Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Nipah virusu Hindistanda narahatlıq yaradıb: region ölkələri hava limanlarında nəzarəti gücləndirir

    29 Yanvar 2026 19:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Nipah virusu Hindistanda narahatlıq yaradıb: region ölkələri hava limanlarında nəzarəti gücləndirir
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Hindistanın Qərbi Benqal ştatında qeydə alınan Nipah virusu halları Asiya regionunda narahatlığa səbəb olub.

    AzerVoice xəbər verir ki, Hindistanın Qərbi Benqal ştatında Nipah virusu ilə bağlı iki təsdiqlənmiş yoluxma faktı aşkarlanıb. Bu fondda bir sıra ölkələr Ay Yeni ili ərəfəsində beynəlxalq səyahətlərin artacağını nəzərə alaraq hava limanlarında tibbi yoxlama tədbirlərini sərtləşdirib.

    Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin dekabr ayından bu yana Qərbi Benqalda iki nəfərdə Nipah virusu aşkarlanıb. Rəsmi açıqlamada yoluxan şəxslərin kimliyi barədə ətraflı məlumat verilməsə də, onların təmasda olduğu 196 nəfərin hamısının simptomlarının olmadığı və test nəticələrinin mənfi çıxdığı bildirilib. Nazirlik vəziyyətin daimi nəzarətdə saxlanıldığını qeyd edib.

    Yerli səhiyyə rəsmisinin KİV-nə verdiyi məlumata əsasən, yoluxan şəxslər səhiyyə işçiləridir və hazırda xəstəxanada müalicə olunurlar. Mütəxəssislər bu faktın virusun xəstəxana şəraitində aşkarlanmamış xəstədən tibb personalına keçməsi ehtimalını artırdığını bildirirlər.

    Nipah virusu nədir və niyə təhlükəlidir?

    Nipah virusu heyvanlardan insanlara keçən zoonoz virusdur. Əsas daşıyıcıları meyvə yarasaları hesab olunur. Virus həm yoluxmuş qida vasitəsilə, həm də insan-insan təması yolu ilə ötürülə bilir. Xəstəlik adətən ağır tənəffüs və sinir sistemi pozğunluqları yaradır, yüksək hərarət və baş ağrısından başlayaraq beyin iltihabına qədər inkişaf edə bilir.

    London Gigiyena və Tropik Tibb Məktəbinin mütəxəssisi Kaca Abbasın sözlərinə görə, Nipah virusu ilə yoluxma zamanı ölüm faizi 40–75 faiz arasında dəyişir. Bununla belə, virusun yayılma əmsalı aşağıdır və genişmiqyaslı pandemiyaya çevrilmə ehtimalı zəif qiymətləndirilir.

    Region ölkələri nə kimi tədbirlər görür?

    Qərbi Benqaldakı hadisələrdən sonra Tailand, İndoneziya, Malayziya və Nepal beynəlxalq hava limanlarında əlavə tibbi nəzarət mexanizmləri tətbiq edib. Tailandda Nipah riski olan ölkələrdən gələn təyyarələr üçün xüsusi dayanacaq zonaları ayrılıb, sərnişinlərdən sağlamlıq bəyannamələri tələb olunur. Banqkok hava limanında istilik skanerləri quraşdırılıb.

    Çində də sosial şəbəkələrdə virusla bağlı narahatlıq artıb. Rəsmi qurumlar ölkədə Nipah virusu halının qeydə alınmadığını bildirsə də, idxal risklərinin mövcudluğu barədə xəbərdarlıq edib.

    Müalicə və profilaktika imkanları

    Hazırda Nipah virusuna qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə üsulu mövcud deyil. Xəstələr əsasən dəstəkləyici terapiya və bəzi antiviral preparatlarla müalicə olunur. Ümumdünya Səhiyyə Təşkilatı virusun qarşısının alınması üçün gigiyena qaydalarına əməl olunmasını, yarasaların qida məhsullarına çıxışının məhdudlaşdırılmasını və xəstə insanlarla təmasdan çəkinməyi tövsiyə edir.

