Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Seçkilərdən sonra sülh gündəliyi daha da geniş miqyas alacaq

    6 Fevral 2024 17:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Seçkilərdən sonra sülh gündəliyi daha da geniş miqyas alacaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    Baku, AzerVoice

    Seçkilərdən sonra sülh gündəliyi daha da geniş miqyas alacaq və bu, həm də regionun çiçəklənməsi dövrünün başlanğıcı olacaq.

    AzerVoice xəbər verir ki, bu sözləri secki-2024.az-a açıqlamasında qazaxıstanlı politoloq, siyasi ekspert Fərhad Kasenov deyib.

    Kasenov qeyd edib ki, istənilən ölkədə keçirilən seçkilər böyük əhəmiyyət kəsb edir, çünki bu zaman yeni inkişaf proqramları təqdim olunur, insanlar tərəflər arasında fikir mübarizəsinin şahidi olur: “Prezident seçkiləri bir ölkə üçün çox böyük rol oynayır. Düşünürəm ki, Azərbaycan üçün mövcud geosiyasi kontekstdə bu seçkilər xüsusi məna kəsb edir.

    Demək olar ki, Prezident seçkiləri formalaşmış dövlət aparatının yoxlanışıdır, əhalinin hansı gözləntilərinin olmasını, dövlətlə xalq arasında sıx əlaqələrin mövcudluğunu müəyyən edəcək və onların bir-birini hansı səviyyədə tamamlamasını nümayiş etdirəcək”.

    Ekspertin fikrincə, ümumilikdə bütün dövlət aparatı seçkilər zamanı yenidən yoxlamadan keçəcək və bu səbəbdən də Azərbaycanın gələcəyi və iqtisadi inkişafı üçün 7 fevral seçkiləri olduqca əhəmiyyətlidir:

    “Keçiriləcək seçkilər Azərbaycanla yanaşı, həm region, həm də dünyadakı proseslər üçün də olduqca böyük əhəmiyyət daşıyır. Hazırda Azərbaycan və Qazaxıstan öz regionlarının flaqman ölkələri olaraq böyük geosiyasi oyunların mərkəzindədir. Yeni iqtisadi əlaqələrin bünövrəsi qoyulur.

    Azərbaycan və Qazaxıstan nəqliyyat və logistika mərkəzlərinə çevrilir. Bu mərkəzlərdə böyük həcmdə yük dövriyyəsinin şahidi oluruq”.

    Fərhad Kasenov Azərbaycanın suverenliyini tam bərpa etməsini də seçkilərin keçirilməsinin vacib elementlərindən biri kimi diqqətə çatdırıb:

    “Azəbaycan ilk dəfə olaraq suverenliyini tam bərpa edərək seçkilərə gedir və vaxtilə Azərbaycanla Ermənistan arasında dərin anlaşılmazlıqlara səbəb olan Qarabağ probleminin həllindən sonra artıq bütün ölkə ərazisində seçkilərin təşkili əlamətdar hadisədir.

    Əgər əvvəlki dövrlərdə Azərbaycanın siyasi gündəliyi birmənalı olaraq öz torpaqları işğaldan azad etmək üçün güclü iqtisadiyyat qurmaq və iqtisadi inkişafa nail olmaq idisə, lakin indi ölkənin məqsədi hazırkı vəziyyəti qoruyub saxlamaqla yeni gündəlik, əsasən sülh gündəliyi üzərində çalışacaq.

    Azərbaycan tərəfinin atdığı addımlar bütün Cənubi Qafqaz regionu ölkələrinin bir-biri ilə qarşılıqlı iqtisadi əlaqələrinin inkişaf etdirilməsinə də xidmət edir. Ümid edirik ki, məhz Azərbaycanın səyləri nəticəsində regionda uzunmüddətli və dayanıqlı sülh təmin ediləcək. Seçkilərdən sonra isə sülh gündəliyi daha da geniş miqyas alacaq və bu, həm də regionun çiçəklənməsi dövrünün başlanğıcı olacaq”, - deyən siyasi ekspert Fərhad Kasenov sonda seçkilərlə bağlı qardaş Azərbaycan xalqına ən səmimi və xoş arzularını bildirib.

    “Arzulayıram ki, növbəti Prezidentlik müddəti Azərbaycan üçün çiçəklənmə dövrü olsun və həmçinin regionlarımız, ölkələrimiz arasında münasibətlərin daha da yüksək pilləyə qalxmasına şahid olaq. Biz qardaş ölkələrik. Tarix, dil, din, mədəniyyət və digər bağlarla bir-birimizə çox sıx bağlıyıq. Bu səbəbdən ölkələrimiz arasında hər sahədə - iqtisadi, humanitar, mədəniyyət, təhsil və qalan bütün sahələrdə qarşılıqlı əlaqələrin ən yüksək səviyyədə olmasını arzu edirəm” – deyə politoloq fikrini yekunlaşdırıb.

    Seçkilərdən sonra sülh gündəliyi daha da geniş miqyas alacaq
    #Azərbaycanda Prezident seçkiləri 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək

    12 Fevral 2024 11:17

    Rumen Radev Prezident İlham Əliyevi təbrik edib

    9 Fevral 2024 13:18

    ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    9 Fevral 2024 12:37

    İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib

    9 Fevral 2024 12:34

    Oleq Storçevoy Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    9 Fevral 2024 12:31

    Türkmənistandakı səfirliyimizdə qeydiyyatda olan seçicilərin 90,53 faizi Prezident seçkilərində iştirak edib

    8 Fevral 2024 20:55

    Prezident seçkiləri qanunauyğun keçirilib - İordaniyadan olan müşahidəçi

    8 Fevral 2024 17:42

    İlham Əliyev yüksək seçici fəallığı ilə keçən seçkinin qalibi oldu - “Rossiyskaya Qazeta”

    8 Fevral 2024 17:29

    Seçki günü Ombudsmanın ünvanına şikayət və müraciət daxil olmayıb

    8 Fevral 2024 17:26

    Azərbaycan Prezident seçkilərinə çox məsuliyyətli hazırlaşmışdı - Tacikistandan olan müşahidəçi

    8 Fevral 2024 17:17

    BAMF-dan növbədənkənar Prezident seçkiləri ilə bağlı açıqlama

    8 Fevral 2024 16:59

    Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

    8 Fevral 2024 16:26
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanunda dəyişiklikləri təsdiqləyib

    Türkiyədə Misir kapitallı yeni şirkətlərin sayı artıb – TOBB

    Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyib – Səudiyyə nüvə silahına hazırlaşır?

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    Yaxın Şərqdə sabitliyi pozan qüvvə İrandır - Rubio

    Pakistan şirkətləri Türkiyəyə 121 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    İran şirkətləri Türkiyəyə 503 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.