Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək

    19 May 2026 18:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieddin Salem Ahmed Ibrahim ilə görüşüb.

    Azərbaycan XİN-dən VOA-ya verilən məlumata görə, nazirlər Azərbaycan–Sudan münasibətlərinin cari gündəliyini, o cümlədən siyasi, iqtisadi, humanitar, təhsil, enerji, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

    Tərəflər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin əhəmiyyətini vurğulayıblar.

    BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri də diqqət mərkəzində olub.

    Nazir Ceyhun Bayramov Sudan tərəfini postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa və minatəmizləmə işləri, eləcə də regional bağlantı və nəqliyyat təşəbbüsləri barədə məlumatlandırıb.

    Sudan tərəfi Azərbaycanın dövlət idarəçiliyi, ASAN xidmət, rəqəmsal inkişaf və infrastruktur quruculuğu sahəsindəki təcrübəsinə maraq göstərib, həmçinin sudanlı tələbələr üçün ayrılmış təqaüd proqramlarına görə təşəkkürünü ifadə edib.

    Səfər çərçivəsində Azərbaycan və Sudan hökumətləri arasında diplomatik pasport sahibləri üçün qarşılıqlı viza tələbinin ləğvinə dair saziş imzalanıb.

    Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək
    Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək
    Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək
    Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək
    Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək
    #Ceyhun Bayramov #minatəmizləmə #Enerji sektoru #İqtisadi əməkdaşlıq #Viza azadlığı #bərpa işləri #Azərbaycan–Sudan münasibətləri #Diplomatik pasport #Mohieddin Salem Ahmed Ibrahim #Siyasi əməkdaşlıq #Humanitar sahə #Təhsil və təqaüd proqramları #Kənd təsərrüfatı əməkdaşlığı #Regional nəqliyyat təşəbbüsləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Serbiya və Ukrayna liderləri iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

    8 Avqust 2026 20:19

    Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

    6 Avqust 2026 21:39

    Zelenski Ceyhun Bayramovla Azərbaycan-Ukrayna strateji tərəfdaşlığını müzakirə edib

    6 Avqust 2026 20:38

    Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb

    6 Avqust 2026 20:35

    Azərbaycan zərurət yaranacağı halda Ukraynaya qaz tədarük etməyə hazırdır - Ceyhun Bayramov

    6 Avqust 2026 16:05

    Azərbaycan və Ukrayna XİN başçıları ölkələrin strateji tərəfdaşlığını müzakirə ediblər

    6 Avqust 2026 15:54

    Ceyhun Bayramovla Andriy Sibiha arasında təkbətək görüş başlayıb

    6 Avqust 2026 12:00

    Ceyhun Bayramov Ukraynada yerli istehsal PUA-ların sərgisi ilə tanış olub

    6 Avqust 2026 11:30

    Ceyhun Bayramov Kiyevdə Ukraynanın həlak olmuş müdafiəçilərinin xatirəsini yad edib

    6 Avqust 2026 11:02

    Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir

    6 Avqust 2026 09:23

    Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində tikintinin bu il başlaması gözlənilir - Ceyhun Bayramov

    4 Avqust 2026 14:35

    Azərbaycan və Ermənistan arasında de-fakto sülh bərqərar olub - Ceyhun Bayramov

    4 Avqust 2026 14:04
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 24 Avqust

    Trampın namizədləri ardıcıl uduzur - Bu seçkilərə necə təsir edəcək?

    Prezident İlham Əliyev: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

    Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub

    Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

    Quterreşin varisliyi uğrunda yarışda kimlər var?

    Prezident İlham Əliyev: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

    Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

    Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

    İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.