BAKI,VOA Orxan Qədirzadə
Filippinin cənubundakı Zamboanqa şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində 10-cu sinif şagirdi öldürülüb.
Hadisə Ateneo de Zamboanga Universitetində baş verib. Polis 9-cu sinif şagirdinin məktəbə tapança və tüfəng gətirərək sinif otağında atəş açdığını, daha sonra isə özünü öldürdüyünü bildirib.
Polisin məlumatına görə, hücumun motivi hələlik müəyyənləşdirilməyib. Hadisə ilə bağlı araşdırma davam edir, yaralananların sayı isə açıqlanmayıb.
Məktəb rəhbərliyi valideynlərlə əlaqə saxlanıldığını və kampusda qalan şagirdlərin təhlükəsizliyinin təmin edildiyini bildirib.
Filippində məktəb atışmaları nadir hesab olunur. Lakin iyun ayında ölkənin mərkəzi hissəsində baş verən başqa bir hücum zamanı üç şagird öldürülmüş, 20 nəfər yaralanmışdı.