Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Bugünkü Prezident seçkiləri Azərbaycanın gələcəkdə uğurlu və sabit inkişafının açarıdır

    7 Fevral 2024 09:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bugünkü Prezident seçkiləri Azərbaycanın gələcəkdə uğurlu və sabit inkişafının açarıdır
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Hazırkı seçki müstəqil Azərbaycan tarixində ilk dəfədir ki, bütün Azərbaycan ərazisində keçirilir və bu, ölkə üçün tarixi hadisə, tarixi məqamdır.

    Bu barədə AzerVoice-ə Belarus Respublikası Milli Məclisi Respublika Şurasının iqtisadiyyat, büdcə və maliyyə məsələləri üzrə daimi komissiyasının sədr müavini Dmitri Demidov deyib.

    "Biz MDB Ölkələrinin Parlamentlərarası Assosiasiyasının xətti ilə parlamentlərarası əməkdaşlığımız çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin dəvəti ilə beynəlxalq müşahidəçi kimi gəlmişik. Biz bura xoş niyyətlə gəlmişik, çünki Azərbaycan Respublikası ilə Belarus Respublikası uzun müştərək tarixə malikdir və indiki inkişaf mərhələsində biz Azərbaycan Respublikası kimi etibarlı, zamanın sınağından keçmiş tərəfdaşı yüksək qiymətləndirir və bütün sahələrdə əlaqələri inkişaf etdiririk.

    Bura qarşılıqlı iqtisadi və siyasi dəstək daxildir, çünki ölkələrimiz öz xalqlarının mənafeyinə uyğun balanslaşdırılmış, müstəqil, suveren siyasət yürüdürlər ki, bu da bizi birləşdirir. Təbii ki, biz Azərbaycan Respublikasının inkişaf dinamikasını məmnuniyyətlə görürük.

    Sülhün hökm sürməsi və Azərbaycan Respublikasının bütün ərazisində uzun onilliklər ərzində ilk dəfə keçirilən seçkinin xüsusi əhəmiyyət kəsb etməsi xüsusilə əlamətdardır. Bu, çox əlamətdar bir məqamdır. Biz başa düşürük ki, bu, tarixi hadisədir, Azərbaycanın gələcəkdə uğurlu və sabit inkişafının açarıdır”, - o qeyd edib.

    Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

    Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

    Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

    Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

    Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

    Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

    Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

    Bugünkü Prezident seçkiləri Azərbaycanın gələcəkdə uğurlu və sabit inkişafının açarıdır
    #Azərbaycanda Prezident seçkiləri 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək

    12 Fevral 2024 11:17

    Rumen Radev Prezident İlham Əliyevi təbrik edib

    9 Fevral 2024 13:18

    ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    9 Fevral 2024 12:37

    İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib

    9 Fevral 2024 12:34

    Oleq Storçevoy Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    9 Fevral 2024 12:31

    Türkmənistandakı səfirliyimizdə qeydiyyatda olan seçicilərin 90,53 faizi Prezident seçkilərində iştirak edib

    8 Fevral 2024 20:55

    Prezident seçkiləri qanunauyğun keçirilib - İordaniyadan olan müşahidəçi

    8 Fevral 2024 17:42

    İlham Əliyev yüksək seçici fəallığı ilə keçən seçkinin qalibi oldu - “Rossiyskaya Qazeta”

    8 Fevral 2024 17:29

    Seçki günü Ombudsmanın ünvanına şikayət və müraciət daxil olmayıb

    8 Fevral 2024 17:26

    Azərbaycan Prezident seçkilərinə çox məsuliyyətli hazırlaşmışdı - Tacikistandan olan müşahidəçi

    8 Fevral 2024 17:17

    BAMF-dan növbədənkənar Prezident seçkiləri ilə bağlı açıqlama

    8 Fevral 2024 16:59

    Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

    8 Fevral 2024 16:26
    XƏBƏR LENTİ

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.