Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    İtaliya XİN başçısının müavini Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini tənqid edib

    25 Oktyabr 2024 09:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İtaliya XİN başçısının müavini Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini tənqid edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini, İtaliya Nazirlər Şurasında Qafqaz bölgəsinə məsul şəxs, habelə İtaliyanın hakim "İtaliya Qardaşları" partiyasının milli direktorluğunun əlaqələndiricisi Edmondo Çirielli Avropa Parlamentində 24 oktyabr tarixində Azərbaycana qarşı qəbul olunmuş qətnaməni sərt şəkildə tənqid edib.

    AzerVoice-un məlumatına görə, o deyib ki, onun siyasi partiyasının haqlı olaraq bitərəf qaldığı Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini təəccüblə qarşılayıb.

    “Parlament suverendir, lakin bu o demək deyil ki, hökumət nümayəndələri öz fikirlərini ifadə edə bilməzlər, biz demokratik ölkələrik”, deyə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Cirielli bildirib.

    “Əvvəla, qətnamə hüquqi və tarixi saxtakarlıqla doludur. Məhz Ermənistan qeyri-qanuni (BMT tərəfindən pislənmiş) olaraq otuz il ərzində Qırmızı Ordunun dəstəyi ilə nəinki Dağlıq Qarabağı, həm də ondan iki dəfə böyük olan və yalnız azərbaycanlıların yaşadıqları ərazini işğal etmişdir. BMT-nin müstəqil hesabatlarından da göründüyü kimi, ermənilərin regionu tərk etmələrinə görə məsuliyyət daşıyan Azərbaycan deyil, bu, regionun erməni separatçı rəhbərliyinə havadarlıq edən rusiyapərəstlərin ritorikasıdır. Halbuki beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan həmin bölgədə yaşayan erməniləri qorumaq bəhanəsi ilə Ermənistanın başlatdığı müharibə nəticəsində 750 mindən çox azərbaycanlı öz torpaqlarından didərgin düşməyə məcbur olub. Rusiyanın Ukraynada etdiyi kimi. Azərbaycanlılar hələ də öz torpaqlarına qayıda bilmirlər, çünki onların şəhərləri yerlə-yeksan edilib və hər yer hələ də minalanmış vəziyyətdədir”, deyə “İtaliya Qardaşları” partiyasının nüfuzlu üzvü olan nazir müavini E.Çirielli vurğulayıb.

    O, əlavə edib: “Ermənistan ərazisində Azərbaycan qoşunları yoxdur. Üstəlik, onilliklər ərzində ermənilər qanunsuz şəkildə işğal etdikləri Azərbaycanın dörd kəndini də geri qaytardılar. Mübahisəli ərazilər yoxdur, çünki Ermənistanın özü də bunu bəyan edib: yalnız azərbaycanlıların qaldırdığı məsələ var ki, o da Ermənistan konstitusiyasında olan revanşizm kimi başa düşülən müddəalardır. Avropa Parlamentinin qəbul etdiyi qətnamə, şübhəsiz ki, sülh müqaviləsinin tezliklə imzalanmasına kömək etmir. Bu qətnamə həqiqətən də Ermənistan hökumətini Rusiya Federasiyasının dəstəklədiyi müxalifətin hazırkı hökuməti ermənilərin hüquqlarını satmaqda günahlandırdığı daxili çəkişmələrə məruz qoyur".

    “Qətnamədə İtaliyaya gələn və illərdir avropalı tərəfdaşlarımızın Rusiya qazından asılı olmamaq üçün bizi ikiqat artırmağa sövq etdiyi TAP-a əsaslanan Azərbaycan qazından enerji asılılığına hücum da təəccüblüdür. Hətta Rusiya qazının Azərbaycandan alınması ittihamı da beynəlxalq səviyyədə əsaslandırmalardan kənardır və müvafiq təşkilatlarda bunu heç kim mübahisələndirmir. Son iki il müharibə ərzində Avropa ilə Rusiya Federasiyası arasında münasibətləri əngəlləyən sanksiyaların nəticəsində Rusiya ilə Ermənistan arasında ixrac və ticarət əlaqələrinin dörd dəfə artmasına dair sükut hökm sürür. Bu da bir həqiqətdir ki, Avropa İttifaqı iki ölkəni bir-birinə yaxınlaşdıran və hələ də meydanda olan münaqişələri qızışdırmayan neytral və bərabər mövqe ilə Qafqazın sabitləşdirilməsində maraqlı olmalı idi. Bunu ABŞ-dan olan tərəfdaşlarımız çox yaxşı edirlər, həmçinin xarici işlər nazirimiz Tayani də müvafiq tərəflərlə bir neçə dəfə görüşmüşdür və bu, ABŞ tərəfdən də böyük təqdirlə qarşılanmışdır”, deyə İtaliya Nazirlər Şurasının Qafqaz bölgəsinə məsul nümayəndəsi Çirielli vurğulayıb.

