Digər Xəbərlər

Çərşənbə günü Sudan paytaxtı Xartum pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. “AFP” agentliyinə danışan hərbi mənbə və yerli şahidlər şəhərdə bir neçə partlayışın baş verdiyini təsdiqləyiblər. Hərbi mənbənin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri hücuma cəhd edən PUA-ların əksəriyyətini məhv edib:

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2024-cü ilin sonuna qədər dünya üzrə təxminən 673 milyon insanın aclıqla üz-üzə qalacağını açıqlayıb. Hər il 16 oktyabr tarixində qeyd olunan Ümumdünya Ərzaq Günü, sağlam qidaya çıxışı olmayan milyonlarla insanın vəziyyətinə diqqət çəkməyi hədəfləyir.

NATO-ya üzv olan 32 ölkənin müdafiə nazirlərinin iştirakı ilə regional təhlükəsizlik məsələlərinin müzakirə edildiyi NATO Müdafiə Nazirləri Toplantısı Brüsseldə başlayıb. Toplantının açılışında çıxış edən NATO Baş katibi Mark Rutte əsas diqqət mərkəzinin alyansın müdafiə və çəkindirmə qabiliyyətinin gücləndirilməsi olacağını bildirib.

ABŞ Prezidenti Donald Tramp Qəzzada əldə olunan atəşkəsin ardından 4 saatdan az davam edəcək səfər çərçivəsində İsrailə gəlib. Trampı daşıyan təyyarə Təl-Əviv yaxınlığındakı Ben Gurion Hava Limanına enib. Qəzzada əldə olunan atəşkəsdən sonra bölgəyə gələn Tramp Ben Gurion Hava Limanında rəsmi mərasimlə qarşılanıb. Onu İsrail Prezidenti İsxak Hersoq, Baş nazir Benyamin Netanyahu və bir çox nazir və rəsmi şəxs qarşılayıb.

Venesuela Prezidenti Nikolas Maduro müxalifət lideri Mariya Korina Maçadonu “şeytan və sehrbaz” adlandırıb. Açıqlama, Maçadonun Nobel Sülh Mükafatı ilə təltif edilməsindən iki gün sonra səslənib. Nobel Komitəsi 58 yaşlı Maçadonu “Venesuelada diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda mübarizəsinə görə” mükafatlandırmışdı. Lakin Maduro çıxışında onun adını çəkmədən, “xalqın 90 faizi bu şeytani sehrbaza qarşıdır” deyərək Maçadonu xarici müdaxiləyə çağırış etməkdə ittiham edib.

Oktyabrın 11-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı, tabeliyindəki Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin, eləcə də “Slow Food International” hərəkatının əməkdaşlığı ilə Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində “Terra Madre Shaki” qastronomiya festivalı keçirilib.

ABŞ-ın prezidenti Donald Trampın İsrailə planlaşdırılan səfəri çərçivəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus altı ədəd C-17 “Globemaster III” tipli hərbi nəqliyyat təyyarəsi İsrailə doğru yola düşüb. Bu barədə məlumatı İsrailin 12-ci kanalı yayıb. Bildirilib ki, təyyarələrin göndərilməsi Trampın səfərinə hazırlıq məqsədi daşıyır. C-17 tipli təyyarələr əsasən strateji və taktiki daşımalar, hərbi personal və texnikanın beynəlxalq miqyasda nəqli üçün istifadə olunur.

BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) sözçüsü Rikardo Pires bildirib ki, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində 64 mindən çox uşaq ya həyatını itirib, ya da yaralanıb. Cenevrədə BMT Ofisinin həftəlik brifinqində çıxış edən Pires, bu gün başlayan atəşkəsin, Qəzzadaki uşaqlar üçün ümid işığı olduğunu bildirib.

ABŞ-ın prezidenti Donald Tramp, İsraillə HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasının pozulmasına icazə verməyəcəyini vəd edib. Adı açıqlanmayan amerikalı rəsmilərə istinadən yayımlanan xəbərdə, İsrailin mart ayında əldə olunan əvvəlki atəşkəs razılaşmasını pozduğu xatırladılıb. Bu səbəbdən Həmas tərəfi yenidən oxşar nəticənin ortaya çıxacağından narahat olduğunu bildirib.

Bu səhər Filippinlərin cənubunda baş vermiş 7,4 bal gücündə zəlzələdən bir neçə saat sonra bölgədə 6,9 bal gücündə ikinci bir zəlzələ qeydə alınıb. AFP xəbər agentliyinin yaydığı məlumata görə, bu gün səhər saatlarında baş verən güclü zəlzələnin ardından Mindanao adasında ikinci bir zəlzələ baş verib. Mütəxəssislər ikinci zəlzələnin ilk zəlzələnin artçı sarsıntısı ola biləcəyini bildiriblər.

Azərbaycanın uğurla ev sahibliyi etdiyi III MDB Oyunlarında çıxış edən idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz nəqliyyat xidmətləri ilə təmin olunub. 24 sentyabr – 9 oktyabr tarixlərində 189 reys həyata keçirilib, 4056 idmançı və nümayəndə heyəti üzvünün aeroportlardan oyunların keçirildiyi şəhərlərə, o cümlədən əks istiqamətdə daşınması təmin olunub.