İsrailin liman şəhəri Aşdodda fəaliyyət göstərən “Shaul Gueta” adlı dəmir–polad idxal-ixrac şirkəti, Türkiyənin Qəzza hücumlarına cavab olaraq İsrailə qarşı tətbiq etdiyi ticarət embarqosundan sonra iflas edib.İsrail mediasının məlumatına görə, şirkət ticarət yasağının ardından 105 milyon yeni İsrail şekeli (təxminən 32 milyon ABŞ dolları) məbləğində borca düşüb. Beerşeva (Birüssebi) Regional Məhkəməsi, şirkətin banklara və qeyri-bank maliyyə qurumlarına qarşı öhdəliklərini yerinə yetirə bilmədiyini əsas gətirərək, “Shaul Gueta”nın fəaliyyətini dayandırıb və müəssisəyə qəyyum təyin edilməsi barədə qərar çıxarıb.
#Aşdod limanı
Yəməndəki "Ənsar Allah" hərəkatı (husilər) son iki həftə ərzində İsrailə qarşı 38 hərbi əməliyyat həyata keçirib. Bu barədə husilərin lideri Əbdül Malik əl-Husi məlumat verib. Onun sözlərinə görə, əməliyyatlar raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə icra olunub. Husi lideri bildirib ki, PUA-lar “Hadera, Yaffa, Aşdod, Aşkelon, Negev və Umm ər-Rəşraşda (Eylat nəzərdə tutulur – red.) bir neçə hədəfi vurub”. O əlavə edib ki, uğurlu əməliyyatlardan biri İsrailin Ramon adlandırdığı hava limanına, digəri isə Lod hava limanına (Ben Qurion – red.) qarşı yönəldilib. Xatırladaq ki, 2023-cü ildə Qəzza zolağında münaqişə kəskinləşdikdən sonra husilər İsrail ərazilərinə raket zərbələri endirəcəklərini və İsrail ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bəb əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bəyan etmişdilər. Bu hücumlar bu ilin yanvar ayında Qəzzada atəşkəs elan olunandan sonra dayandırılmışdı.
İtaliyadan Qəzza zolağına humanitar yardım göndərmək məqsədilə yola çıxan və İsrail donanması tərəfindən saxlanılaraq Aşdod limanına gətirilən Hanzala gəmisindəki bütün fəallar azadlığa buraxılıb.