ABŞ və Kolumbiya narkotik qaçaqmalçılığı ilə mübarizədə hərbi və təhlükəsizlik əməkdaşlığını gücləndirir. ABŞ Cənub Komandanlığının rəhbəri Fransis Donovan Kolumbiyaya səfər edərək ölkənin yeni hərbi rəhbərliyi ilə birgə əməliyyatları və təhlükəsizlik tərəfdaşlığını müzakirə edib. Kolumbiya Prezidenti Abelardo de Lasperiya da narkotik qaçaqmalçılığı ilə məşğul olan silahlı qruplara qarşı sərt kampaniya vəd edib.
#ABŞ Cənub Komandanlığı
ABŞ hərbçiləri cümə axşamı günü Sakit okeanın şərqində narkotik qaçaqmalçılığında ittiham olunan bir qayığa qarşı daha bir ölümcül zərbə endirdiklərini açıqlayıblar. ABŞ Cənub Komandanlığının verdiyi məlumata görə, Sakit okeandakı narkotrafik marşrutları ilə hərəkət edən qayıqda olan iki nəfər hücum nəticəsində həlak olub. Sosial mediada paylaşılan görüntülərdə hərəkət halında olan qayığın partlayaraq alovlandığı əks olunub.
ABŞ Müdafiə Nazirliyi Latın Amerikası yaxınlığındakı dəniz akvatoriyasına 4 mindən çox dənizçi və dəniz piyadası göndərir. “Bloomberg” agentliyinin məlumatına görə, bu addım prezident Donald Trampın narkokartellərə qarşı mübarizədə hərbi qüvvələrdən istifadə edə biləcəyini bəyan etməsindən sonra atılıb.