Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    İranın cavab zərbələri nəticəsində ABŞ-ın 17 obyekti zərər görüb

    11 Mart 2026 12:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İranın cavab zərbələri nəticəsində ABŞ-ın 17 obyekti zərər görüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    "New York Times" (NYT) qəzetinin peyk görüntüləri, sosial media videoları və rəsmi mənbələrə istinadən yaydığı xəbərdə ABŞ və İsrailin hücumlarına cavab olaraq İranın həyata keçirdiyi əməliyyatlar nəticəsində Amerikanın 17 hərbi və diplomatik obyektinin vurulduğu iddia edilir.

    VOA xəbər verir ki, məlumata görə, bəzi ABŞ müəssisələri bir neçə dəfə hədəf alınıb və bu hücumlar Vaşinqton rəsmilərinin proqnozlaşdırdığından daha genişmiqyaslı xarakter daşıyıb. Xüsusilə vurğulanır ki, İranın döyüşə hazırlıq səviyyəsi gözləniləndən yüksək olub və Tehran münaqişənin başladığı gündən bəri Yaxın Şərqdəki hərbi hədəflərə minlərlə raket və pilotsuz uçuş aparatı (PUA) göndərib.

    ABŞ rəsmiləri hücumların böyük hissəsinin dəf edildiyini bildirsələr də, NYT regiondakı ən azı 11 hərbi baza və ya obyektin zərər gördüyünü qeyd edir ki, bu da bölgədəki bütün ABŞ obyektlərinin təxminən yarısına bərabərdir. Fevralın 28-də Səudiyyə Ərəbistanındakı "Prince Sultan", Qətərdəki "El Udeyd", Küveytdəki "Ali el-Salem" və "Camp Buehring" aviabazaları İranın hədəfində olub. Peyk görüntüləri Küveytdəki "Camp Arifjan" bazası və Şuayba limanı, Bəhreyndəki 5-ci Donanma Qərargahı, habelə İraqdakı Ərbil və İordaniyadakı "Muvaffaq Salti" bazalarında ciddi binaların və rabitə infrastrukturunun dağıldığını nümayiş etdirir. Pentaqonun hesabatına görə, təkcə Bəhreyndəki qərargaha edilən bir hücumun vurduğu maliyyə zərəri təxminən 200 milyon dollar təşkil edir.

    İranın taktikasında əsas diqqət ABŞ və müttəfiqlərinin hava hücumundan müdafiə və rabitə infrastrukturunun sıradan çıxarılmasına yönəlib. Xüsusilə radar sistemlərinin və THAAD hava hücumundan müdafiə elementlərinin zərbələrə məruz qaldığı bildirilir. Məsələn, İordaniyadakı "Muvaffaq Salti" aviabazasında qiyməti 500 milyon dollar olan radar sensorlarından biri ciddi zədələnib. Həmçinin Qətərdə yerləşən, 3 min mil məsafəni əhatə edən və inşasına 1,1 milyard dollar xərclənən uzunmənzilli AN/FPS-132 radar sisteminin də İranın hədəfinə çevrildiyi və ehtimal ki, zərər gördüyü iddia edilir.

    Hərbi hədəflərlə yanaşı, ABŞ-ın diplomatik nümayəndəlikləri də hücumların hədəfi olub. Dubaydakı konsulluq, Küveyt və Səudiyyə Ərəbistanındakı səfirliklər təhlükəsizlik səbəbindən müvəqqəti bağlanıb, Bağdaddakı səfirlik isə raket atəşinə tutulub. Diplomatik obyektlərə edilən hücumlarda can itkisi qeydə alınmasa da, hərbi bazalara endirilən zərbələr nəticəsində indiyədək 7 ABŞ hərbçisinin həlak olduğu xatırladılır. Bu hadisələr regiondakı Amerika hərbi və diplomatik varlığının son illərin ən böyük təhlükəsi ilə üz-üzə qaldığını göstərir.

    #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran hücum edərsə, İsrail güclü cavab verəcək - Benyamin Netanyahu

    14 İyul 2026 19:32

    İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz

    26 İyun 2026 17:44

    İran İsrailə hücum edib

    7 İyun 2026 23:39

    CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN

    5 İyun 2026 14:33

    İran təhlükəsizlik qüvvələri 5 şəbəkəni zərərsizləşdirdi

    12 May 2026 21:12

    Müctəba Xameneinin yaralanması ilə bağlı təfərrüatlar açıqlanıb

    9 May 2026 14:08

    İsraildə İrana casusluqda şübhəli bilinən 4 nəfər saxlanılıb

    8 May 2026 13:29

    ABŞ-ın İranla mümkün razılaşması Təl-Əviv üçün “fəlakət” ola bilər - İsrail

    7 May 2026 16:23

    İsrail niyə “Shual” sisteminə çıxışı məhdudlaşdırdı?

    7 May 2026 11:55

    İsrail ordusu bütün cəbhələrdə döyüşə hazırdır – Baş Qərargah rəisi

    22 Aprel 2026 14:04

    İsrailin müdafiə naziri İsrail Katz İrana qarşı yeni və daha şiddətli hücum xəbərdarlığı edib

    16 Aprel 2026 19:37

    12 günlük müharibədən sonra PUA istehsalı 10 dəfə artıb - İran

    16 Aprel 2026 13:50
    XƏBƏR LENTİ

    Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib

    Balıqçılıq sahəsində nəzarət üçün hər dəfə yerində yoxlama tələb olunmayacaq - İlhamə Qədimova

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev

    İraq alıcılıq qabiliyyəti üzrə dünya reytinqində neçənci yerdədir?

    Bişkekdə ŞƏT sammitinin yekunlarına dair 28 sənəd imzalanıb

    Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib

    İraqda mənzilsiz ailələrə dövlət dəstəyi - torpaq pulsuz paylanacaq

    ŞƏT “Şanxay beşliyi”ndən iri beynəlxalq təşkilata qədər böyük yol keçib - Tokayev

    Qətərdə ticari əməliyyatların 86 faizi elektron icra olunub -Ticarət və Sənaye Nazirliyi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.