Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    ATƏT-in müşahidə missiyası 7 fevral seçkilərinin bütün əsas aspektlərini diqqətlə izləyəcək - Mətbuat katibi

    20 Yanvar 2024 13:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ATƏT-in müşahidə missiyası 7 fevral seçkilərinin bütün əsas aspektlərini diqqətlə izləyəcək - Mətbuat katibi
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyası Azərbaycanda fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərinin bütün əsas aspektlərini diqqətlə izləyəcək.

    AzerVoice Secki-2024.az-a istinadən xəbər verir ki, bunu ATƏT/DTİHB-nin sözçüsü Katya Andrusa (Katya Andrusz) İkisahil.az-ın “Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərini əvvəlki seçkilərdən fərqləndirən əsas məqam odur ki, proses Azərbaycanın bütün ərazisində keçiriləcək. Bilmək istərdik ki, Sizin müşahidə missiyanız Azərbaycanın bütün regionlarını əhatə edirmi” sualına cavab olaraq bildirib.

    “Bura kampaniyanın aparılması, həmçinin sosial şəbəkələrdə, bütün səviyyələrdə seçki administrasiyasının işi, seçki ilə bağlı qanunvericilik və onun icrası, fundamental azadlıqlara hörmət, mediada işıqlandırılması və seçki mübahisələrinin həlli daxildir”, - deyə Andrus qeyd edib.

    “Bu günədək Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində təşkil edilmiş seçki dairə və məntəqələrində olmusunuzmu? Əgər olmamısınızsa, hansı tarixdə olmağı planlaşdırırsınız?” suallarına cavab olaraq isə mətbuat katibi bildirib ki, müşahidələrin gedişi ilə bağlı seçki ərəfəsində əlavə məlumat veriləcək.

    Xatırladaq ki, ATƏT/DTİHB-in hazırda Azərbaycanda fəaliyyət göstərən müşahidə missiyasına ATƏT-in 9 ölkəsindən 11 beynəlxalq ekspert, 26 uzunmüddətli və seçki günü seçki prosesini müşahidə edəcək 280 qısamüddətli müşahidəçi daxildir. Missiyaya İrlandiya əsilli İoğan Mörfi (Eoghan Murphy) rəhbərlik edir.

    ATƏT-in müşahidə missiyası 7 fevral seçkilərinin bütün əsas aspektlərini diqqətlə izləyəcək - Mətbuat katibi
    #ATƏT #Azərbaycanda Prezident seçkiləri 2024 #Katya Andrusa
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib

    4 İyul 2026 18:44

    Slovakiya Bakı və Brüssel arasında mühüm körpü rolunu oynayır - Rufiz Hafizoğlu

    10 Aprel 2026 22:25

    TRIPP layihəsi regional iqtisadi inteqrasiyanı təmin edəcək - Ceyhun Bayramov

    26 Dekabr 2025 15:42

    Azərbaycan və Monteneqro arasında ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi müzakirə edilib

    20 Dekabr 2025 12:38

    Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq – Nazir

    4 Dekabr 2025 18:33

    Nazirlər Şurasının iclası ATƏT məkanında təhlükəsizlik böhranı fonunda keçirilir – XİN başçısı

    4 Dekabr 2025 18:28

    Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir – Nazir

    4 Dekabr 2025 18:24

    Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfərə gedib

    3 Dekabr 2025 12:17

    ATƏT-in Minsk Qrupu rəsmən ləğv olundu

    1 Dekabr 2025 13:41

    ATƏT PA-da Bakı–İrəvan parlament görüşü: Ermənistan tranzit qərarına görə Azərbaycana təşəkkür etdi

    26 Noyabr 2025 12:19

    Hakan Fidan Finlandiyaya səfər edəcək

    4 Noyabr 2025 14:31

    ATƏT-in Minsk qrupunun buraxılması prosesi bu ilin sonuna kimi başa çatacaq - XİN rəhbəri

    22 Oktyabr 2025 13:13
    XƏBƏR LENTİ

    Yeni hücum olarsa, bölgədəki infrastruktur hədəfə alınacaq - Tehran

    Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Anar Quliyev BMT-də çıxış etdi

    Böyük dövlətlər müttəfiqlərinə zəiflədilmiş silah satır? Rusiya və Çin nümunəsi ilə hərbi ixrac strategiyasına baxış

    DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib

    Dərin qeyri-müəyyənlik... Tehranda qərar qəbuletmə aparatı dağılıbmı?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.