Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Sülh Azərbaycanın əsas prioritetidir - Ceyhun Bayramov

    15 Noyabr 2024 12:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sülh Azərbaycanın əsas prioritetidir - Ceyhun Bayramov
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Sülh Azərbaycanın əsas prioritetidir. İqlim dəyişikliyi qida təhlükəsizliyi ilə bağlı problemi də gücləndirir, su qıtlığını və torpağın deqradasiyasını sürətləndirir. Bunlarda öz növbəsində miqrasiyaya aparır.

    AzerVoice xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov noyabrın 15-də Bakıda Azərbaycanın COP29 Sədrliyi çərçivəsində yaradılmış Birgə Təşəbbüs-Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) birgə təşkilatçılığı ilə "İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət" adlı yüksək səviyyəli panel iclasında deyib.

    İqlim dəyişikliyinin yaratdığı fəlakətlərin qeyri-sabitliyin dərinləşməsinə səbəb olan münaqişələr üçün katalizator rolunu oynadığını vurğulayan nazir qeyd edib:

    "Münaqişələr və onların nəticələrinin infrastruktura, torpağın deqradasiyasına və biomüxtəlifliyə dağıdıcı təsirləri iqlim böhranını daha da artıracaq və sülhə, dayanıqlığa, inkişafa zərər gətirəcək".

    Ceyhun Bayramov əlavə edib ki, 2021-ci ilədək 355 milyon ev təsərrüfatı, təxminən 1,3 milyard insan iqlim təhlükələrinə məruz qalıb. Beş yüz milyondan çox insan münaqişə və ya münaqişəyə meyilli ərazilərdədir. Ən həssas təbəqənin artan səsinə cavab olaraq, COP29 Sədrliyi son bir neçə ay ərzində iqlim və sülh əlaqəsi üzrə birgə fəaliyyəti gücləndirmək üçün beynəlxalq səylərə rəhbərlik edir.

    Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

    COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

    Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

    COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

    COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

    İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

    #Ceyhun Bayramov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ceyhun Bayramov Yaponiyaya getdi

    9 İyun 2026 09:26

    Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

    8 İyun 2026 09:00

    Ceyhun Bayramov BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru ilə görüşüb

    5 İyun 2026 19:34

    Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti müzakirə edilib

    4 İyun 2026 19:35

    Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik edib

    4 İyun 2026 19:16

    Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

    4 İyun 2026 18:51

    Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

    3 İyun 2026 18:29

    Ceyhun Bayramov kanadalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

    2 İyun 2026 20:53

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    1 İyun 2026 22:04

    Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

    27 May 2026 10:02

    Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək

    19 May 2026 18:15

    Ceyhun Bayramov və Abbas Əraqçi İran ətrafında vəziyyətin diplomatik həlli imkanlarını müzakirə ediblər

    13 May 2026 13:49
    XƏBƏR LENTİ

    Lev Tolstoy niyə kəndli qiyafəsində monastıra ziyarətə yollanmışdı?

    Bu gün Altıgünlük müharibə başa çatdı

    Hansı qrafik kartı daha yaxşıdır: GeForce RTX 5070 ilə Radeon RX 9070 GRE modellərini 12 AAA oyununda müqayisə edildi

    Tarixdə bu gün - 10 İyun

    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

    İranın XİN rəhbəri bildirir ki, ölkə ətrafındakı xarici qüvvələr “davamlı risk” altındadır

    Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir

    ABŞ enerji rəsmisi boğazda hərəkət artımını vurğulayıb

    ABŞ səhm bazarları Trampın İranla saziş ehtimalına işarə etməsindən sonra qalxıb

    Çin Yaxın Şərqdə vəziyyəti sakitləşdirmək üçün konkret addımlar atılmasını tələb edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.