#Türkiyənin İsrailə ticarət embarqosu

İsrailin liman şəhəri Aşdodda fəaliyyət göstərən “Shaul Gueta” adlı dəmir–polad idxal-ixrac şirkəti, Türkiyənin Qəzza hücumlarına cavab olaraq İsrailə qarşı tətbiq etdiyi ticarət embarqosundan sonra iflas edib.İsrail mediasının məlumatına görə, şirkət ticarət yasağının ardından 105 milyon yeni İsrail şekeli (təxminən 32 milyon ABŞ dolları) məbləğində borca düşüb. Beerşeva (Birüssebi) Regional Məhkəməsi, şirkətin banklara və qeyri-bank maliyyə qurumlarına qarşı öhdəliklərini yerinə yetirə bilmədiyini əsas gətirərək, “Shaul Gueta”nın fəaliyyətini dayandırıb və müəssisəyə qəyyum təyin edilməsi barədə qərar çıxarıb.