    #Hindistanda Nipah virusu halları regionda narahatlıq yaradıb #Qərbi Benqalda Nipah virusu: hava limanlarında nəzarət gücləndirilir #Nipah virusu təhlükəsi Asiyada səyahət qaydalarını sərtləşdirib #Hindistanda aşkarlanan Nipah virusu ölkələri hərəkətə gətirdi #Nipah virusu ilə bağlı Cənub-Şərqi Asiyada fövqəladə tədbirlər #Qərbi Benqal hadisələri: Nipah virusu yenidən gündəmdə #Hindistan’da Nipah virüsü alarmı #Nipah virüsü Asya’da endişe yarattı #Batı Bengal’de Nipah vakaları tespit edildi #Nipah virüsü nedeniyle havaalanlarında önlemler artırıldı #Asya ülkeleri Nipah virüsüne karşı tedbir aldı #Hindistan kaynaklı Nipah virüsü bölgeyi harekete geçirdi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada HƏMAS-a aid olduğunu bildirdiyi silah anbarlarını vurub

    24 Avqust 2026 22:40

    ABŞ İranın qızıl, texnologiya, aviasiya və gəmiçilik sahələrini hədəfə alıb

    24 Avqust 2026 22:06

    İran üçün çirkli pulları yuyan qurumlar dollar sistemindən çıxarılacaq - Skott Bessent

    24 Avqust 2026 21:53

    ABŞ İranın ticarət tərəfdaşlarına yeni məhdudiyyətlər tətbiq edəcək iqtisadi vəziyyətdə deyil - Qalibaf

    24 Avqust 2026 21:42

    İranı ayaqda saxlayan bütün iqtisadi əlaqələri kəsəcəyik - Skott Bessent

    24 Avqust 2026 21:39

    İran da daxil olmaqla hamıya qarşı qalib gəlirik - Tramp

    24 Avqust 2026 20:56

    Qalibaf Pakistandan vasitəçilik istəyib - ABŞ memoranduma əməl etməlidir

    24 Avqust 2026 20:38

    İsrail qüvvələri Cəninin giriş və çıxışlarında nəzarəti artırıb

    24 Avqust 2026 20:06

    İrana hücum olarsa, ABŞ-nin enerji baxımından strateji nöqtələri hədəfə alınacaq - SEPAH

    24 Avqust 2026 19:59

    İran Hörmüz boğazında 45 tankeri “qara siyahı”ya salıb

    24 Avqust 2026 19:50

    Pakistan ABŞ və İranın diplomatiyaya qayıdışını asanlaşdıra bilər

    24 Avqust 2026 19:43

    Rialın ucuzlaşması müvəqqətidir - İran

    24 Avqust 2026 18:51
    XƏBƏR LENTİ

    Bu gün ABŞ dəniz piyadaları Livandakı missiyaya cəlb edildi

    Tarixdə bu gün – 25 Avqust

    İsrail ordusu Qəzzada HƏMAS-a aid olduğunu bildirdiyi silah anbarlarını vurub

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb

    ABŞ İranın qızıl, texnologiya, aviasiya və gəmiçilik sahələrini hədəfə alıb

    İran üçün çirkli pulları yuyan qurumlar dollar sistemindən çıxarılacaq - Skott Bessent

    ABŞ İranın ticarət tərəfdaşlarına yeni məhdudiyyətlər tətbiq edəcək iqtisadi vəziyyətdə deyil - Qalibaf

    İranı ayaqda saxlayan bütün iqtisadi əlaqələri kəsəcəyik - Skott Bessent

    İran da daxil olmaqla hamıya qarşı qalib gəlirik - Tramp

    İsrail Livanın cənubuna yeni zərbələr endirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.