Bakı. AzerVoice:
Ermənistan Qarabağda minalanmış ərazilərin yeni xəritəsini Azərbaycana verə bilər.
AzerVoice erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, Ermənistanın Qarabağda minalanmış ərazilərin yeni xəritəsini Azərbaycana təqdim etməsi istisna deyil.
Qeyd edək ki, 2020-ci ildə 2-ci Qarabağ müharibəsi bitəndən indiyədək Ermənistan tərəfi minalanmış ərazilərin dəqiq xəritəsini təqdim etməyib. 2020-ci ildən sonra mina qurbanlarının sayı 342 nəfərə çatıb.
2020-ci ilin noyabrından bugünədək 118 min hektardan çox ərazi minalardan və partlayış təhlükəli sursatlardan təmizlənib. O cümlədən, 18 mindən çox piyada əleyhinə, 31 mindən çox tank əleyhinə mina, 60 mindən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.