Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Türkiyənin ticarət qadağasından sonra İsrailli şirkət iflas edib

    24 Oktyabr 2025 19:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin ticarət qadağasından sonra İsrailli şirkət iflas edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyənin ticarət qadağasından sonra İsrailli şirkət iflas edib

    AzerVoice xəbər verir ki, İsrailin liman şəhəri Aşdodda fəaliyyət göstərən “Shaul Gueta” adlı dəmir–polad idxal-ixrac şirkəti, Türkiyənin Qəzza hücumlarına cavab olaraq İsrailə qarşı tətbiq etdiyi ticarət embarqosundan sonra iflas edib.

    İsrail mediasının məlumatına görə, şirkət ticarət yasağının ardından 105 milyon yeni İsrail şekeli (təxminən 32 milyon ABŞ dolları) məbləğində borca düşüb. Beerşeva (Birüssebi) Regional Məhkəməsi, şirkətin banklara və qeyri-bank maliyyə qurumlarına qarşı öhdəliklərini yerinə yetirə bilmədiyini əsas gətirərək, “Shaul Gueta”nın fəaliyyətini dayandırıb və müəssisəyə qəyyum təyin edilməsi barədə qərar çıxarıb.

    Məhkəməyə təqdim edilən 2025-ci ilin avqust tarixli audit hesabatında qeyd olunur ki, şirkət 2022-ci ildə 200 milyon şekel (təxminən 61 milyon dollar) dövriyyə əldə etmişdi. Lakin 2025-ci ilin ilk yarısında bu göstərici cəmi 35 milyon şekelə (təxminən 11 milyon dollar) qədər azalıb.

    Şirkət nümayəndələri bildiriblər ki, gəlirin əsas hissəsi Türkiyə bazarından gəlirdi və Türkiyənin İsraillə ticarəti tamamilə dayandırması satış həcmini kəskin şəkildə aşağı salıb. “Şirkətin gəlirinin böyük hissəsi Türkiyə ilə ticarətdən asılı idi. Bu bazarın bağlanması bizi faktiki olaraq dayanma nöqtəsinə gətirdi,” – deyə şirkət rəhbərliyi məhkəmədə bildirib.

    #İsrail və Qəzza münaqişəsi #Qəzza humanitar böhranı #Aşdod limanı #İsrailli şirkət #Türkiyənin İsrailə ticarət embarqosu #Shaul Gueta dəmir–polad idxal-ixrac şirkəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS beynəlxalq qüvvələrdən gözləntilərini açıqlayıb

    1 İyul 2026 11:27

    Qəzza sakinləri həyati ehtiyaclarını qarşılamaq üçün yardıma möhtacdır

    19 May 2026 18:32

    HƏMAS lideri Xəlil əl-Həyyə dördüncü oğlunu itirdi - “Övladlarımızın öldürülməsi bizi qorxutmayacaq”

    7 May 2026 16:59

    İsrail hökuməti bölgədə sülhün önündəki ən böyük maneədir - Ərdoğan

    16 Aprel 2026 21:14

    İsrailin Qəzzaya hücumları nəticəsində 12 fələstinli həlak oldu

    31 Yanvar 2026 11:23

    Türkiyə Qəzzaya indiyədək 20 min tondan çox humanitar yardım çatdırıb

    23 Yanvar 2026 16:14

    Səudiyyə Ərəbistanı Qahirədə Fələstinə böyük yardım payı göndərib

    16 Yanvar 2026 17:25

    İsrail ordusunun atəşi nəticəsində 11 yaşlı Fələstinli qız həlak olub

    8 Yanvar 2026 12:29

    ABŞ, İsrailin Qəzzayə hücumlarında həyatını itirən jurnalistlər üçün araşdırma tələb edir

    13 Dekabr 2025 11:04

    İsrailin Avroviziya 2026-ya qatılmaması üçün 600 mindən çox imza toplandı

    12 Dekabr 2025 16:18

    İsrail ordusu Qəzzaya hava hücumları həyata keçirib

    6 Dekabr 2025 11:17

    Qəzzaya humanitar yardım hələ yetərli səviyyəyə çatmır - UNOCHA

    3 Dekabr 2025 13:02
    XƏBƏR LENTİ

    Lüks və hərbi zireh bir arada: Aston Martin Call of Duty üçün virtual V12 canavarı hazırladı

    Tarixdə bu gün - 19 İyul

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    ABŞ memorandumun mürəkkəbi qurumamış hücuma keçdi - Məhəmməd Rza Arif

    Macarıstan prezidentinin səlahiyyətlərinə rəsmən xitam verilir

    İordaniyada iki hərbçi İranın hücumları zamanı həlak olub, daha biri itkin düşüb - CENTCOM

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    Oman sahilləri yaxınlığında tanker və hərbi qüvvələr arasında insident qeydə alınıb

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    Xamenei ABŞ-ı "etibarsızlıqda" ittiham edib, milli birliyə çağırış edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.