Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Pakistan mətbuatı Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən humanitar layihələrdən yazıb

    26 Avqust 2024 17:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Pakistan mətbuatı Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən humanitar layihələrdən yazıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Pakistanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qardaş ölkədə çoxşaxəli humanitar fəaliyyətindən bəhs edən məqalələr dərc edib.

    AzerVoice xəbər verir ki, Pakistanın nüfuzlu “İslamabad Post” qəzetinin birinci səhifəsində baş məqalə kimi dərc olunmuş “Heydər Əliyev Fondunun Pakistanda humanitar izləri” sərlövhəli məqalədə qeyd olunub:

    “Heydər Əliyev Fondu Azərbaycanın birinci xanımı, Zati-aliləri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təkcə Azərbaycanda deyil, müxtəlif dost ölkələrdə, o cümlədən qardaş Pakistanda ehtiyacı olan icmaların rifahına və inkişafına mühüm töhfələr verib. Fond genişspektrli layihələr və xeyriyyə proqramları vasitəsilə Pakistanda səhiyyə, təhsil və sosial xidmətlərin təkmilləşdirilməsində mühüm rol oynayıb, bununla da iki qardaş xalq arasında əlaqələri gücləndirib”.

    Məqalənin müəllifi qeyd edib ki, Heydər Əliyev Fondunun Pakistandakı diqqətəlayiq təşəbbüslərindən biri əhalinin sağlamlığını yaxşılaşdırmaq və yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi daşıyan Hayber-Paxtunxva və Pəncab əyalətlərində hepatit B virusuna qarşı peyvənd kampaniyası olub. Bundan əlavə, Fond xüsusi ehtiyacı olan və məhdud fiziki imkanlı şəxslərə dəstək olmaq öhdəliyini nümayiş etdirərək, Peşəvərdəki “Əkbər Baxım” Serebral İflic İnstitutunda pulsuz müayinə təşkil edib.

    Pakistanın daha bir geniş oxucu kütlərinə malik olan “Herald Star” nəşrində dərc olunan məqalədə diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun Pakistandakı tibb müəssisələrinə, məsələn, açıq ürək əməliyyatlarının aparıldığı İslamabaddakı Kulsum Xəstəxanasına göstərdiyi dəstək çoxsaylı insanların həyatını xilas edib və keyfiyyətli səhiyyə xidmətlərinə çıxışı yaxşılaşdırıb. Qəzet vurğulayıb: “Müasir qanköçürmə avadanlığı ilə təchiz olunmuş təcili tibbi yardım maşınının Həmzə Xeyriyyə Fonduna bağışlanması Fondun regionda təcili tibbi yardım xidmətlərinin və qanköçürmə imkanlarının genişləndirilməsi istiqamətində səylərini vurğulayır”.

    “Pakistan in the World” və “PakeConet” nəşrləri də Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi təhsil və səhiyyə layihələrindən yazıb. Məqalədə qeyd olunub: “Təhsil Heydər Əliyev Fondunun Pakistandakı təşəbbüslərinin diqqət mərkəzində olub. 2007-ci ildə Pakistandakı zəlzələdən sonra Müzəffərabadda qızlar üçün Rara Liseyinin tikintisi kimi layihələr uşaqlara daha yaxşı tədris mühiti və təhsil imkanları təmin edib. Bundan əlavə, Fondun İslamabaddakı Talassemiya Mərkəzinə, həmçinin paytaxtdakı Əl-Fərabi adına Fiziki Qüsurlu Uşaqlar üçün Xüsusi Təhsil Mərkəzinə göstərdiyi dəstək xüsusi qayğıya ehtiyacı olan şəxslərin həyatına müsbət təsir göstərib”.

    Məqalədə vurğulanıb ki, Heydər Əliyev Fondu səhiyyə və təhsillə yanaşı, Pakistanda infrastrukturun inkişafına da mühüm töhfələr verib. Dərə İsmayıl Xan bölgəsində Heydər Əliyev adına Su Təchizatı Sisteminin tikintisi elektrik infrastrukturunu təkmilləşdirməklə yanaşı, yerli icmaların təmiz suya və etibarlı elektrik enerjisinə çıxışını yaxşılaşdırıb, bununla da insanların həyat keyfiyyətini artırıb.

    “DailyIttehad”, “World News”, “Diplomatic News Agency” xəbər portallarında Heydər Əliyev Fondunun humanitar səylərinin Pakistandakı müxtəlif sosial rifah institutlarını, o cümlədən əlillər üçün uşaq evləri və mərkəzlərini əhatə etdiyi qeyd olunur. Portalların dərc etdiyi məqalədə deyilir: “Pakistanın Beyt-ul-Maal Anemiya Mərkəzinin təmiri və avadanlıqla təchiz edilməsi üçün maliyyə yardımı göstərən, eləcə də Lahordakı “Edhi Homes” uşaq evində tədbirlər təşkil edən Fond, eyni zamanda, əhalinin həssas təbəqəsinə dəstək vermək və sosial inklüzivliyi təşviq etmək öhdəliyini nümayiş etdirib”.

    Məqalələrdə diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun Pakistanda səhiyyə, təhsil, infrastrukturun inkişafı və sosial rifahı əhatə edən geniş humanitar fəaliyyəti saysız-hesabsız fərdlərin və icmaların həyatına dərin təsir göstərib. Fond ehtiyacı olan insanlara xidmət etmək üçün böyük fədakarlıq göstərərək, həm də qardaş Azərbaycan ilə Pakistan arasında əlaqələri daha da möhkəmləndirib.

    “The Gulf Observer”, “The Europe Today” informasiya portalları Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Pakistanda həyata keçirilən layihələrdən bəhs edərək yazıb: “Qeyd edək ki, Heydər Əliyev Fondunun Pakistanda nümunəvi işləri diqqətdən kənarda qalmayıb, onun rəhbəri cəmiyyətə verdiyi görkəmli töhfələrə görə təqdir və rəğbət qazanıb. Mehriban xanım Əliyevanın “Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı – 2013”ə layiq görülməsi onun humanitar işlərə böyük sadiqliyinin göstəricisidir. Daha sonra, 2015-ci ildə Azərbaycan ilə Pakistan arasında əlaqələrin möhkəmləndirilməsində göstərdiyi müstəsna səylərə görə Fondun rəhbəri Pakistanın dövlət mükafatı olan nüfuzlu “Hilal-e-Pakistan” ordeni ilə təltif edilib. Bu mötəbər mükafatı alan ilk birinci xanım olan Zati-aliləri Mehriban xanım Əliyeva beynəlxalq əməkdaşlığın və xoşməramlılığın gücləndirilməsi istiqamətində fədakar səylərini davam etdirir”.

    #Pakistan #Heydər Əliyev Fondu #Mehriban Əliyeva
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

    3 Sentyabr 2026 15:43

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    2 Sentyabr 2026 19:33

    Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

    2 Sentyabr 2026 09:41

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

    1 Sentyabr 2026 18:17

    Pakistan Baş naziri ölkənin ŞƏT sədrliyi üzrə prioritetlərini açıqlayıb

    1 Sentyabr 2026 16:12

    Birinci xanım Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

    1 Sentyabr 2026 14:05

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03
    XƏBƏR LENTİ

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.