Bakı,AzerVoice
Amerikanın informasiya texnologiyaları nəhəngi Microsoft Almaniyaya 2025-ci ilin sonuna qədər süni intellekt və bulud texnologiyalarının inkişafı üçün 3,5 milyard dollar dəyərində sərmayə qoyacağını açıqlayıb.AzerVoice xəbər verir ki,Microsoft-un vitse-prezidenti Brad Smith Berlində keçirdiyi mətbuat konfransında məqsədinin Almaniyada "süni intellekt və məlumat mərkəzləri ilə bağlı şirkətin infrastruktur imkanlarını ikiqat artırmaq" olduğunu açıqlayıb.
Smit əlavə edib ki, bu, qrupun Almaniyada fəaliyyətə başladığı vaxtdan bəri "40 ildə ən böyük sərmayəsi"dir.
Məsələyə münasibət bildirən kansler Olaf Şolz bunu ölkəsinin iqtisadi vəziyyəti üçün çox yaxşı xəbər adlandırıb.
O, əlavə edib ki, “Belə layihələr Almaniyanın investorlar üçün nə qədər cəlbedici olduğunu göstərir”.