Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İran və Böyük Britaniya XİN rəhbərləri arasında telefon danışığı baş tutub

    20 Dekabr 2025 21:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran və Böyük Britaniya XİN rəhbərləri arasında telefon danışığı baş tutub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İranın xarici işlər naziri Abbas Araqçi Böyük Britaniyanın xarici işlər naziri Yvette Cooper ilə telefon danışığı aparıb. İran XİN-in şənbə günü yaydığı bəyanata görə, bu əlaqə İran və Böyük Britaniya arasında nadir birbaşa təmaslardan biri hesab olunur.

    AzerVoice xəbər verir ki, cümə günü baş tutan telefon danışığında tərəflər qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və ümumi maraq doğuran məsələlərin müzakirəsi üçün müxtəlif səviyyələrdə məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

    London mənbələrinin bildirdiyinə görə, Yvette Cooper danışıq zamanı İranın nüvə proqramı ilə bağlı diplomatik həll yolunun zəruriliyini diqqətə çatdırıb və bir sıra digər məsələləri gündəmə gətirib. Həmin mövzular arasında İranda təxminən bir ildir saxlanılan britaniyalı cütlük – Lindsi və Kreyq Formanın işi də yer alıb.

    İran XİN-in açıqlamasında isə bu məsələ barədə məlumat verilməyib. Bəyanatda Abbas Araqçinin Böyük Britaniya, Fransa və Almaniyanın İranın nüvə proqramına yanaşmasını “məsuliyyətsiz” adlandırdığı qeyd olunub. Xatırladılıb ki, sözügedən üç Avropa dövləti sentyabrın sonunda İranın nüvə fəaliyyəti ilə əlaqədar BMT sanksiyalarının bərpası prosesinə start verib.

    Qeyd edək ki, Lindsi və Kreyq Forman bu ilin yanvarında İranın mərkəzində yerləşən Kerman vilayətindən keçərkən saxlanılıb. İran tərəfi onları turist adı altında ölkəyə daxil olaraq xarici kəşfiyyat qurumları üçün məlumat toplamaqda ittiham edir. Cütlüyün ailəsi isə bu iddiaları rədd edir.

    Məlumata görə, cümə günkü telefon danışığından əvvəl iki nazir arasında son təmas oktyabr ayında baş tutmuşdu.

    #İran və Böyük Britaniya XİN rəhbərləri arasında nadir telefon danışığı #Araqçi və Kuper nüvə məsələsini müzakirə etdi #Tehran–London xəttində diplomatik təmas #İran–Böyük Britaniya münasibətlərində diqqətçəkən əlaqə #Nüvə proqramı və sanksiyalar fonunda Tehran–London danışığı #İran XİN rəhbəri Britaniyalı həmkarı ilə əlaqə saxladı #İran və Böyük Britaniya arasında birbaşa diplomatik təmas #Araqçi Avropa ölkələrini tənqid etdi #Iran and UK Foreign Ministers Hold Rare Direct Phone Call #Abbas Araghchi #Yvette Cooper Discuss Nuclear Issue in Rare Contact #Tehran and London Resume Direct Diplomatic Communication #Rare Iran–UK Diplomatic Contact Signals Cautious Engagement #What Was Discussed in the Iran–UK Foreign Ministers Call #Nuclear Program #Detainees Raised in Iran–UK Talks
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Oman Sultanı Qətər Baş naziri ilə görüşüb

    24 İyun 2026 19:23

    İsrail müdafiə naziri: ABŞ tələb etsə də Livandan çıxmayacağıq

    24 İyun 2026 18:56

    Livan Prezidenti: Atəşkəs İsrailin çıxışından sonra möhkəmləndiriləcək

    24 İyun 2026 18:52

    Rubio BƏƏ prezidenti ilə təhlükəsizlik öhdəliyini bir daha təsdiqləyib

    24 İyun 2026 18:48

    İran: BMT nüvə yoxlamaları ABŞ ilə “yekun razılaşmadan sonra” olacaq

    24 İyun 2026 18:40

    Pakistan: ABŞ və İran birbaşa əlaqə xətti yaradacaq

    24 İyun 2026 18:37

    Çin: ABŞ–İran memorandumu “müsbət siqnal” göndərir

    24 İyun 2026 18:34

    Liviya sərt qərar verdi: Dörd Afrika ölkəsinin vətəndaşlarına giriş qadağan edildi

    24 İyun 2026 14:55

    BAEA rəhbəri: İranın nüvə obyektlərində yoxlamalar aparılacaq

    24 İyun 2026 10:13

    BMT Livanda nəyi araşdıracaq?

    23 İyun 2026 22:44

    Hizbullah lideri: İsrailin hər hansı pozuntusuna cavab veriləcək

    23 İyun 2026 22:43

    İsrailin ABŞ-dakı səfiri: Livan atəşkəs danışıqları “fəlakətdir”

    23 İyun 2026 22:41
    XƏBƏR LENTİ

    Oman Sultanı Qətər Baş naziri ilə görüşüb

    İraq Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb

    İsrail müdafiə naziri: ABŞ tələb etsə də Livandan çıxmayacağıq

    Livan Prezidenti: Atəşkəs İsrailin çıxışından sonra möhkəmləndiriləcək

    Rubio BƏƏ prezidenti ilə təhlükəsizlik öhdəliyini bir daha təsdiqləyib

    Aİ hüquqşünasları: Qəsəbələrdən idxala ticarət qadağası tətbiq edilməlidir

    İran: BMT nüvə yoxlamaları ABŞ ilə “yekun razılaşmadan sonra” olacaq

    Pakistan: ABŞ və İran birbaşa əlaqə xətti yaradacaq

    Çin: ABŞ–İran memorandumu “müsbət siqnal” göndərir

    Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuş ilə görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.