    "Azərbaycan geosiyasi nöqteyi-nəzərdən təkcə İtaliya və Aİ-nin enerji və iqtisadi baxımdan deyil, həm də siyasi müstəvidə strateji tərəfdaşıdır, çünki Qafqazda rus qoşunlarının yerləşməsinin qarşısını almaqda maraqlıdır. Halbuki rus qoşunları Ermənistanda yerləşir və Gürcüstanın iki regionunu, Abxaziya və Osetiyanı qeyri-qanuni işğal edib. Gürcüstanın özü xristian olmasına baxmayaraq, Azərbaycanın strateji və logistik tərəfdaşıdır. Bu, həm də həmin bölgədə baş verənlərin dini müharibə olmamasını göstərir. Mən bütün dediklərimdə əminəm, çünki nazir Tayaninin təklifi ilə xarici işlər naziri qismində Qafqaz bölgəsi mənim vəzifə səlahiyytlərimə aid ediləndən sonra, dəfələrlə bütün bölgə ölkələrinə səfər etmişəm və bölgənin hər üç ölkəsindən İtaliyada çoxsaylı nümayəndə heyətlərini qəbul etmişəm”, deyə Çirielli fikirlərini tamamlayıb.

    #XİN
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BƏƏ İranın düşmənçilik xarakterli bəyanatlarını pisləyir

    7 May 2026 09:47

    Antalyada TDT XİN rəhbərlərinin görüşü keçiriləcək

    13 Aprel 2026 15:21

    Səudiyyə Ərəbistanı İraq səfirini XİN-ə çağırdı: Dron hücumlarına görə kəskin etiraz

    12 Aprel 2026 20:07

    Azərbaycan və Qambiya arasında ilk siyasi məsləhətləşmələr keçirilib

    8 Aprel 2026 12:09

    Azərbaycan və Estoniya xarici işlər nazirləri regional və qlobal məsələləri müzakirə ediblər

    2 Dekabr 2025 16:15

    Səfirliklərə ayrılan vəsaitlərin istifadəsinə dair hesabatın verilməsi qaydaları ləğv edilib

    26 Sentyabr 2025 17:05

    Azərbaycan və Ermənistan XİN rəhbərləri ABŞ-də Transatlantik şam yeməyində iştirak ediblər

    25 Sentyabr 2025 11:11

    Azərbaycan və Çexiya arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

    12 Sentyabr 2025 15:47

    Ceyhun Bayramov ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşüb

    8 Sentyabr 2025 14:33

    Ceyhun Bayramov Ararat Mirzoyanla Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin icrasını müzakirə edib

    12 Avqust 2025 18:36

    Azərbaycan Gürcüstanın suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllini tam dəstəkləyir - XİN

    8 Avqust 2025 17:04

    İsrail təcrid olunma riski ilə üz-üzədir- Almaniya XİN rəhbəri

    1 Avqust 2025 10:51
    XƏBƏR LENTİ

    720 at güclü AC Cobra GT təqdim olundu

    Tarixdə bu gün - 5 İyun

    Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib

    Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir - Vladimir Putin

    Birləşmiş Krallıqda Milli Sağlamlıq Xidməti əməkdaşları üçün siyasi nişanların istifadəsi qadağan edilə bilər

    Riçard Nil: İranla müharibə amerikalı ailələrə baha başa gəlir

    Bu gün Qəzzadan 26 xəstə müalicə üçün xaricə aparılıb

    Hizbullah İsrail tankını Bofor qalası yaxınlığında məhv etdiyini açıqlayıb

    Birləşmiş Krallıq Livanın cənubunda BMT sülhməramlısının öldürülməsini pisləyib

    CENTCOM blokada barədə açıqlama verib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.