Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycan və Özbəkistan xalqlarını tarixi, mədəni bağlar birləşdirir - Özbəkistan MSK-nın sədri

    1 Sentyabr 2024 16:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan və Özbəkistan xalqlarını tarixi, mədəni bağlar birləşdirir - Özbəkistan MSK-nın sədri
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Sentyabrın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə keçirilən seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxodjayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    AzerVoice xəbər verir ki, MSK sədri M.Pənahov görüşdə Özbəkistanla Azərbaycan arasında olan dost-qardaş münasibətlərindən söz açıb.

    Daha sonra seçki prosesi barədə qonağı məlumatlandıran MSK sədri diqqətə çatdırıb ki, seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü prosesləri heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.

    MSK sədri deyib ki, növbədənkənar parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. O, namizədliyi qeydə alınan 305 nəfərin 25 siyasi partiyanın nümayəndəsi olduğunu nəzərə çatdırıb. M.Pənahov ölkədə medianın azad fəaliyyət göstərdiyini və sərbəst şəkildə seçki prosesini izlədiyini qeyd edib. O, seçkilərlə əlaqədar "exit -poll" keçirmək üçün üç təşkilatın MSK-ya müraciət etdiyini vurğulayıb. MSK sədri ilkin nəticələrin seçki günü gecə saatlarında açıqlanacağını vurğulayıb. İki gün müddətində məntəqələrdən səsvermə protokollarının MSK-ya çatdırılacağını qeyd edən sədr bu zaman artıq ilkin nəticələrin rəsmi şəkildə elan ediləcəyini qonağın diqqətinə çatdırıb.

    Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını qeyd edən M.Pənahov onlardan 6343-nün daimi, 135-nin isə müvəqqəti fəaliyyət göstərdiyini deyib.

    Milli Məclisə növbədənkənar seçkilərin Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə keçirildiyini və seçki iştirakçılarına hərtərəfli şəraitin yaradıldığını bildirən MSK sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb. Fiziki məhdudiyyətli şəxslər üçün 2471 məntəqədə panduslar quraşdırılıb və bütün məntəqələrdə gözdən əlillər üçün trafaretlər hazırlanıb.

    Özbəkistan MSK-nın sədri Z.Nizamxodjayev öz növbəsində MSK-dakı səmimi görüşə görə təşəkkürünü bildirib, Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsində iştirakdan məmnun olduğunu qeyd edərək prosesləri fəal şəkildə izləyəcəyini vurğulayıb. İki dövlətin strateji müttəfiqlik münasibətlərindən söz açan qonaq Azərbaycan və Özbəkistan xalqlarını tarixi, mədəni bağların birləşdirdiyini vurğulayıb. Seçkilərin uğurla keçəcəyinə əmin olduğunu vurğulayan qonaq gün ərzində bir neçə məntəqəyə baş çəkəcəklərini qeyd edib.

    Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

    Azərbaycan və Özbəkistan xalqlarını tarixi, mədəni bağlar birləşdirir - Özbəkistan MSK-nın sədri
    #MSK #seçkilər #Özbəkistan MSK
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Ali Məhkəməsi ultraortodoks yəhudilərlə bağlı qanunun icrasını dayandırıb

    15 İyul 2026 20:22

    Eyni adlı namizəd mübahisəsi Alyaskada gündəm oldu

    27 İyun 2026 21:32

    İsraildə seçkilər Netanyahunun siyasi karyerasını sona çatdıra bilərmi?

    27 İyun 2026 18:09

    Netanyahu hökuməti həm ABŞ, həm də daxili təzyiqlərlə üz-üzədir

    23 İyun 2026 20:38

    Moşe Yalon: Müharibənin uzadılması İsraili təhlükə ilə üz-üzə qoyur

    20 İyun 2026 18:33

    İsraildə Livandan çıxış planı siyasi böhran yaradır

    18 İyun 2026 20:36

    Naftali Bennetdən sərt bəyanat: İsraildə hakimiyyət dəyişərsə, İrana təzyiqlər artacaq

    15 İyun 2026 22:38

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    7 İyun 2026 21:28

    MSK-ya yeni sədr seçilir

    27 Aprel 2026 16:15

    MSK üzvlərinin səlahiyyət müddəti bitir

    20 Aprel 2026 09:47

    Qazaxıstanda yeni konstitusiya referendumu yüksək fəallıqla baş tutub

    16 Mart 2026 09:34

    Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

    30 Noyabr 2025 19:12
    XƏBƏR LENTİ

    Pakistan şirkətləri Türkiyəyə 121 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    İran şirkətləri Türkiyəyə 503 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Ankarada təlim helikopteri qəzaya uğrayıb

    Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    Dünyanın ən böyük siyasi partiyaları açıqlanıb - Türkiyə partiyaları siyahıda neçəncidir?

    TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    Nikaraquada prezident seçkiləri daimi ləğv edildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.