Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycanda prezident seçkiləri beynəlxalq mətbuatın diqqət mərkəzindədir

    7 Fevral 2024 16:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanda prezident seçkiləri beynəlxalq mətbuatın diqqət mərkəzindədir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri beynəlxalq mətbuatın diqqət mərkəzindədir.

    AzerVoice xəbər verir ki, dünyanın aparıcı mətbu orqanları məqalə, reportaj yayımlayaraq və məntəqələrdən canlı yayımlar edərək oxucularını şəffaf və demokratik şəraitdə keçən səsvermə prosesi barədə məlumatlandırır.

    “Associated Press“ agentliyi seçicilərin fəallıqla səs verdiyi seçki məntəqələrindən birində canlı yayım təqdim edib. Canlı yayımda seçki prosesinin maneəsiz və sərbəst şəkildə davam etdiyi qeyd olunub.

    “Tengrinews”, “lada.kz”, “The Express Tribune”, “Daily Times”, “DND”, “Daily Times”, “Oc-media.org” platformalarında yer alan xəbərlərdə növbədənkənar prezident seçkilərinin Azərbaycanda yeni dövrün başlanmasına dəlalət etdiyi, ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra ilk dəfə bütün ölkə ərazisini əhatə edən seçkilərdə vətəndaşların fəal iştirak etdikləri diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkə tarixində dönüş nöqtəsi olan və yeni mərhələnin başlanğıcı kimi səciyyələndirilən bu dövrdə seçkilərin keçirilməsi bir növ çağırış rolunu oynayır. İşğaldan azad olunmuş ərazilərdə seçkilərin baş tutması isə ölkədə milli birlik istəyinin və həmin ərazilərin ölkənin siyasi-inzibati strukturuna tam inteqrasiyasının bariz təcəssümüdür.

    Məqalələrdə bir sıra xarici ölkə və beynəlxalq təşkilatın Azərbaycana qarşı ədalətsiz mövqeyi, ölkənin uğurlarını qəbul edə bilməməsi, siyasi və diplomatik manevrlərlə əsassız ittihamlara əl atmasına da toxunulub. Bununla belə son 20 ildə Azərbaycanın real uğurlarını əks etdirən danılmaz göstəricilərin də göz önündə olduğu diqqətə çatdırılıb. Bildirilib ki, 2003-cü ildən 2022-ci ilə qədər Azərbaycanın ümumi daxili məhsulu 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib, strateji valyuta ehtiyatları 1,4 milyard dollardan 66,1 milyard dollara yüksəlib, yaşayış səviyyəsi, əhalinin gəlir səviyyəsi, yoxsulluğun aradan qaldırılması istiqamətində ciddi işlər görülüb.

    Yazılarda qeyd edilib ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri ölkənin siyasi tarixində mühüm mərhələdir. İrəliləmək, daxili və beynəlxalq çağırışları həll etmək, eyni zamanda, son uğurlardan yararlanmaq Azərbaycanın gələcək üçün müəyyənləşdirdiyi inkişaf yolunda vacib məqamlar olacaq.

    Azərbaycanda prezident seçkiləri beynəlxalq mətbuatın diqqət mərkəzindədir
    #Azərbaycanda Prezident seçkiləri 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək

    12 Fevral 2024 11:17

    Rumen Radev Prezident İlham Əliyevi təbrik edib

    9 Fevral 2024 13:18

    ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    9 Fevral 2024 12:37

    İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib

    9 Fevral 2024 12:34

    Oleq Storçevoy Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    9 Fevral 2024 12:31

    Türkmənistandakı səfirliyimizdə qeydiyyatda olan seçicilərin 90,53 faizi Prezident seçkilərində iştirak edib

    8 Fevral 2024 20:55

    Prezident seçkiləri qanunauyğun keçirilib - İordaniyadan olan müşahidəçi

    8 Fevral 2024 17:42

    İlham Əliyev yüksək seçici fəallığı ilə keçən seçkinin qalibi oldu - “Rossiyskaya Qazeta”

    8 Fevral 2024 17:29

    Seçki günü Ombudsmanın ünvanına şikayət və müraciət daxil olmayıb

    8 Fevral 2024 17:26

    Azərbaycan Prezident seçkilərinə çox məsuliyyətli hazırlaşmışdı - Tacikistandan olan müşahidəçi

    8 Fevral 2024 17:17

    BAMF-dan növbədənkənar Prezident seçkiləri ilə bağlı açıqlama

    8 Fevral 2024 16:59

    Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

    8 Fevral 2024 16:26
    XƏBƏR LENTİ

    Lüks və hərbi zireh bir arada: Aston Martin Call of Duty üçün virtual V12 canavarı hazırladı

    Tarixdə bu gün - 19 İyul

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    ABŞ memorandumun mürəkkəbi qurumamış hücuma keçdi - Məhəmməd Rza Arif

    Macarıstan prezidentinin səlahiyyətlərinə rəsmən xitam verilir

    İordaniyada iki hərbçi İranın hücumları zamanı həlak olub, daha biri itkin düşüb - CENTCOM

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    Oman sahilləri yaxınlığında tanker və hərbi qüvvələr arasında insident qeydə alınıb

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    Xamenei ABŞ-ı "etibarsızlıqda" ittiham edib, milli birliyə çağırış edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.