerVoice-ə verilən məlumata görə,tədbir ərəfəsi 7 oktyabr tarixində qonaqlar Fəxri Xiyabanda Türk dünyasının böyük oğlu və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, tər gül dəstələri düzüblər.

    Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

    Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

    Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olan qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılan “Türk şəhidliyi” abidəsinin önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüblər.

    Nümayəndə heyəti, həmçinin dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzini ziyarət edib. Məlumat verilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

    Qeyd edək ki, TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin Türk Dövlətləri Təşkilatının Baş katibi, təşkilata üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
    Sonda yekun sənəd - Birgə Bəyannamə qəbul ediləcək.

    Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirləri Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
    Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirləri Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
    Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirləri Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
    Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirləri Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
    Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirləri Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
    Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirləri Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
    Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirləri Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
    #Türk Dövlətləri Təşkilatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Dövlətləri Təşkilatında Beynəlxalq Kommersiya Arbitrajının perspektivləri

    13 İyul 2026 15:44

    Türk dövlətlərində mediasiya: Ortaq hüquqi dəyərlər və gələcək perspektivlər

    6 İyul 2026 16:39

    TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət ediblər

    29 İyun 2026 12:55

    Azərbaycanda Türk Dünyası Həftəsi keçirilir

    29 İyun 2026 10:12

    Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək

    24 İyun 2026 19:59

    TBMM sədri Numan Kurtulmuş TÜRKPA Baş katibliyini Bakıda ziyarət edib

    23 İyun 2026 20:46

    Azərbayan-Özbəkistan müttəfiqlik münasibətləri müzakirə olunub

    20 İyun 2026 18:07

    Emin Əmrullayev Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib

    8 İyun 2026 18:00

    Türk dünyasında iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi mövzusu müzakirə olunub

    3 İyun 2026 20:02

    TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı Bakıda keçiriləcək

    3 İyun 2026 16:19

    “Terrorsuz Türkiyə” hədəfi reallaşacaqmı? - Ərdoğan gündəmə dair açıqlamalar verib

    16 May 2026 18:00

    Ankarada veriləcək qərarlar NATO-nun gələcəyini dəyişəcəkmi? Ərdoğan diqqətçəkən mesajlar verdi

    16 May 2026 15:31
    XƏBƏR LENTİ

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.