Bakı. AzerVoice:
Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə Ukrayna və Moldovada qeydiyyata alınan seçicilərin sayı bəlli olub.
AzerVoice Secki-2024.az-a istinadən xəbər verir ki, Ukraynada 600, Moldovada 100 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır.
Azərbaycanın hər iki ölkənin paytaxtı - Kiyev və Kişineudakı səfirliklərində seçki məntəqələri yaradılıb. Seçicilər sabah - fevralın 7-də müvafiq olaraq məntəqələrində səs verə biləcəklər.
Səsvermə həmin ölkələrdə yerli vaxtla 08:00-dan 19:00-a qədər keçiriləcək.