Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    "Nvidia" bazar dəyəri 4 trilyon dolları ötən ilk şirkət kimi tarixə keçdi

    9 İyul 2025 19:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    "Nvidia" bazar dəyəri 4 trilyon dolları ötən ilk şirkət kimi tarixə keçdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ-nin qrafik prosessor istehsalçısı "Nvidia" tarixdə ilk dəfə olaraq bazar dəyəri 4 trilyon dolları ötən şirkət olub.

    AzerVoice xəbər verir ki, bu barədə "TradingView" platformasında yayımlanan reytinq məlumatlarında qeyd olunub.

    Platformanın 9 iyul tarixli ticarət məlumatlarına əsasən, "Nvidia"nın kapitalizasiyası 4 trilyon dollara çatıb. Şirkətin NASDAQ birjasındakı səhmlərinin dəyəri 164,74 dollar təşkil edib ki, bu da gün ərzində 2,34 faiz artım deməkdir. Bununla da "Nvidia" dünya birjalarında liderlik edən ictimai şirkətlər arasında birinci yerə yüksəlib.

    Reytinqdə ikinci yerdə qərarlaşan "Microsoft"un kapitalizasiyası 3,73 trilyon dollardır. Onun birja qiyməti isə 502,26 dollar olub.

    Məlumat üçün bildirək ki, "Nvidia" ABŞ mənşəli texnologiya şirkətidir və əsasən qrafik prosessorlar və digər çip texnologiyalarının istehsalı ilə tanınır. Şirkət 1993-cü ildə təsis olunub və Kaliforniya ştatının Santa-Klara şəhərində yerləşir. "Nvidia"nın məhsulları süni intellekt, video oyun sənayesi və avtomobil texnologiyaları sahəsində geniş tətbiq olunur.

    #Microsoft #Nvidia #bazar dəyəri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nvidia ABŞ-də siyasi fəaliyyət komitəsi yaradır

    27 Avqust 2026 20:27

    Kosmosda məlumat mərkəzləri quran “Starcloud”un dəyəri 2,3 milyard dollara çatıb

    21 Avqust 2026 20:03

    Volta Infra 2,4 milyard dollar dəyərində qiymətləndirilib

    4 Avqust 2026 20:11

    Apple yenidən dünyanın ən bahalı şirkəti oldu

    18 İyul 2026 13:26

    Microsoftun "Majorana 1" çipi: Böyük kvant sıçrayışı, yoxsa növbəti elmi iddia?

    18 May 2026 11:12

    Səudiyyə 2026: Süni intellekt və kosmosda yeni güc mərkəzi

    3 May 2026 09:41

    Dumlupınar faciəsi, Hərbi ittifaqın yaranması və Martin Lüter Kinqin qətli: 4 aprel hadisələri

    4 Aprel 2026 00:02

    “Microsoft” Windows 11-də RAM istifadəsinin azaldıldığını açıqlayıb

    27 Dekabr 2025 09:57

    Dünyanın ən dəyərli 50 şirkəti açıqlanıb

    25 Noyabr 2025 02:00

    Vaşinqtonda Səudiyyə-ABŞ İnvestisiya Forumu işə başlayıb

    20 Noyabr 2025 04:00

    Vaşinqtonda Səudiyyə-ABŞ İnvestisiya Forumu işə başlayıb

    19 Noyabr 2025 04:00

    Yalançı İncil və saxta peyğəmbərlər - Dəccal alqoritmi - Lavender, Where’s Daddy? və The Gospel

    4 Sentyabr 2025 15:28
    XƏBƏR LENTİ

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.